Icma.az
close
up
RU
Ağalıda “Qəhrəman xalqın şanlı partiyası YAP” adlı tədbir...

Ağalıda “Qəhrəman xalqın şanlı partiyası YAP” adlı tədbir...

Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Aprelin 4-də Zəngilan rayonunun Ağalı kəndində Yeni Azərbaycan Partiyasının Zəngilan rayon təşkilatının 31-ci ildönümü münasibətilə “Qəhrəman xalqın şanlı partiyası - YAP” adlı tədbir təşkil olunub.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, əvvəlcə Şəhidlər xiyabanı və Ümummilli Lider Heydər Əliyevin büstü ziyarət olunub, Ulu Öndərin əziz xatirəsinə dərin hörmət və ehtiram ifadə edilib.

Tədbir Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Sonra Yeni Azərbaycan Partiyasının keçdiyi inkişaf yolunu əks etdirən videoçarx nümayiş olunub.

Rayon təşkilatının sədri Natiq Quluzadə bildirdi ki, Yeni Azərbaycan Partiyası əldə etdiyi uğurları və gələcək hədəfləri ilə xalqımızın birliyini və gücünü təmsil edən rəqibsiz bir siyasi təşkilat olaraq ölkəmizin inkişafı naminə fəaliyyətini hər zaman uğurla davam etdirəcək. O qeyd edib ki, partiya Ulu Öndər Heydər Əliyevin uzaqgörən ideyaları əsasında qurulub və onun əsas prinsipləri milli həmrəylik, dövlətçiliyin möhkəmləndirilməsi, Azərbaycanın müstəqilliyinin qorunmasıdır. Bu ideyaların Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ölkəmizin hərtərəfli inkişafına əsas yaradıb, gələcək nəsillərə daha güclü, daha firavan bir Azərbaycan təqdim etmək məqsədini həyatımıza gətirib.

Sədr əlavə edib ki, rayon təşkilatı YAP-ın ən fəal qollarından biri olaraq partiyanın ideya və məqsədlərini yerli səviyyədə həyata keçirərək uğurlu fəaliyyət qurub. O qeyd edib ki, Zəngilan rayonunun yenidən qurulması və Ağalı kəndinin inkişafı partiyanın uğurlu fəaliyyətinin bariz nümunəsidir.

Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi nümayəndəliyinin məsul əməkdaşı Ceyhun Həsənov, “Azərbaycan” qəzetinin məsul katibi, tarix üzrə fəlsəfə doktoru Elçin Vəliyev və digərləri çıxış edərək Yeni Azərbaycan Partiyasının yaranma tarixindən, keçdiyi mürəkkəb və şərəfli yoldan söhbət açıblar. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş Yeni Azərbaycan Partiyasının bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni nailiyyətlərə imza atdığı, bu uğurların zirvəsində tarixi Zəfərimizin dayandığı, Ağalı kəndinin bu tədbirə ev sahibliyi etməsinin tarixi əhəmiyyəti də xüsusi vurğulanıb. Onlar, həmçinin rayon təşkilatının yaranmasının 31 illiyi münasibətilə öz səmimi təbriklərini çatdıraraq bu əlamətdar günün əhəmiyyətini qeyd ediblər.

Sonda partiya sıralarına yeni qəbul olunmuş şəxslərə üzvlük vəsiqəsi, eləcə də rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup partiya veteranına və fəalına Fəxri fərman təqdim edilib.

Tədbir Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə yekunlaşıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:132
embedMənbə:https://sia.az
archiveBu xəbər 04 Aprel 2025 19:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri