Ağacların nömrələnməsi və inventarlaşdırılması işləri davam etdirilir
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakı, 17 fevral, AZƏRTAC
Yaşıllıqların mühafizəsinin təmin edilməsi, onlara müdaxilə hallarının qarşısının alınması, yaşıllıqların elektron reyestrinin formalaşdırılması və ictimai nəzarətin gücləndirilməsi məqsədilə Bakı şəhərində ağacların qeydiyyatı və nömrələnməsi işləri davam etdirilir, o cümlədən pilot layihə çərçivəsində bir müddət əvvəl ağaclara vurulmuş identifikasiya lövhələri ölkə üzrə vahid standartlara uyğun yeni inventar lövhələr ilə əvəz olunur.
Bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, ölkə üzrə vahid nömrələnmə və inventarlaşdırma standartına keçid məqsədilə şəhər ərazisindəki ağaclara yeni standartlara uyğun inventar lövhələr vurulur.
Qeyd edək ki, identifikasiya lövhəsi vurulmuş ağaclara dair bütün məlumatlar Rəqəmsal Ekologiya İnformasiya Sisteminin “Yaşıllıqların reyestri” alt sisteminə inteqrasiya edilir və www.agac.az saytında yerləşdirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 17 Fevral 2026 10:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















