Icma.az
close
up
RU
Ədalət Vəliyev Ağasif Şakiroğlu ilə görüşdü

Ədalət Vəliyev Ağasif Şakiroğlu ilə görüşdü

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Mayın 25-də Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev ilə Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu arasında görüş keçirilib.

"Cebheinfo.az" xəbər verir ki, Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsindən bildiriblər ki, görüşdə şöbə müdiri ölkəmizdə siyasi dialoq mədəniyyətinin və cəmiyyətin inkişafı naminə həyata keçirilən iqtidar-müxalifət əməkdaşlığının keçmişi, bu günü və perspektivlərindən söz açıb, siyasi tariximizin zənginləşməsində, dövlətçiliyimizin möhkəmlənməsində siyasi partiyaların rolunun önəmli olduğu, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan siyasi islahatlar nəticəsində siyasi partiyaların fəaliyyəti üçün geniş zəmin yaradıldığı, həmçinin siyasi partiyaların qərargahla təmin olunması, qurultaylarının nəticələrinin dövlət qeydiyyatına alınması, fəaliyyətlərinin legitimləşdirilməsi, ölkədə fəaliyyət göstərən dövlət və özəl media resurslarına maneəsiz çıxış imkanlarının yaradılması, ölkədə milli və siyasi həmrəyliyin təmin olunması, yeni siyasi partiyaların dövlət qeydiyyatına alınması və digər məsələlər yeni siyasi konfiqurasiyanın əsas konturları kimi qeyd olunub. Şöbə müdiri, həmçinin əksər siyasi partiyaların sağlam iqtidar-müxalifət dialoqunun və çoxpartiyalı siyasi sistemin inkişafına öz töhfəsini verdiklərini qeyd edib.

Prezident İlham Əliyevin “indiki genişmiqyaslı islahatlar dövründə siyasi islahatlar mütləq aparılmalıdır. Siyasi islahatlar partiyalararası geniş dialoq olmadan həyata keçirilə bilməz… Azərbaycanın yeni siyasi konfiqurasiyası formalaşır” fikirlərinin real nəticələr verdiyinə diqqət çəkən Ədalət Vəliyev bu prosesdə Gələcək Azərbaycan Partiyasının fəal iştirak edəcəyinə əminliyini bildirib.

Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu öz növbəsində ölkəmizdə aparılan siyasi dialoqu və dialoq çərçivəsində görülmüş işləri yüksək qiymətləndirib, ölkəmizin rifahını və dövlətimizin güclənməsini istəməyən azsaylı radikal şəxslərin arzuolunmaz fəaliyyətindən bəhs edib. Uğurlu xarici siyasət nəticəsində Azərbaycanın dünyanın ən fərqli geosiyasi qütbləri ilə münasibətlərini qoruduğu, beynəlxalq güc mərkəzlərindən gələn təzyiqləri neytrallaşdırdığı və bütün bunların nəticəsində sabitliyin hökm sürdüyü əməkdaşlıq məkanına çevrildiyi qeyd olunub. Bildirilib ki, bu gün ölkəmizdə siyasi baxışlarından asılı olmayaraq, dövlətimizin güclənməsini, xalqımızın sosial rifahının daha da yaxşılaşmasını istəyən hər bir vətənpərvər şəxs Azərbaycanın uğurlarına sevinməli, bu uğurların davamlı olması üçün özü də əlindən gələni əsirgəməməlidir. Bu işdə Gələcək Azərbaycan Partiyası da öz köməyini göstərməyə daim hazırdır.

Sonda tərəflər konstruktiv əməkdaşlığın əhəmiyyətini nəzərə alaraq, bu işi sistemli şəkildə davam etdirmək barədə fikir mübadiləsi aparıblar. Mayın 22-də Brüsseldə Azərbaycan və Ermənistan rəhbərləri arasında keçirilmiş görüş yüksək qiymətləndirilib, iki ölkə arasında sərhədin delimitasiyası üzrə Dövlət Komissiyasının yaradılmasını regionda sülhün və təhlükəsizliyin təmin olunmasında vacib rol oynayacağı bildirilib.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 16 Dekabr 2025 15:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see284

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see279

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see270

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see257

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see250

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see245

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see232

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see220

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see213

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see205

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see205

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see204

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see203

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see200

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see193

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see187

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see186

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see164

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see163

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri