Icma.az
close
up
RU
Ağalıda yenidən doğulan ümidlər keçmiş məcburi köçkünlər AZƏRTAC a danışırlar

Ağalıda yenidən doğulan ümidlər keçmiş məcburi köçkünlər AZƏRTAC a danışırlar

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Zəngilan, 14 noyabr, Aydın Yavərzadə, AZƏRTAC

Bu gün Zəngilanın Ağalı kəndinə Böyük Qayıdış proqramı çərçivəsində növbəti köç prosesi həyata keçirilib. İllərdir yurd həsrəti ilə yaşayan keçmiş məcburi köçkünlər Şanlı Zəfərin bəxş etdiyi sevincli günləri yaşayırlar. Həm Ağalının müasir görkəmi, həm də köçkünlərin ürək sözləri bu qayıdışın təkcə fiziki deyil, həm də mənəvi dirçəliş olduğunu göstərir.

AZƏRTAC-ın bölgə müxbiri Ağalıya qayıdan keçmiş məcburi köçkünlərlə görüşüb, onların təəssüratlarını özlərindən dinləyib.

“40 yaşımda 8 yaşlı Çinarənin saflığına döndüm”

Ağalıya qayıdan keçmiş məcburi köçkünlərdən biri Çinarə Firudinovadır. Deyir ki, illərin kədəri sevincə və qürura çevrilib: “Qəlbimizdə bir zamanlar yer tapmış ağrının yerini Şanlı Zəfərin işığı doldurub. Bu torpağın azadlığı uğrunda canını fəda edən şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə şəfa diləyirik. Onların mübarək qanı ilə azad edilən bu torpağa – Ana Vətənimizə yenidən qovuşduq. İndi hər daşı, hər qarışı bizə əmanətdir, bizə müqəddəsdir. Bütün Ağalı sakinləri adından, Zəfərimizin memarı, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevə sonsuz təşəkkürümüzü bildiririk.”

Ağalıdan ailəsi ilə birlikdə didərgin düşəndə səkkiz yaşında olduğunu vurğulayan Ç.Firudinova deyib: “Həsrətin yollarını qət edib, doğma diyara 40 yaşımda qayıtdım. Lakin kəndə qədəm qoyan kimi, illərin yükü çiyinlərimdən götürüldü, ruhum yenə o səkkiz yaşlı Çinarənin saflığına döndü. Gözlərimin önündə bir anda kəndimizin cığırları, məktəbimizin pillələri, gülüş səsi ilə dolu bağçamız və doğma evimizin isti ocağı canlandı.

Bu gün Ağalımız daha möhtəşəmdir! Köhnə xatirələrin üstündə sanki bir nağıl şəhəri ucalıb. Müasir, yaraşıqlı evlər inşa edilib, yeni məktəb və bağça tikilib, abad yollar çəkilib. Bu gün Ağalıda xoşbəxt günlərimiz yenidən başlayır.”

“Bu sevinc göz yaşları illərin həsrətinin sona çatdığını bildirir”

Digər Ağalı sakini Sona Əlizadə cəmi altı aylıq körpə ikən, ata-anasının qucağında bu torpaqlardan məcburi köçkün düşmüşdü. Zaman qanad açıb uçdu, uzun illərin həsrəti nəhayət sona çatdı... O, bu gün 32 yaşında öz övladları ilə müqəddəs bildiyi kəndinə - Ağalıya qayıdıb.

“Bütün bu illər ərzində doğma Zəngilanımız, əziz Ağalımız mənim üçün yalnız valideynlərimin nəql etdiyi rəvayət, xəyal qura biləcəyim bir təsəvvür idi. Atam və anam keçmişin hər bir xatirəsini mənə bir-bir anladaraq, gələcəyə olan əbədi ümidimi yaşatdılar. Mən hər zaman inanırdım, qəlbimin dərinliyində bilirdim ki, bir gün biz doğma ocağımıza dönəcəyik”, - deyir S.Əlizadə.

Bildirir ki, Ağalıya ilk sakinlərin köçü baş tutanda atası ilə bu yerlərə gəlib, kəndi öz gözləri ilə görüb: “O gün ürəyim titrədi, amma bu gün! Bu gün artıq öz övladlarımla bu torpaqlarda məskunlaşmaq üçün gəlmişəm. Sevincimin həddi-hüdudu yoxdur. İçimdə coşan bu hisslər sel kimi axır, onları ifadə etməyə sözlər kifayət etmir”.

“Mən ağlayaraq sevindim, çünki bu sevinc göz yaşları illərin həsrətinin sona çatdığını bildirir. Şükürlər olsun ki, biz artıq doğma kəndimizdəyik! Bu günlərə görə biz şəhidlərimizə borcluyuq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin. Onlar bizə bu qürurlu günləri bəxş etdi”, - deyən həmsöhbətim fikrini tamamlayır.

“Hər bir şəhidimiz həm də bizim əzizimiz, bizim övladımızdır”

Bu gün köç karvanı ilə Ağalıya köçən Zərifə Məhərrəmovanın kənarda durub bizi seyr etdiyinin fərqinə vardım. Onun da bu şad gündə deyiləsi sözləri var: “Gənc ailə idik. 1993-cü ilin oktyabrında, üç gün blokadada qaldıqdan sonra doğma ocağımızı tərk etdik. Həmin gün kəndimdən qəlbimdə min bir ağrı ilə, yanaqlarımdan süzülən kədər göz yaşları ilə ayrılmışdım. O zaman yola düşəndə, qucağımda üç körpə övladım vardı. Bu gün isə... Bu gün mən kəndimiz Ağalıya qayıdıram – illərin həsrəti bitib, kədər silinib! İndi yanaqlarımdan axanlar artıq sevinc göz yaşlarıdır. Ən əsası, mən bu müqəddəs yurda tək deyil, o körpə övladlarımın da böyüyüb boya-başa çatmış övladları ilə, nəvələrimlə birlikdə, üç nəsil olaraq qayıtmışam”.

Zərifə Məhərrəmova deyir ki, Azərbaycan kiçik dövlət olsa da, böyük nailiyyətə imza atdıq, əbədi yaşayacaq tarix yazdı: “Müzəffər Ali Baş Komandanımız İlham Əliyev başda olmaqla dövlətimlə, xalqımla qürur duyuram. Bizim cəsur xalqımız Ali Baş Komandanın “Dəmir yumruğu” altında birləşdi və Rəşadətli Ordumuzun Şanlı Qələbəsi bütün dünyaya səs saldı. Biz hər zaman birlikdə olmalı, azad edilən torpaqlarda qurub-yaratmalı, Vətən uğrunda canını verən şəhidlərimizin ruhu şad olsun deyə bu torpaqları çiçəkləndirməliyik. Mən bütün şəhid valideynlərinin qarşısında, şəhidlərimizin müqəddəs ruhu qarşısında baş əyirəm!”

“Torpaqlarımız azad olunandan bəri qəlbimdə bir arzu var idi: Ağalıya qayıdanda evimdə ilk qazanı şəhidlərimizin adına asmaq! O müqəddəs gün gəlib çatdı. Başda şəhid generalımız Polad Həşimovun anası Səmayə ana olmaqla, bütün şəhid analarına səslənirəm: Hər bir şəhidimiz həm də bizim əzizimiz, bizim övladımızdır!”, - deyə o əlavə edib.

Qeyd edək ki, bu gün Ağalı kəndinə 41 ailə olmaqla 110 nəfər köçürülüb. Onlar respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, düşərgə, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:59
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 Noyabr 2025 17:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see361

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see213

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see189

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see185

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see171

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see165

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see160

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see158

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see149

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see148

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see145

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see144

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see141

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see138

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see135

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see133

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see133

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see128

Bir zamanlar möcüzə idi, indi təsirsizdir: Antibiotiklər niyə keyfiyyətsizdir?

29 Dekabr 2025 23:55see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri