Icma.az
close
up
RU
Keçmiş məcburi köçkünlər üçün ustad dərsləri təşkil edilib AZƏRTAC

Keçmiş məcburi köçkünlər üçün ustad dərsləri təşkil edilib AZƏRTAC

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 28 dekabr, AZƏRTAC

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi “Məcburi köçkünlərin peşə bacarıqlarının artırılması məqsədilə ustad dərslərinin keçirilməsi” adlı tədbir təşkil edib.

Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, tədbirdə işğaldan azad edilmiş ərazilərə ilkin mərhələdə köçürüləcək keçmiş məcburi köçkünlər iştirak ediblər.

Qurumun Məşğulluq sektorunun müdiri Kamran Ağaməliyev Böyük Qayıdışa dair I Dövlət Proqramı haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib, işğaldan azad edilmiş ərazilərdə keçmiş məcburi köçkünlərin məşğulluğunun təmin edilməsinin dövlət siyasəti kimi ön planda olduğunu qeyd edib.

“Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva keçmiş məcburi köçkünlərin maddi və sosial rifahının yaxşılaşdırılmasını hər zaman diqqət mərkəzində saxlayır, müsbət həlli üçün tapşırıqlar verirlər. İşğaldan azad edilən ərazilərin yenidən qurulması zamanı müxtəlif müəssisələr də istifadəyə verilir ki, bunlar da geri qayıdan sakinlərin məşğulluğuna dəstək olur. Dövlət Komitəsi də məcburi köçkünlərin doğma yurdlarına qayıdışı prosesində onların məşğulluq məsələlərinin həll olunmasına dəstək verir. Bununla əlaqədar məcburi köçkün icmalarında bilik və bacarıqların artırılması, gəlir gətirən fəaliyyətlərin dəstəklənməsi, peşə hazırlığı və sahibkarlıq təlimləri, mikrobizneslərin yaradılması kimi tədbirlər həyata keçirilir”, - deyə Məşğulluq sektorunun müdiri vurğulayıb.

Sonra öz sahəsində peşəkar olan mütəxəssislər tərəfindən iştirakçılara müxtəlif peşə sahələrinə aid ustad dərsləri keçirilib. Tədbirdə iştirak edən keçmiş məcburi köçkünlər onlara göstərilən dəstəyə görə təşəkkür edərək, tezliklə doğma yurdlarına qayıdıb, öyrəndikləri peşə bacarıqlarını orada quracaqları mikrobiznes sahələrində tətbiq edəcəklərini bildiriblər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:251
embedMənbə:https://azertag.az
archiveBu xəbər 28 Dekabr 2024 12:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see324

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see324

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see320

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see316

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see299

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see297

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see283

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see279

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see274

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see273

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see270

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see268

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see261

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see258

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see258

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see246

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see242

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see241

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see225

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri