Icma.az
close
up
RU
Qarabağ ın problemi hücum xəttidir Ağasəlim Mircavadov

Qarabağ ın problemi hücum xəttidir Ağasəlim Mircavadov

Fanat saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Qarabağ" UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Kiyev "Dinamo"su ilə qarşılaşıb. "Köhlənlər" səfər matçında minimal hesabla məğlub olub.

Azərbaycan millisinin və "Qarabağ"ın sabiq çalışdırıcısı Ağasəlim Mircavadovla əlaqə saxlayıb məğlubiyyətin səbəblərini və cavab matçı ilə bağlı düşüncələrini soruşduq.

Təcrübəli mütəxəssisin Fanat.Az-a açıqlaması belə oldu: 

"Qarabağ" daha üstün idi. Sadəcə olaraq, hücumda fərqlər var. Yəni əvvəlki Ağdam təmsilçisində bu belə deyildi. Qol epizodlarının çoxundan yararlanmağı bacarırdılar. Ancaq indi çox vəziyyət yaratsalar da, ondan istifadə edə bilmirlər. Bu halları əldən verməmək lazımdır. Meydanda həm oyun baxımından, həm də topa nəzarətdə bizimkilər daha yaxşı performans göstərdi. Cərimə meydançası daxilində yaxşı imkanlar əldə edə bildilər, lakin ön xətdə sanki qol hissiyatı yoxdur. Azərbaycan təmsilçisi nəticə etibarı ilə hücumda çox yaxşı oynamadı. "Dinamo Kiyev" futbolçuları isə üstünlüyə malik olmasalar da, daha istəkli oyun nümayiş etdirirdilər. Ukrayna təmsilçisinin futbolçuları bir-birinə çox yaxın oynayırdılar və "Qarabağ"ın əl-qol açmasına imkan vermirdilər. Mənə görə "Qarabağ"ın tək problemi hücum xəttidir. Aleksey Kaşuk bir-iki qol imkanı yaxaladı, lakin son vuruşlarda keyfiyyət az idi. Əslində Ukrayna komandası da çox güclü deyildi, lakin son beş ilə baxsaq, çox böyük fərqlər var. Rəqibdə hərtərəfli iş gedir. Gənc oyunçuların yetişdirilməsi də buna aiddir. "Qarabağ"da daha bir problem oyunçuların "açılıb" top istəmələri ilə bağlıdır. Bunu yaxşı bacarmadılar, lakin bunlar vaxt keçdikcə aradan qalxacaq. Adaptasiyadan asılıdır. Mən inanıram ki, "Qarabağ" "Dinamo"nu Bakıda məğlub edib mərhələ adlayacaq".

Qeyd edək ki, tərəflərin cavab qarşılaşması avqustun 13-də reallaşacaq. Oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Əlisahib İbrahimli

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://fanat.az
archiveBu xəbər 07 Avqust 2026 16:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see336

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see270

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see257

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see257

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see253

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see243

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see242

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see240

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see240

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see233

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see226

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see225

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see216

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see215

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see215

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see212

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see193

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see191

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see182

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri