Icma.az
close
up
RU
Meşələrdə ağacların inventarlaşdırılması və nişanlanmasına başlanıldı

Meşələrdə ağacların inventarlaşdırılması və nişanlanmasına başlanıldı

Unikal.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Meşə fondu torpaqlarında qanunsuz ağac kəsintisinin qarşısının alınması istiqamətində həyata keçirilən bir sıra tədbirlərlə yanaşı, xüsusi həssas meşə ərazilərində ağacların inventarlaşdırılması və nişanlanması işlərinə başlanılıb. 

Meşələrin İnkişafı Xidmətindən "Unikal"a bildirilib ki, ilkin mərhələdə bu proses cənub bölgəsində, Meşələrin İnkişafı Xidmətinin 11 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin nəzarət etdiyi Yardımlı və Cəlilabad meşələrində aparılır və mərhələli şəkildə daha həssas, risk səviyyəsi yüksək olan  digər meşə fondu torpaqlarında davam etdiriləcək. 

Nişanlanma prosesi zamanı hər bir ağacın növü, diametri, yaşı və digər göstəriciləri qeydə alınır. Ağaclara yerləşdirilən nişanlardakı QR kod vasitəsilə ictimaiyyət www.agac.az portalından hər bir ağac haqqında məlumat əldə edə biləcək. Bu sistem meşələrin mühafizəsinin gücləndirilməsinə və şəffaflığın artırılmasına imkan yaradacaq.  

Bununla yanaşı, ölkə üzrə meşə fondu sərhədlərinin dəqiqləşdirilməsi və dürüstləşdirilməsi istiqamətində genişmiqyaslı işlər görülür, meşə fondu xəritələri yenidən işlənilir. Artıq iki ilə yaxındır ki, Meşələrin İnkişafı Xidməti və Əmlak Məsələləri Dövlət Xidməti bu istiqamətdə birgə fəaliyyət göstərir. Hazırda proses yekun mərhələdədir və 2025-ci ilin sonuna kimi başa çatdırılacaq. Eyni zamanda meşə sahələrində meşə quruluşu və planlaşdırma xəritələrinin hazırlanması işləri də tamamlanmaq üzrədir. 
Meşə fondu torpaqlarında yerləşən rekreasiya fəaliyyətinin qanunvericiliyin tələblərinə uyğunluğunun təmin edilməsi məqsədilə genişmiqyaslı təftiş işləri aparılıb, qanunvericiliyin tələblərinə cavab verməyən fəaliyyətlər məhdudlaşdırılıb, müvafiq müqavilələrə xitam verilib. Hazırda bu istiqamətdə nəzarət tədbirləri davam etdirilir. Görülən tədbirlər nəticəsində son bir il ərzində 1869 hektar meşə fondu torpağı zəbtdən azad edilərək meşəbərpa işlərinə cəlb olunub. 

Qış mövsümünə hazırlıq məqsədilə qazlaşdırılmayan kəndlərin əhalisinin, Müdafiə Nazirliyinin, Sərhəd və Daxili Qoşunların hərbi hissələrinin, eləcə də təhsil, səhiyyə müəssisələrinin oduna olan tələbatını ödəmək məqsədilə hazırda ölkə üzrə meşə ərazilərinin xüsusi ayrılmış sahələrində odun tədarükü işləri davam etdirilir. Odun tədarükü məqsədilə müəyyən edilən qırma sahələrinin siyahısı 6 avqust 2025-ci il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi saytında yerləşdirilib və odun tədarükü yalnız qeyd olunan sahələrdə həyata keçirilir. 

Ayrılmış sahələr barədə ətraflı məlumatla linkə (https://eco.gov.az/az/nazirlik/xeber?newsID=27634) keçid edərək tanış olmaq mümkündür.

Görülən bütün bu tədbirlər meşə fondunun qorunması, qanunsuz fəaliyyətlərin qarşısının alınması və meşə təsərrüfatının şəffaf idarə olunması istiqamətində mühüm əhəmiyyət daşıyır.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:200
embedMənbə:https://unikal.az
archiveBu xəbər 07 Noyabr 2025 09:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see329

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see312

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see297

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see256

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see251

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see248

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see243

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see234

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see230

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see218

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see213

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see209

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see207

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see206

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see197

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see183

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see183

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see179

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see177

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri