Icma.az
close
up
RU
Qalib xalqın şanlı ordusu

Qalib xalqın şanlı ordusu

Icma.az xəbər verir, Missiya.az saytına əsaslanaraq.

Ordu hər bir xalqın dövlətçiliyinin əsas sütunlarından biri, dövlətin suverenliyinin və ərazi bütövlüyünün təminatçısıdır. Bu tarixən belə olub, indi də belədir. Sürətlə dəyişən və yenidən formalaşan çağdaş dünya nizamında da dövlətlərin qüdrəti və nüfuzu müxtəli meyarlarla yanaşı, onun ordusunun gücü ilə müəyyən olunur.

Azərbaycan dövlət müstəqilliyini Ermənistanla müharibə şəraitində bərpa etdiyi üçün ordu quruculuğu ilk gündən respublikamızın qarşısında dayanan təxirəsalınmaz vəzifə kimi özünü göstərmişdir. Lakin təəssüflə qeyd edilməlidir ki,  müstəqilliyimizin ilk illərində Azərbaycana rəhbərlik edənlər Ermənistanın torpaqlarımızı işğal etdiyi bir şəraitdə bu vacib və məsuliyyətli işin öhdəsindən gələ bilmədilər. Əsas problemlər isə orduda vahid komandanlığın olmaması, hərbi hissələrin ayrı-ayrı şəxslərin nəzarətində olması və onların siyasi və konyunktur maraqlarına xidmət etməsi idi. Bu vəziyyət həmin dövrdə ordu quruculuğunun faktiki olaraq fiaskoya uğramasına və nəticə etibarilə torpaqlarımızın müdafiəsinin düzgün təşkil edilməməsinə, ərazilərimizin Ermənistan tərəfindən işğalına gətirib çıxarmışdı.

Ona görə  1993-cü ilin iyun ayında xalqımızın istək və arzusu ilə siyasi hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin ağır və çətin reallıqlar şəraitində ilk həyata keçirdiyi tədbirlərdən biri də ordu quruculuğu ilə bağlı oldu. 1993-cü il noyabrın 2-də televiziya və radio ilə xalqa tarixi müraciətində «İndi bizim ordumuz yaranmalı və qurulmalıdır», deyən Heydər Əliyev hamını bu yolda fədakar mübarizəyə, Azərbaycanın müdafiəsinə qalxmağa çağırırdı. Məhz bu müraciət Azərbaycanda yeni ordu quruculuğunun başlanğıcına çevrildi. 

Heydər Əliyev təcrübəli dövlət xadimi olmaqla yanaşı, həm də general rütbəsinə qədər yüksəlmiş peşəkar hərbçi idi. Ona görə ümummilli lider sərkərdə qətiyyəti ilə qısa zamanda nizami və vahid komandanlığa əsaslanan Azərbaycan Ordusunun formalaşdırılmasına nail oldu. Yeni yaradılan hərbi birləşmələrimiz nəinki Ermənistanın güclənən hücumlarının qarşısını böyük mətinliklə aldılar, eləcə də 1993-cü ilin sonu, 1994-cü ilin əvvəllərində Füzuli rayonu və Murov dağı istiqamətində uğurlu hərbi əməliyyatlar keçirərək Ermənistanın hərbi qüvvələrini geri oturtdular, çoxsaylı yaşayış məntəqələrini, strateji yüksəklikləri düşməndən azad etdilər.

1994-cü il may ayında cəbhədə atəşkəsin elan edilməsindən sonra ordu quruculuğu ilə bağlı genişmiqyaslı işlərin həyata keçirilməsi üçün əlverişli zəmin yarandı. Bunun nəticəsi kimi ordumuzun döyüş qabiliyyəti gücləndirildi, maddi-texniki təminatı möhkəmləndirildi, hərbi təhsildə yeniliklər tətbiq olundu. O cümlədən qardaş Türkiyə və NATO ilə yaradılan münasibətlər ordu quruculuğunun müasir çağırışlara uyğun şəkildə həyata keçirilməsinə yol açdı.

Ulu Öndər Heydər Əliyev dövlətçilik məsələlərində varislik ənənələrinə xüsusi diqqətə yanaşırdı. Təsadüfi deyil ki, hazırda Azərbaycanda bir çox dövlət qurumları yaranma tarixini Azərbaycan Xalq Cümhuriyyəti dövründən götürür. Orduda da belədir. Ulu Öndər Heydər Əliyevin 1998-ci il mayın 22-də imzaladığı fərmanla 1918-ci ildə Əlahiddə Azərbaycan Korpusunun yaradıldığı 26 iyun tarixi Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü elan olunub. Artıq 27 ildir ki, iyun ayının 26-sı respublikamızda ordumuzun yaradıldığı gün kimi təntənəli şəkildə qeyd edilir. 

Silahlı Qüvvələrimizin gücləndirilməsi, bütün qoşun növlərinin döyüş hazırlığının yüksəldilməsi cənab Prezident İlham Əliyevin respublikamıza rəhbərliyinin ilk günündən xüsusi diqqət yetirdiyi məsələdir. 2003-cü il oktyabrın 31-də ilk dəfə Prezident kimi and içən möhtərəm Prezident İlham Əliyev həmin vaxt etdiyi çıxışda bununla bağlı demişdi

«Azərbaycanda ordu quruculuğu sahəsində də böyük işlər görülmüşdür. Ölkəmizdə güclü ordu yaradılmışdır və bu proses davam edəcəkdir. Bu məsələ daim mənim diqqət mərkəzimdə olacaqdır. Azərbaycanın çox güclü ordusu olmalıdır. O, qarşıda duran bütün məsələləri həll etmək iqtidarında olmalıdır. Əminəm ki, Azərbaycanın iqtisadi potensialı ordumuzun ən yüksək standartlara cavab verməsinə və qarşıda duran bütün vəzifələri yerinə yetirməsinə imkan verəcəkdir».

Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi hərbi islahatlar Ulu Öndərin başlatdığı ordu quruculuğunu yeni keyfiyyət mərhələsinə yüksəldərək, Silahlı Qüvvələrimizin həm də modern hərbi gücə çevrilməsini təmin etdi. Dünyanın qabaqcıl hərbi sənaye komplekslərinin istehsalı olan silah və texnikalar ordumuzun arsenalına daxil edildi. Müasir artilleriya qurğuları, reaktiv yaylım atəş və hava hücumundan mülafiə sistemləri, toplar, taktiki raket və zenit-raket kompleksləri, ağır odatan sistemləri, pilotsuz uçuş aparatları qoşunlarımızın silahlanmsında yer aldı.

Eyni zamanda Prezident İlham Əliyev hər zaman açıq şəkildə bəyan etdi ki, sülh danışıqları nəticəsiz qalarsa, Azərbaycan dövləti güc yolu ilə torpaqlarını işğaldan azad edəcək. 2016-cı ildə baş verən Aprel döyüşləri, 2018-də Naxçıvanda həyata keçirilən Günnüt əməliyyatı, o cümlədən 2020-ci ilin iyulunda Ermənistanın Tovuz istiqamətində həyata keçirdiyi hərbi təxribatın qarşısının layiqincə alınması göstərirdi ki, Azərbaycan Silahlı Qüvvələri tarixi missiyasını yerinə yetirməyə qadirdir.

2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatından sonra başlanan İkinci Qarabağ müharibəsi Prezident İlham Əliyevin ordu quruculuğu isitqamətində nə qədər uzaqgörən fəaliyyət həyata keçirdiyini bir daha təsdiq edərək göstərdi ki, Azərbaycan Silahlı Qüvvələri öz torpaqlarımızın azadlığı uğrunda özünün müqəddəs vəzifəsini yerinə yetirməyə hazırdır. Savaşın ilk günündən hər bir qoşun növü, ordumuzun bütün şəxsi heyəti qəhrəmanlıq və hünər göstərdi. Cəbhənin elə bir istiqaməti olmadı ki, hərbçilərimiz qələbə qazanmasınlar, elə bir döyüş olmadı ki, düşmən məhv edilməsin. Ermənistanın qürurlandığı «Ohanyan səddi»ni qəhrəman hərbçilərimiz elə müharibənin ilk günündə keçdilər. Ermənistanın öz ordusu ilə bağlı uydurduğu mif və «məğlubedilməzlik» imici müharibənin ilk günündən darmadağın olundu və 30 ilə yaxın işğal altında saxladığı ərazilərimiz cəmi 44 günə azad edildi. Sentyabrın 27-dən noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 300-dək kənd düşməndən təmizləndi. Bu savaşda qazanılan tarixi Zəfər Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyətinin, ordumuzun qüdrətinin, hərbçilərimizin vətənpərvərliyinin təntənəsinə çevrildi. Onu da xüsusi qeyd etməliyik ki, bu müharibədə ordumuzun həyata keçirdiyi unikal hərbi əməliyyatlar dünyaya səs saldı, aparıcı hərbi mərkəzlərin marağına səbəb oldu.

2023-cü ilin sentyabrın 19-20-də bir sutkadan da az olmaqla davam edən antiterror tədbirləri bir daha göstərdi ki, Azərbaycan Silahlı Qüvvələri dövlətimizi və xalqımızı hər cür təhdidlərdən qorumağa qadirdir.

Silahlı Qüvvələrimizin daha da gücləndirilməsi, qoşunların döyüş imkanlarının hər zaman yüksək səviyyədə saxlanılması, müasir hərb standartlarının mənimsənilməsi bu gün də respublikamızın hərbi prioritetləri sırasında yer alır. 2025-ci ildə dövlət büdcəsinin müdafiə və təhlükəsizlik xərclərinin 1 milyard 738 milyon manat artırılaraq 8 milyard 396,3 milyon manata çatdırılması da bunu təsdiq edir. 

Reallıqlar da ondan ibarətdir ki,  Azərbaycanda Vətən müharibəsindən sonra da ordu quruculuğu, qoşunların döyüş hazırlığının artırılması prosesi davam etdirilir. Bu məsələdə 44 günlük müharibənin və antiterror tədbirlərinin gedişatı təhlil olunur, yeni hərbi təşəbbüslər praktik göstəricilərə əsaslanır. Vətən müharibəsindən sonra yeni komando birliklərinin yaradılması ordumuzun gücünü böyük dərəcədə artırıb.

Dünyanın müxtəlif coğrafiyalarında müharibələr indi də davam edir. Lakin bu gün pozulmuş ərazi bütövlüyünü hərbi yolla təmin edə bilən dövlət göstərmək faktiki olaraq mümkün deyil. Bu mənada Azərbaycan torpaqlarını döyüş yolu ilə azad etməklə, hərb meydanında Zəfər qazanmaqla həm də çağdaş beynəlxalq münasibətlərdə yeni nümunə yaratdı. Xalqımıza bu Zəfəri yaşadan isə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev cənabları və qalib Azərbaycan Ordusudur. 

26 İyun Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü münasibətilə bütün hərbçilərimizi təbrik edir, şərəfli və məsuliyyətli missiyalarında onlara uğurlar arzulayıram. 

Xanlar Fətiyev

Milli Məclisin deputatı


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:173
embedMənbə:https://missiya.az
archiveBu xəbər 25 İyun 2025 15:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyənin Rusiya Ukrayna danışıqlarında vasitəçilik etməsi mümkündürmü? AÇIQLAMA

07 İyul 2026 12:09see472

Məşhur bloger qızı ilə qəzaya düşdü FOTO

06 İyul 2026 14:44see382

Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç karvanı yola salınıb FOTO

06 İyul 2026 06:31see338

“Tanrım, tanrım, günahlarımın cəzasını çəkirəm!” Artur Konan Doyl

06 İyul 2026 14:32see288

Bankların yay kampaniyaları 2026

07 İyul 2026 11:12see253

Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir

07 İyul 2026 11:45see243

Şuşada Mədəni və etnik müxtəliflik: tarixin dərsləri, müasir çağırışlar adlı beynəlxalq konfrans keçirilir

06 İyul 2026 10:04see211

Ülfət çimərlik geyimində fotolarını paylaşdı

07 İyul 2026 02:03see196

Bakıda məhbus həbsxanadan qaçdı Əməliyyat keçirilir

07 İyul 2026 16:59see196

Legioneri “Səbail”dən ayrıldı

07 İyul 2026 02:03see187

Məktəbəqədər təhsil müəssisələrinə elektron qəbul başlayır

06 İyul 2026 17:54see185

Bu məhsullarla bağlı sosial şəbəkələrdəki tövsiyələrə İNANMAYIN!

07 İyul 2026 02:40see180

Qalibaf: İrana hücum edənlər cəzalandırılacaq

07 İyul 2026 03:33see176

Cozef Aun ABŞ ni İsrailin Livandan çıxmasını sürətləndirməyə çağırdı

07 İyul 2026 00:43see176

Gecələr yata bilmirəm, nə etməliyəm?

06 İyul 2026 23:33see173

Rutte: NATO ölkələri Ankara sammitində on milyardlarla dollar dəyərində müqavilələr imzalayacaqlar

07 İyul 2026 06:09see173

Müəllim də repetitor yanına hazırlığa gedir VİDEO

07 İyul 2026 09:15see166

RF nin Ukraynadakı Azərbaycan mülkiyyətinə hücumları Moskva körpüləri yandırır

07 İyul 2026 18:16see159

“Bəzi sahələrdə diplom və sertifikata ehtiyac qalmayacaq” ​Ekspert

06 İyul 2026 22:05see154

Tut yeməyin faydaları

07 İyul 2026 04:21see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri