Icma.az
close
up
RU
Ağaverdi Paşayevin 75 illik yubileyi qeyd edilib FOTO

Ağaverdi Paşayevin 75 illik yubileyi qeyd edilib FOTO

Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.

Dekabrın 15-də Beynəlxalq Muğam Mərkəzində Xalq artisti,  Prezident təqaüdçüsü,  “Şöhrət” ordenli sənətkar,  Beynəlxalq “Qızıl Cəng” və “Humay” mükafatı laureatı, dirijor və pedaqoq Ağaverdi Paşayevin 75 illik yubileyi qeyd edilib.

Bakıvaxtı.az xəbər verir ki, tədbirdə dövlət rəsmiləri, incəsənət xadimləri iştirak ediblər.

Yubiley gecəsində Milli Məclisin deputatı, Parlamentin Mədəniyyət Komitəsinin sədri Polad Bülbüloğlu çıxış edərək Ağaverdi Paşayevin pedaqoq və dirijor kimi mədəniyyətimizə verdiyi töhfələrdən söz açıb. Bildirib ki, 25 il müddətində Dövlət Xalq Çalğı Alətləri Orkestrinə rəhbərlik edən Ağaverdi Paşayev bir dirijor və sənətkar kimi uğurlara imza atmış, sənətdə öz sözünü deməyi bacarmışdır. Tar aləti üzrə təhsil alsa da həyat və fəaliyyətini dirijorluğa həsr edərək uzun illər ərzində çoxsaylı layiqli tələbələr yetişdirib. Bu tələbələrin hər biri hazırda Azərbaycanımızın müxtəlif bölgələrində musiqi kollektivlərinə rəhbərlik edirlər.

Mədəniyyət nazirinin müavini Murad Hüseynov nazir Adil Kərimlinin adından yubilyarı təbrik edərək nazirliyin  “Fəxri  Diplomu” və kollektivin təbrik məktubunu təqdim edib. Tədbirdə millət vəkili, İctimai Birliklər və Dini Qurumlar Komitəsinin sədri Fazil Mustafa, Beynəlxalq Muğam Mərkəzinin direktoru Sahib Paşazadə, Azərbaycan Milli Konservatoriyasının rektoru Kamilə Dadaşzadə, Azərbaycan Bəstəkarlar İttifaqının katibi Elnarə Dadaşova, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin prorektoru Sədaqət Əliyeva, Bakı Musiqi Akademiyasının prorektoru Gülnaz Abdullazadə, Naxçıvan Dövlət Universitetinin prorektoru Nicat Yaqubov çıxış edərək təbrik məktublarını ünvanlayıblar. Millət vəkili, Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, AMK nəzdində Musiqi Kollecinin təbrik məktubları oxunub.  

Gecənin bədii hissəsində Ağaverdi Paşayevin tələbəsi , Əməkdar artist İlahə Hüseynovanın rəhbərliyi ilə  Dövlət Xalq Çalğı Alətləri Orkestrinin müşayiətində  Xalq artistləri Mənsum İbrahimov, Teyyub Aslanov, Azər Zeynalov, Gülyaz və Gülyanaq Məmmədova, Samir Cəfərov, Gülnaz Abdullazadə, Əməkdar artistlər Almaz Orucova, Ramil Qasımov çıxış ediblər. Xalq artisti Ağaverdi Paşayev və Əməkdar artist Sahib Paşazadənin birlikdə çıxışları alqışlarla qarşılanıb. Yubiley gecəsi Ağaverdi Paşayevin dirijorluğu ilə F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblının Xoru (xormeyster- Əməkdar artist Naala Barateliya) və Ramil Qasımovun ifasında Müslüm Maqomayevin “Odlar yurdu” əsəri ilə başa çatıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:179
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 16 Dekabr 2025 17:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri