Icma.az
close
up
RU
Ağasəlim Mircavadov: Dublindəki oyunun hesabının “Qarabağ”da arxayınlıq yaradacağını düşünmürəm

Ağasəlim Mircavadov: Dublindəki oyunun hesabının “Qarabağ”da arxayınlıq yaradacağını düşünmürəm

Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin “Şelburn”la (İrlandiya) ilk görüşündə qeydə alınan hesab "Qarabağ"da arxayınlıq yaratmayacaq.

İdman.biz xəbər verir ki, bunu “Report”a açıqlamasında Azərbaycan millisinin sabiq baş məşqçisi Ağasəlim Mircavadov deyib.

“Şöhrət” ordenli mütəxəssis səfər matçında Ağdam təmsilçisinin heyətində müəyyən rotasiyaların ola biləcəyini istisna etməyib: “Dublində qeydə alınan hesabın cavab matçında “Qarabağ”da arxayınlıq yaradacağını düşünmürəm. Futbolçuların hər biri peşəkardır. Həm də iyulun 30-da baş tutacaq oyunda stadionun dolacağını fikirləşirəm. Çünki azarkeşlər oyuna gələcəklər və istirahət etmək istəyəcəklər. Amma heyətdə müəyyən rotasiyalar mümkündür. İndiki halda komandada hər mövqeyə iki oyunçu var. Gördüklərimə əsasən komandanın yaxşı hazırlıq keçdiyini deyə bilərəm. Fiziki durum qaydasındadır. Sadəcə, hücum, inkişaf, meydanın rəqibə aid hissəsində çoxalmaq, top saxlamaq kimi məqamlara fikir vermək lazımdır”.

O, “Qarabağ”ın yaxşı hazırlıq keçdiyini söyləyib: “Qarabağ”ın təlim-məşq prosesinin ağır olduğu hiss edilir. Çünki ilk oyundakı bəzi epizodlarda futbolçular topla rahat davrana bilmirdilər. Normal haldır, ağır yüklənmə olub, ancaq bu, bir oyunluq deyil. Belə yüklənmə “Qarabağ”a ən azı altı aya qədər kömək edəcək. Heyətdə iki yeni futbolçu oynadı. Düzdür, bir matça görə onlarla bağlı qərar vermək olmaz. Amma “Qarabağ”ın üslubunu bilirlər. Dünənki matçda dayaq yarımmüdafiəçisi yox səviyyəsində idi. Biz Kadi Borqesi hücumçuların arxasında və ya vinger kimi görmüşük. Amma dünənki görüşdə ikinci dayaq yarımmüdafiəçisi rolunda idi. Normal oynadılar, əsas odur ki, qollar vurdular. Bu da komandanı ruhlandırır və hansı səhvlərin üzərində işləmək lazım olduğunu göstərir. Belə ölkələrdə oynamaq çətindir. Çünki azarkeşləri aqressiv olurlar. Stadionun balaca olmasına baxmayaraq, ot örtüyü çox yaxşı idi. Bu da Böyük Britaniya ölkələrində futbola çox fikir verilməsinin göstəricisidir”.

Qeyd edək ki, komandalar arasında Dublində baş tutan görüş Azərbaycan çempionunun 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Cavab matçı isə iyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:00-da start götürəcək.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 24 İyul 2025 17:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see450

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see212

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see201

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see198

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see194

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see176

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see176

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see176

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see170

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see166

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see164

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see163

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see162

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see157

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see151

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see147

İlhan Omar canlı yayımda hücuma məruz qaldı

28 Yanvar 2026 15:33see141

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see141

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see140

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri