Ağ Kremldən Qırmızı Kremlə qədər...
Icma.az, Bakupost-ə istinadən məlumat verir Ağ Kremldən Qırmızı Kremlə qədər....
Aida Eyvazova,
İpək Yolu Mədəni Tarixi Araşdırmalar İB-nin sədri
Hər şeydən əvvəl onu deyim ki, rus hakimiyyətinin oturduğu Kreml binasını şamaxılı Əliş Sübhan oğlu Kərəmli tikmişdi. Şirvanşah Şeyx İbrahimin sarayında baş memar olan Əliş Kərəmlinin sorağı Yaxın Şərqə, Qafqaza, İrana və Hindistana yayılmışdı. Unutmayaq ki, Əmir Teymurun xanımı Bibixanım bəyimin Registandakı şah sarayınının tikintisində usta Əli adlı bir azərbaycanlının iştirak etdiyi barədə tarixdə məlumatlar mövcuddur.
Əlbəttə, rus tarixini yazanlar Kremlin məhz azərbaycanlı, türk oğlu Əliş Sübhan oğlu tərəfindən tikilməsini yazmadılar. Bu tarixi sənədləri heç vaxt üzə çıxarmadılar. Lakin tarixi mənbələrdə qeyd olunur ki, bu gün qırmızı kərpiclə inşa olunmuş, siyasi hakimiyyətin oturduğu Moskva Kremlinin divarlarını Əliş Kərəmli ağ rəngdə və ağ daşdan tikib.
Hadisə isə belə olub: Moskva knyazı Dmitri İvanoviç Donskoy Əliş Sübhan oğlunun sorağını eşidəndə onu Moskvaya gətirmək üçün Şamaxıya- Şirvanşah İbrahimxəlilin sarayına elçilər göndərir. 1367-ci il yanvarın 5-də 10 atlı elçi gəlib saraya yetişir. Gələn elçilər Şirvanşaha 7 at yükü büllur və çini qablar, dəri papaqlar, kürklər və xalatlar hədiyyə edirlər. Elçilər Knyaz Dmitri Donskoyun məktubunu Şeyx İbrahimxəlilə verərək, memar və usta Əlişi Moskvaya dəvət etdiklərini bildirirlər. Gələn elçilərin yanında həm də Şirvanşahın Moskvada knayzlıqda oturan əlahiddə nümayəndəsi, indiki dillə desək konsulu Qafur bəy, knyazlıq tərəfindən isə Baratinski də olur. Qafur bəy elçilər arasında tərcüməçilik edir. Şeyx Şirvanşah əvvəlcə memarın getməsinə izn verməsə də, knyazlığın onun təhlükəzisliyi üçün təminat məktubu olduğuna görə elçiləri boş qayatarmır. Yanvarın 10-da karvan yola düşür.
Əliş Kərəmlinin o vaxt tikdiyi knyaz sarayının eskizi həmin dövrün tarixi sənədlərinə əsasən rəssam Appolinari Mixayloviç Vasnetsov tərəfindən 1922-ci ildə böyük peşəkarlıqla çəkilib. 1367-ci ildə inşasına başlınıb, 1371-ci ildə hazır olan qala-saray demək olar ki, Bakıdakı Şirvanşahlar sarayı üslubunda tikilib. Eyni dəsti-xətt, eyni memarlıq üslubu. Sarayda 5 hücrə ucaldılır. Hücrələrə belə adlar verilir: Spassk, Troitsa, Nikolay, Borovitsa və Keremli. 5-ci hücrəni Əli Kərəmlinin adına “Keremli” adlandırırlar. Ö dövrdə xalq arasında da bu məhəlləyə Kərəmlinin qalasının yanındakı məhəllə deyərlərmiş. Əslində Moskvanın özü elə bu məhəllədən ibarət imiş.
![](https://www.bakupost.az/uploads/images/2025-02-12-17-40-03XgvtvF3CXjloQdGCjU1e_file.jpg)
«Кремль Дмитрия Донского». Художник: А. М. Васнецов, 1922
«Dmitri Donskoyun Kremli». Rəssam: A.M.Vasnetsov, 1922
Memar Əliş Kərəmli öz işini bitirib geri dönəndə Knyaz Dmitri Donskoy onu yola salmazdan əvvəl vida məclisi keçirir. Əliş Kərəmliyə yaratdığı memarlıq əsərinə görə qiymətli hədiyyələr və əməkhaqqı da verir. Kərəmlini Knyazın əlaltılarından biri yola salır. Lakin saraydan ayrılandan sonra Əliş Kərəmlini yolda öldürüərək, knyazın ona verdiyi bütün hədiyyələri və pulu ələ keçirir...
Aradan iki əsr keçəndən sonra Kremli Fransadan gələn ustalar yenidən qırmızı kərpiclə tikirlər. Sarayın adı isə elə Kreml olaraq qalır.
Bu tarixi hadisəni ona görə yazdım ki, oxucularımız və rəsmi Moskva yaddaşını vərəqləsin. Həmin əsrlərdə Knyaz Donskoy, İvan Qroznı Toxtamışa, Əmir Teymura toycü verirdi, Şirvanşah Şeyx İbrahimlə də məktublaşırdılar. Bunu özlərinə şərəf sayırdılar.
Bu o vaxtlar idi ki, rusun bir knyazlığı var idi. O da türk xaqanlarından asılılıqda yaşayırdı. Tarixin axarında zaman tez keçir. Tarixin ən qəddar və zalım knyazı olan İvan Qroznı hakimiyyətə gələndən sonra, 26 oktyabr 1581-ci ildə İvan Qroznının başçılığı ilə Sibir xanlığının İckeridəki iqamətgahına hücum edərək kazakların əli ilə oranı ələ keçirirlər. Ataman Yermak Timofeyeviç də qırğınların başında gedirdi. Ötən 120 il ərzində isə addım-addım Şimaldakı türk torpaqlaqrının təbii ehtiyatlar və sərvətlə zəngin 12994664 kv. km ərazisini ələ keçirdilər.
Türkün var-dövləti və Avropanın köməyi sayəsində 1721-ci ildə Rusiya İmperiyası elan edildi. Rus İmperiyasına boyun əyməyən bütün uşaq, cavan, qoca ən qəddar şəkildə zülmlərə məruz qaldılar, qılıncdan, süngüdən keçirildilər, boğazlarına daş asılaraq çaylarda, dənizlərdə boğuldular. Tanrıçılıq inancından məcburi olaraq xristian inancına təhikm olundular.
Necə ki rəssam Appolinari Mixayloviç Vasnetsovun əli ilə çəkilən rəsm tarixə şahidlik edir, ö dövrdə zülmlərə məruz qalan türk xalqlarına məxsus torpaqların sahiblərinə edilən işgəncələr də tarixi sənədlərdə itməyib.
Mən burada Rusiya İmperiyasının Azərbaycanı hansı hiylələr və müharibələr, süni yaradılan iğtişaşlar ilə ələ keçirməsindən kiçik bir epizodu da qeyd etməyi özümə borc bilirəm.
Şimal torpaqlarında özünü gücləndirən qanlı imperiyanın türk qövmündən hər zaman qorxusu var idi. Təbii ehtiyatları, nefti, qızılı, sərvəti ilə zəngin, strateji coğrafi yerləşməsi İpək Yolunun üstündə yerləşən Azərbaycan Rus İmperiyasına çox əlverişli yem idi. Ələ keçirməsə, Osmanlı Türkiyəsi dünyaya sahib olacaqdı. XVIII əsrdə Rus İmperiyası iki dəfə Azərbaycana qanlı hücumlar etsə də, əliboş geri qayıtmışdı.
1721-ci ilin avqustunda Şirvana hücum edəndə Hacı Davud və Qaziqumusun müdafiə dəstələrinin müqaqviməti ilə qarşılaşmışdılar. Həmin vaxt Şamaxıda 5 nəfər rus taciri də öldürülmüşdü. Tarixi sənədlərdə yazılır ki, həmin rus tacirlərini ruslar özləri öldürüb şamaxılıların üstünə atmışdılar. Bu da Çar I Pyotrun Şirvana hücum etməsinə bəhanə yaratmışdı.
Əziz oxucular, görürsünüz, tarixi gün həmin olmasa da, hadisələrin gedişi eyni məcrada, eyni ssenari ilə baş verir.
Şirvanlıların tabe olmadığını görən I Pyotr 1722-ci ilin 15 iyulunda “Manifest” imzalayaraq, guya Şamaxıda hakimiyyətə-səfəvi şahina tabe olmayan Hacı Davudun və Surxay Qaziqumusun üsyanını yatırmağa kömək edir. Lakin Şiravnı ələ keçirməyinin əsl mahiyyətini qeyd etməmişdi. Məqsəd Şimali Azərbaycanı, Dərbəndi öz əsarətinə salmaq idi.
1724-cü ildə dənizdən Qız qalasına, İçərişəhərə atılan topları da unutmadıq...
Dişi-dırnağı qanlı bir imperiyanın qarşısında neyləyə bilərdik ki...
I Pyotrun vəsiyyətinə sadiq qalaraq, rus hakimiyyətinə gələn hər bir çar, rəhbər, prezident - torpaqlarında hakimiyyət qurub imperiya yaratdıqları türkləri tarixlərindən, vətənlərindən uzaqlaşdırmaq üçün min bir hiylə və divan üsulları yaratdılar. Məqsəd bir idi: türkü türkdən ayırmaq.
Tatar-türk qanını torpağa axıtmaqdan isə rus hakimiyyəti heç vaxt doymadı. İndi Türk Dövlətləri Təşkilatına üzv ölkələr əl-ələ verib dünyaya haqq-ədalət gətirmək, dünyanın əyilmiş düzənini düzəltmək istəyəndə Əliş Kərəmlinin tikdiyi Kremldə oturan siyasi hakimiyyət Azərbaqycana qarşı öz çirkin mövqeyini və oyunlarını davam etdirməkdədir. Elə ona görə də Azərbaycan Dövlət Televiziyasının (AzTV) efirindən Rusiyanın ünvanına sərt tənqidlər səsləndirilib.
“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Rövşən Məmmədov müəllifi olduğu "Həftə" analitik-informasiya proqramının fevralın 9-da efirə gedən buraxılışında yenidən Azərbaycan-Rusiya münasibətlərinə toxundu.
Rövşən Məmmədov Rusiyanın Azərbaycana qarşı bir sıra cinayətlər törətdiyini vurğulayaraq, Moskvanın ünvanına sərt iradlarını bildirdi:
“Bir daha deyirik, Azərbaycan dövləti də, Azərbaycan xalqı da bu dalğanın hardan gəldiyini gözəl bilir, hörmətli Kreml rəsmiləri. Odur ki, biz də elə bax burdan deyirik ki, birinci Qarabağ savaşında Ermənistana Azərbaycan ərazilərini işğal etsin deyə, bir milyard dollarlıq silah göndərənin də, Xocalı soyqırımının baş tutması üçün 366-cı motoatıcı tağımını erməni baskəsənlərinin ixtiyarına verənin də, Ermənistanda uzun illər hakimiyyətdə olmuş Koçaryan və Sarqsyan rejimlərini iqtidarda saxlayanın da, ikinci Qarabağ savaşında Ermənistana gizli yollarla silahlar göndərənin də, müharibənin ən qızğın vaxtında Gəncədə, Bərdədə dinc insanları gecə saatlarında bombalanması və bununla da Azərbaycanı təslim olmağa məcbur etməsi üçün Ermənistana “İsgəndər”, “Pansir” silahlarını verənin də, hazırda öz cəzasını gözləyən Ruben Vardanyanı ürəkləndirib aranı qatmaq üçün Qarabağa göndərənin də, müharibədə bir – birinin ardınca torpaqlarını işğaldan azad edən Azərbaycanın qarşısını kəsməyə çalışanın da kimliyini...”.
Bütün bu başverənlərin fonunda belə düşünmək olar ki, Rusiya I Pyotrdan başlayan yanlış siyasət nəticəsində Qərbin oyuncağına çevrildi. Yüz illərdir sanki Qərblə Rusiya vuruşur, canının çıxacağı anda Qərb yenidən onun əlindən tutub ayağa qaldırır. Bu siyasət günü bu gün də göz önündədir.
I Pyotur kim idi? - Çox maraqlı sual budur. Çünki hər şey elə ondan başladı.
Guya ki, Pyotr Rusiyadan gedib Skandiniaviyada gəmiçilik, sənayeçilik öyrəndi, sonra gəlib Rusiya iqtisadiyyatına yeni baxış edib, ölkəni bataqlıqdan xilas etdi.
Əslində həqiqi Pyotr olubdumu? Belə bir şəxs seçilibdimi? Unutmayaq ki, bir çox tarixi sənədlərdə onun feyk şəxsiyyət olduğu, Qərbdən xüsusi olaraq yetişdirilən bir şəxsin Rusiyaya sırındığı da qeyd olunub.
Yazılanlara görə Avropadan qayıdan "Pyotr" Qərbin öz adamı idi və tapşırıq almışdı ki, Moskva çayına qədər türk kurqanları ilə dolu olan bir ölkəni, Oğuz xanın qardaşı Oroz xanın övladları olan orusları türk kökündən uzaqlaşdırsın. Tarixini, mədəniyyətini dəyişsin. Burada böyük türkoloq Lev Qumilyovu xatırlamalı oluruq. O yazırdı: “...hər bir özünə rusam deyənin damarında tatar-türk qanı axır”.
Anqlosaksların tapşırığı ilə yəhudilər Rusiya üçün yeni tarix yazmağa başladılar.
Bütün bunlar Qərbə niyə lazım idi?
Rusiyanı bir nömrə xammal bazarı kimi əlaltında saxlamaq, türk axınından Qərbi xilas etmək.
Axı Böyük Türk Vyana qapılarını az silkələməmişdi. Vatikanı Biznasdan sonra az qorxuya salmamışdı.
İndi rus dərk edə bilmir ki, oyuncaqlıqdan xilas olmaq üçün əslində Türkə meyillənməli, müttəfiq olmalı və özünü də bu yolla Qərbin caynağından xilas etməlidir.
Yoxsa ağası olan Qərb onu varvar, vəhşi ayı obrazında hələ çox saxlayacaq.
Bu gün əslində türkün çox böyük bir yükü var, o çalışıb Rusiyanı xilas etməlidir. Rusiyanı doğru inkişaf mərhələsinə, doğru tarixə və kökə qaytarmalıdır. Ən azı Rusiya İmperiyasının vassalına çevrilmiş hər bir türk torpağı və dövlətinin tarixi sakinləri bunu istəyirlər. Rus İmperiyasının iedoloji süngüsü ilə o türklərin adını, soyadını dəyişsə də, genetik kodunu, ruhunu dəyişə bilmədi. İndi Tatarıstan, Tuva, Kırım, Saxa-Yakutiya, Başqurdstan, Kalmıkiya, Udmurtiya, Qaraqalpaq... türk yurdlarının türkləri oyanır.
Bizim üzərimizdə olan bu ağır yükü icra etməklə, Rusiyanın imicini xilas etməklə bərabər, dünyanı da doğru düzənə gətirib çıxara bilərik. 400 ildən artıqdır ki, içdiyi türk qanları, taladığı sərvətləri Rusiya hakimiyyətini vampirə çevirib. Nə qura bildi, nə da yarada bildi.
Rusiyanın mərkəzindən uzaqlardakı kəndlərdə, nasleqlərdə, oymaqlarda həyat dayanıb... Qocalar evlərdə soyuqdan donub ölür, gənclər isə narkotik və içki aludəçisinə çevrilib. Ukraynaya elan etdiyi qanunsuz müharibədə qırılanlar isə adlarını yuxarıda saydığım türk xalqlarının övladlarıdır. Soyumuz-kökümüz azalmasın deyə, biz birləşirik.
Dekabr ayının 25-də Kremlin Qroznıda vurduğu təyyardə ölənlərin heç bir günahı yox idi. Dünya bir daha Kremlin iyrənc və qaniçən xislətini gördü. Əslində Lex Kaçinskinin təyyrəsi vurulanda da, Naxçıvanda rus vertolyotu vurulanda da hamı bildi ki, bu Kremlin öz oyunudur.
Nə yaxşı olardı ki, Kreml və orada oturanlar ömürlərində bircə dəfə olsa da, öz səhvlərini, düşmənçiliklərini boyunlarına alsınlar. Rusun təbliğat maşını mavi ekranlardan ancaq irtica, hədyan, qarışıqlıq, müharibə, od-alov püskürür. Ətrafında hansı dövlətdən söhbət gedirsə, bütün qonşu dövlətləri özünə düşmən bilir. Ancaq bir dəfə həmin ideoloqlar özlərinə sual vermirlər ki, niyə qonşu dövlətlər bizə düşməndir? Adamın və ya dövlətin də bu qədər düşməni olar? Çünki qonşu olmağı bacarmırsınız. Bəlkə də o fransız memarlar Kremlin divarlarını qırmızı qan rənginə boyamasaydılar, indi Kremldən qan iyi gəlməzdi...
Bu gün bütün türk dünyası birləşməklə, insanlara əmin-amanlıq gətirən ideyaları və arzuları ilə Rusiyanın müstəmləkəçi və qanlı hakimiyyət siyasəti, “Parçala, hökm sür” siyasətini darmadağın edir. Axı RUS HAKİM DAİRƏLƏRİ bundan niyə narahat olurlar ki? İnsanlığın ən ali məqsədi də budur ki: RUS-u xilas etmək. Yanlış düşüncələrdən, şovinist meyillərdən və savadsızlıqdan!
![see](https://icma.az/template/assets/label.png)
![see](https://icma.az/template/assets/see.png)