Icma.az
close
up
RU
Ağalar Vəliyev şəhid, qazi və ahıl ailələrinə bayram sovqatları göndərdi FOTO

Ağalar Vəliyev şəhid, qazi və ahıl ailələrinə bayram sovqatları göndərdi FOTO

Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Milli Məclisin deputatı, Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Ağalar Vəliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə seçicilərinə, ağsaqqallara, şəhid və qazi ailələrinə təbrik ünvanlayıb.

Redaktor.az-ın məlumatına görə, təbrikdə deyilir ki, artıq dördüncü ildir ki Azərbaycan xalqı bu bayramları son 200 illik tariximizin ən parlaq səhifəsi və əbədi qürur məmbəyimiz olan Şanlı Zəfərimizin dogurduğu qalibiyyət ovqatı və fəxarət hissilə qeyd edir.

Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi altında Vətən Müharibəsi və ondan sonrakı dövrdə Azərbaycan misilsiz hərbi, siyasi, diplomatik qələbələr qazanıb, ərazi bütövlüyümüz və suverenliyimiz tam təmin olunub.

Müstəqilliyinin ən qüdrətli dövrünə qədəm qoyan ölkəmiz qalib dövlət kimi Tarixi Zəfərmizdən və Böyük Qayıdışımızdan irəli gələn yeni hədəflərinin müəyyənləşdiyi əlamətdar bir dönəmini yaşayır.

Hər zaman olduğu kimi, Azərbaycan xalqı bu gün də qətiyyətlə inanır ki müharibədən sonrakı dövrdə  keyfiyyətçə yeni strateji mərhələdə hörmətli dövlət başçımızın rəhbərliyi ilə həyata keçirilən uğurlu dövlət siyasəti ölkəmizin qudrətinin daha da artmasına möhkəm zəmin yaradacaq.

Milli Məclisin üzvü Xaçmaz rayonunda seçicilərini növbəti dəfə qəbul edib, səmimi və işgüzar şəraitdə keçən qəbulda rayon ictimaiyyətinin və seçicilərin müxtəlif təbəqələrinin nümayəndələri təmsil olunub.

Şəhid ailələri, qazilər, müharibə veteranları daxil olmaqla qəbulda olan vətəndaşların müraciətlərinə Ağalar Vəliyev tərəfindən həssaslıqla yanaşılıb, sosial məsələlərlə bağlı müraciətlər yerindəcə təmin edilib, qaldırılan digər məsələlərlə bağlı aidiyyatı üzrə müvafiq tədbirlərin görüləcəyi qəbul iştirakçılarına bildirilib.

Deputatın ofisindən daxil olan məlumata əsasən Ağalar Vəliyevin təşəbbüsü və dəstəyi ilə bayramlar münasibətilə Seçki Dairəsi üzrə Xaçmaz rayonundan 1025 şəhid, qazi, əlil və aztəminatlı ailəyə, Ucar, Yevlax, Goranboy, Tərtər və Bərdə rayonlarından isə 255 ağsaqqala təbrik açıqcaları ilə birgə bütün zəruri ərzaq məhsullarından ibarət bayram sovqatları çatdırılıb.

Ağsaqqallar, şəhid və qazi ailələri onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını ifadə ediblər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 28 Dekabr 2024 13:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see316

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see305

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see288

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see266

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see252

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see239

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see211

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see205

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see198

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see185

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see178

İlham Əliyev bu gəncləri mükafatlandırdı SİYAHI

30 Yanvar 2026 16:40see171

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see170

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see170

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see154

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see150

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see149

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see149

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see148

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri