Icma.az
close
up
RU
Ağalar Vəliyev şəhid ailələrinə maliyyə dəstəyi göstərib FOTOLAR

Ağalar Vəliyev şəhid ailələrinə maliyyə dəstəyi göstərib FOTOLAR

Icma.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

57 saylı Xaçmaz şəhər seçki dairəsindən Milli Məclisin deputatı Ağalar Vəliyevin təşəbbüsü və İcra Hakimiyyətinin dəstəyi ilə Xaçmaz rayonunda Vətən müharibəsi şəhidlərinin ildönümü münasibətilə anım tədbirləri və ehsan mərasimi təşkil olunub. 

"Unikal" xəbər verir ki, ilk öncə millət vəkili Xaçmaz rayon İcra hakimiyyətinin başçısı Elnur Rzayevlə  birgə 2016-cı ilin aprel döyüşlərinin 2, 2020-ci ilin Vətən müharibəsinin 21 və 2023-cü ilin antiterror əməliyyatının 5 şəhidinin ailə üzvləri ilə görüşüb. Səmimi şəraitdə keçən görüşdə qəhraman şəhidlərimizin döyüş yolu ehtiramla xatırlanıb, şəhid ailələrinin sosial problemləri dinlənilib, onların qayğıları ilə maraqlanılıb və deputat tərəfindən şəhidlərin ildönümü mərasimlərinin keçirilməsi üçün 28 şəhid ailəsinə maliyyə vəsaiti təqdim edilib.  
Görüşdən sonra Ağalar Vəliyevin maliyyə dəstəyi ilə rayon rəhbərliyinin, geniş ictimaiyyətin nümayəndələrinin, ağsaqqalların, din xadimlərinin, şəhid ailələrinin, qazilərin, müharibə veteranlarının iştirakı ilə 550 nəfərlik ehsan süfrəsi açılıb. Ehsan mərasimində şəhidlərin əziz xatirəsi dərin ehtiramla anılıb və onların ruhlarına dualar oxunub.
Mərasimdə xüsusi ilə vurğulanıb ki, bu gün Azərbaycan möhtərəm  Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan tarixi Qələbəmizdən, antiterror tədbirlərinin uğurla başa çatmasından sonra suverenliyimizin bütün ərazilərimizdə tam bərpasından, doğma Qarabağımızda həyata keçirilən genişmiqyaslı quruculuq işlərindən və Böyük Qayıdışımızdan  irəli gələn yeni hədəfləri müəyyənləşdirən qalib dövlət kimi müstəqilliyinin ən qüdrətli dövrünü yaşayır.
Qeyd olunub ki, Xaçmaz rayonu da daxil olmaqla ölkəmizdə şəhid ailələri və müharibə əlilləri hər zaman dövlətimizin başçısının  hərtərəfli diqqət və qayğısı ilə əhatə olunub, onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətlərində zəruri tədbirlər görülüb. 
Bildirilib ki, ölkə rəhbərliyinin bu sahədəki dövlət siyasətinə dəstək olaraq Ağalar Vəliyev millət vəkili kimi təmsilçisi olduğu 57 saylı seçki dairəsi üzrə Xaçmaz rayonundan olan şəhid ailələrinə, Qarabağ əlillərinə, müharibə iştirakçılarına həssaslıqla yanaşır, öz maddi və mənəvi dəstəyini onlardan əsirgəmir.
Belə ki, ötən müddət ərzində Milli Məclisin üzvü tərəfindən 111 şəhid və 119 qazi ailəsinin sosial problemlərinin həllinə maliyyə dəstəyi göstərilib. Şəhid ailələri, qazilər və müharibə veteranları daxil olmaqla Yeni İl, Novruz, Ramazan və Qurban bayramlarında 1025 aztəminatlı ailəyə ümumilikdə 4100 ədəd ərzaq bağlaması çatdırılıb.
Eyni zamanda şəhid və qazi ailələri nəzərə alınmaqla son iki il ərzində 124 nəfər Şuşa-Xankəndi-Laçın turuna, cari ildə isə 5 nəfər Həcc ziyarətinə göndərilib. Həmçinin, bu il orta məktəblərdə təhsil alan 20 şəhid və qazi övladına və tələbə adı qazanan 2 şəhid övladına maliyyə dəstəyi göstərilib.
Anım tədbirlərinin iştirakçıları  şəhid ailələrinə, qazilərə  və müharibə iştirakçılarına göstərilən hərtərəfli dövlət qayğısına görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər. 


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://unikal.az
archiveBu xəbər 25 Sentyabr 2025 19:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see210

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

08 Noyabr 2025 18:48see202

Mərhum atasından danışan Röya KÖVRƏLDİ EKSKLÜZİV VİDEO

08 Noyabr 2025 23:07see192

“Vilyarreal” səfərdə “Espanyol”a qalib gəlib

09 Noyabr 2025 02:26see173

Almaniyada polis iki ağır insan qaçaqmalçılığı hadisəsinin qarşısını alıb

08 Noyabr 2025 03:36see161

Bu rayona yeni polis rəisi təyin edildi

08 Noyabr 2025 14:02see142

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see139

Liqa 1: Marsel darmadağına sevindi

09 Noyabr 2025 02:22see137

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

08 Noyabr 2025 14:23see137

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see136

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see134

Elmar Baxşıyev: Bizdə əsas heyət anlayışı yoxdur

08 Noyabr 2025 19:18see133

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

08 Noyabr 2025 02:58see133

Kadinin xəstəxanadan MESAJI: “Geri dönəcəm, sizi sevirəm” FOTO/VİDEO

08 Noyabr 2025 11:53see133

Noyabr bu bürclər üçün sakit və huzurlu keçəcək

08 Noyabr 2025 22:26see128

Qorxaq deputatlar: Rusiya ilə gərginliyi müzakirə etməkdən açıq şəkildə yayınırlar

09 Noyabr 2025 00:17see127

Zəfər turu nun qalibi bəlli oldu

09 Noyabr 2025 21:00see125

Ermənistanı revanşizmə həvəsləndirən Makrondur RƏY

09 Noyabr 2025 05:54see124

Vətən müharibəsi mövzulu filmlər açıqlandı Siyahı

09 Noyabr 2025 01:02see123

Zabitlərimiz paraddan öncə BELƏ sevindi VİDEO

09 Noyabr 2025 00:48see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri