Icma.az
close
up
RU
Ağasəlim Mircavadov: “”Sabah”ın futbolçularını qınamaq olmaz”

Ağasəlim Mircavadov: “”Sabah”ın futbolçularını qınamaq olmaz”

Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Sabah” Avropa Liqasında mübarizəni dayandırıb. “Bayquşlar” I təsnifat mərhələsində “Çelye” (Sloveniya) ilə duellərdən məğlub ayrılıb (2:3, 3:3).

Azərbaycan yığmasının sabiq baş məşqçisi Ağasəlim Mircavadov “FutbolPress“ə açıqlamasında oyunuları dəyərləndirdi:

“İki oyunun arasında böyük fərq var idi. Cavab matçında “Sabah” daha diri, istəkli, aqressiv görünürdü. Komandada bəzi şeylər dəyişmişdi. Mərhələ adlamaq arzularında olduqları görünürdü. Lakin oyunun əlavə vaxta getməsi və komandanın yorulması rəqibin fərqlənməsinə səbəb oldu. “Sabah”ın futbolçularını qınamaq olmaz. Onlar əllərindən gələni etdilər, çox çalışdılar, lakin alınmadı”.

Mütəxəssis “Sabah”dakı çatışmazlıqlara toxundu:

“Futbolda vacib amillərdən biri istəkdir. Düzdür, komanda istəkli idi, psixoloji baxımdan oyuna yaxşı hazırlaşdıqları görünürdü. Ancaq ilk oyundakı səhvlər, xüsusilə, müdafiədəki problemlər turun getməsinə səbəb oldu. Birinci oyunun son dəqiqəsində “Sabah”ın mərkəz müdafiəçisinin rəqibini qaçırması, hərəkətsiz qalması qolla yekunlaşdı və bəlkə də bu, turun əldən çıxmasına səbəb an idi. Müdafiədə problemlər aşkardır. Dünənki oyunda da komandanın sağ cinahı yaxşı görünmürdü və “Çelye” əsas hücumlarını burdan edirdi. Onların bərabərlik qolunda da müdafiəçimiz rəqib oyunçunu qaçırmışdı. Müdafiədən əlavə, komandanın yarımmüdafiə xəttində də yaradıcılıq çatmırdı. Komandanın cinahları hücumda aktiv olsa da, mərkəzdən oyun qurmaqda çatışmazlıqlar görünürdü. “Sabah”ın bu məsələni həll etməsi lazımdır. Həm yeni transferlərə ehtiyac var, həm də komanda oyun baxımından inkişaf etməlidir”.

Mircavadov komandanın yeni baş məşqçisi Valdas Dambrauskasın işindən danışdı və “Sabah”ın Premyer Liqadakı çıxışından gözləntilərini bölüşdü:

“Baş məşqçi yeni gəlib. 10 günə ondan nəsə iş tələb etmək, qiymət vermək olmaz. Amma onu deyə bilərəm ki, iki oyun arasında kifayət qədər böyük fərq oldu. Səhvlərin üzərində işlənilmiş, bəzi dəyişikliklər edilmişdi. Amma yenə deyirəm, nəsə danışmaq hələ tezdir. Komandanın çempionatdakı hədəflərinə gəlincə… Bilirsiz necədir, 15 il əvvəl liqada 5-6 komandanın çempionluğa oynayacağını demək olurdu. İndi isə elə deyil. Bircə “Qarabağ” var. Başqa kiminsə çempionluğa iddia edəcəyini demək olmur. Lakin namizədlərin sayı çox olsa, “Qarabağ” üçün də faydalı olar, oyunlara daha ciddi yanaşar, rəqabət və səviyyə artar. “Sabah”ın çempionluq üçün mübarizə aparacağını indidən deyə bilmərəm”.

Sabiq məşqçi “Sabah”ın Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi “Petrokub” (Moldova) haqda danışdı:

“Komanda Avropa Liqasına vida etsə də, yoluna davam edir. Budəfəki rəqib “Çelye”dən səviyyəcə aşağıdır və “Sabah” mərhələni adlamalıdır. Vaxta bir həftə qalıb və inanıram ki, yaxşı hazırlaşıb, turu keçəcəklər”.

Şahin Cəfərov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:109
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 18 İyul 2025 12:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri