Ağahüseyn Əhmədov: Azərbaycan İnnovasiya Mərkəzinin bölgələrdə də açılması planlaşdırılır
Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Azərbaycan İnnovasiya Mərkəzi"nin bölgələrdə də açılması planlaşdırılır".
Oxu.Az xəbər verir ki, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) ilin yekunlarına və innovasiya sahəsində fəallığı ilə seçilən laureatların mükafatlandırılmasına həsr olunmuş "digital.azerbaijan: Nailiyyətlər və IDDA Awards 2024" mərasimində çıxışı zaman qurumun İnvestisiyalar və ekosistemə dəstək şöbəsinin müdiri Ağahüseyn Əhmədov deyib.
O əlavə olaraq bildirib ki, Sumqayıtda "Sumgayit Innovation HUB" açılışı nəzərdə tutulub.
A.Əhmədov qeyd edib ki, Azərbaycandakı texnoparkların 111 rezidenti var:
"Texnoparklarda innovativ layihələrə imtiyazlar təqdim edilir. İnfrastruktur əlçatanlığı çərçivəsində gördüyümüz işlərdən biri bu il açılan "Azərbaycan İnnovasiya Mərkəzi"dir. Burada bu günə qədər 33 tədbir keçirilib və 1.5 mindən çox şəxs bu tədbirlərdə iştirak edib".
Aygün Mirakif
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 13 Dekabr 2024 17:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















