Icma.az
close
up
RU
Ağalar Vəliyev qazi və aztəminatlı ailələrə bayram sovqatı göndərdi

Ağalar Vəliyev qazi və aztəminatlı ailələrə bayram sovqatı göndərdi

Sfera.az saytına istinadən Icma.az xəbər verir.

Mili Məclisin deputatı, Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Ağalar Vəliyev tərəfindən Xaçmaz rayonundan olan 1025 Şəhid, qazi, əlil və aztəminatlı ailəsinə Müqəddəs Ramazan bayramı münasibətilə bütün zəruri ərzaq məhsullarından ibarət bayram sovqatları çatdırılıb.

Sfera.az-ın məlumatına görə, Seçicilərinə səmimi diləklərini və xoş arzularını yetirən millət vəkilinin təbrikində qeyd olunur  ki, ölkəmizdə vicdan və etiqad azadlığının, dövlət-din münasibətlərinin mütərəqqi tarixi ənənəyə və beynəlxalq hüquq normalarına uyğun təmin edilməsi, milli dəyərlərimizin təbliği və təşviqi dövlətimizin siyasətinin əsas prioritetlərindəndir. 


Ulu Öndərimiz Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra xalqımızın milli adətləri və dini ənənələri tezliklə bərpa edildi və dini bayramlarımız dövlət səviyyəsində qeyd olunmağa başladı. Bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən bu siyasət uğurla davam etdirilir, mənəvi və dini dəyərlərimizə böyük ehtiram və sayğı ilə yanalışılır. 


Xalqımız Ramazan bayramını  Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyilə  Vətən Müharibəsində və ondan sonrakı dövrdə qazanılan Şanlı Zəfərimizin sayəsində doğma Azərbaycanımızın suverenliyinin bütün ərazilərimizdə təmin olunmasının və Böyük Qayıdışımızın doğurduğu qalibiyyət ovqatı və fəxarət hissi ilə qeyd edir.


Müqəddəs Qurani-Kərimin nazil olduğu və on bir ayın sultanı sayılan mübarək Ramazan ayı Ulu Tanrının mərhəmət və lütfünün ən yüksək dərəcədə təzahür etdiyi saflıq, xeyirxahlıq və ruzi-bərəkət ayıdır. Ən ülvi hissləri və nəcib niyyətləri özündə təcəssüm etdirən, xalqımızın mənəvi zənginliyini və birliyini daha da gücləndirən Ramazan günlərində ölkəmizin firavanlığı və tərəqqisi naminə dualar oxunur, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman Vətən övladlarının ölməz xatirəsi dərin ehtiramla yad edilir və igid  qazilərimizə  şəfalar dilənir. Qədrbilən xalqımız şəhidlərimizin müqəddəs adını həmişə uca tutur, şəhid ailələrinə və müharibə əlillərinə diqqətini və qayğısını heç vaxt əsirgəmir. Ağalar Vəliyev Goranboy rayon ictimaiyyətinin nümayəndələri ilə birgə Balakürd kəndindəki Şəhidlər Xiyabanını zəyarət edib və şəhidlərin məzarlarına tər gül dəstələri qoyub. 


Deputatın ofisindən daxil olan məlumata əsasən, Ağalar Vəliyevin təşəbbüsü ilə Seçki Dairəsi üzrə Goranboy, Ağdam və Tərtər rayonlarının 30-dan çox yaşayış məntəqəsində 1 030 şəhid, qazi, əlil və aztəminatlı ailəyə təbrik açıqcaları ilə birgə bütün zəruri ərzaq məhsullarından ibarət bayram sovqatları çatdırılıb. Eyni zamanda millət vəkili tərəfindən geniş  ictimaiyyətin nümayəndələrinin, şəhid, qazi, imkansız ailələrin,  son 8 il ərzində deputatın maliyyə dəstəyilə Həcc və Məşhəd ziyarətlərinə göndərilən mömün sakinlərin iştirakı ilə Goranboy rayonunda 550 nəfərlik böyük iftar mərasimi təşkil olunub.

Şəhid ailələri, qazilər və sakinlər onlara göstərilən yüksək diqqətə və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:248
embedMənbə:https://sfera.az
archiveBu xəbər 30 Mart 2025 14:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri