Icma.az
close
up
RU
Ağasif Şakiroğlu: Qarabağa birgə səfər bizi güclü göstərir

Ağasif Şakiroğlu: Qarabağa birgə səfər bizi güclü göstərir

Sherg.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Cəmiyyətdə həmrəylik, siyasi dialoq mühiti qorunur


“Bunun nəticəsində isə “MƏN” düşüncə paradiqması tədricən “BİZ” düşüncə paradiqması ilə əvəz olunur”


Ölkəmizdə fəal şəkildə təşviq olunan siyasi dialoq mühiti və bununla əlaqədar formalaşmaqda olan yeni siyasi mədəniyyət çərçivəsində siyasi partiya sədrlərinin işğaldan azad edilmiş ərazilərə birgə səfərlərinin təşkili Azərbaycan ictimaiyyəti tərəfindən artıq müsbət demokratik ənənə kimi qəbul olunur. Milli həmrəylik təzahürü ilə təcəssüm olunan və ictimaiyyət tərəfindən təqdir edilən bu demokratik təcrübə siyasi proseslərdə iştirak edən tərəflər arasında etibarlı və işgüzar münasibətləri daha da dərinləşdirir. Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə təşviq olunan siyasi dialoq mühiti çərçivəsində mütəmadi şəkildə müxtəlif səpkili layihələr icra edilir. Görüşlər, açıq müzakirələr, teledebatlar, peşəkar diskussiyalar, birgə səfərlər, konfranslar və bu kimi digər layihələr siyasi proseslərdə iştirak edən tərəflər arasında etibarlı əməkdaşlıq münasibətlərinin bərqərar olunmasına xidmət göstərir. Azərbaycan ictimaiyyəti təqribən son beş il ərzində iqtidarın mövcud istiqamətdəki davamlı təşəbbüslərinin şahididir. Siyasi dialoq ilə əlaqədar hökumət tərəfindən atılan bütün təşəbbüslər mediada açıq şəkildə işıqlandırılır. Təsadüfi deyil ki, Prezident İlham Əliyev öz çıxış və müsahibələrində siyasətdə sağlam münasibətlərin bərqərar olunması, siyasi dialoq mühitinin əhəmiyyəti və konstruktiv əməkdaşlığın vacibliyi kimi önəmli demokratik məzmunlu təzahürləri prinsipial və davamlı şəkildə qeyd edir. Siyasi partiya rəhbərlərinin işğaldan azad olunmuş ərazilərə birgə səfərlərinin təşkili təcrübəsi konkret məsələlərin müzakirəsi üçün işgüzar mühiti yaratmaqla tərəflər arasında konstruktiv əməkdaşlığı təşviq edir. Xatırladaq ki, sağlam və səmərəli əməkdaşlıq mühitinin bərqərar olunmasına xidmət edən siyasi partiya rəhbərlərinin birgə səfərləri daha əvvəl Ağdam, Şuşa (2 dəfə), Zəngilan, Xocalı, Əsgəran və Xankəndiyə təşkil olunub. Ölkəmizdə yaşanan siyasi dialoq mühiti sayəsində müxalif siyasi partiyalar, eyni zamanda, beynəlxalq tədbirlərdə də tərəf-müqabili kimi iştirak edirlər. Belə ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə birgə səfərlərlə yanaşı, ölkə siyasiləri, həmçinin Şuşa Bəyannaməsinin birinci ildönümü ilə əlaqədar 2022-ci il iyunun 15-də Şuşa şəhərində keçirilmiş “Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir” adlı beynəlxalq konfransa da qatılıblar. Bununla da, siyasi partiyalar cəmiyyətin intellektual potensialının səfərbər edilməsi kimi dövlət üçün mühüm və strateji vəzifənin icrasını təmin etmiş olurlar.


Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu Sherg.az-a açıqlamasında deyib ki, müqəddəs torpaqların qoxusunu almaq, azad görməyin necə bir hiss olmasını sadəcə sözlərlə anlatmaq mümkünsüzdür. Partiya rəhbəri qeyd edib ki, 24 siyasi partiyanın sədr və nümayəndələri, habelə politoloq, siyasi şərhçi, internet televiziyalarının rəhbərləri, qəzet redaktorları və digər jurnalistlər iştirak etdiyi səfər daxilində Laçınımızda görülən yenidənqurma, quruculuq və abadlıq işləri ilə tanış olduq:

seeBaxış sayı:201
embedMənbə:https://sherg.az
archiveBu xəbər 02 May 2025 02:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see282

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see264

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see262

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see248

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see247

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see241

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see241

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see240

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see237

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see231

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see226

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see225

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see213

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see211

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see208

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see208

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see202

Üç ildən sonra ilk dəfə: Bu ölkə faiz dərəcələrini artırdı

29 Noyabr 2026 12:43see201

Rassel qalib oldu

28 Noyabr 2026 23:49see195

Bu bitkiləri çarpayınızın yaxınlığından götürün

29 Noyabr 2026 04:04see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri