Icma.az
close
up
RU
Naxçıvan Dövlət Universitetində Xalq artisti, dirijor Ağaverdi Paşayevin 75 illik yubileyi qeyd olunub

Naxçıvan Dövlət Universitetində Xalq artisti, dirijor Ağaverdi Paşayevin 75 illik yubileyi qeyd olunub

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsində Əməkdar incəsənət xadimi, Xalq artisti, professor, “Şöhrət” ordenli dirijor Ağaverdi Paşayevin 75 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə universitetin rektoru Elbrus İsayev yubilyarı əlamətdar gün münasibətilə təbrik edib, onun Azərbaycan musiqi mədəniyyətində əvəzsiz yeri olduğunu vurğulayıb. Qeyd edib ki, Ağaverdi Paşayevin yaradıcılığı milli musiqi irsinin çağdaş dövrdə yaşadılmasına, təhsil və mədəniyyət arasında möhkəm körpünün qurulmasına mühüm töhfə verib. Xalq artistinin fəaliyyəti yalnız sənət uğurları ilə məhdudlaşmır, eyni zamanda gənc nəslin estetik zövqünün formalaşmasına, milli-mənəvi dəyərlərə bağlı kadrların yetişdirilməsinə xidmət edir. 

Elbrus İsayev Ağaverdi Paşayevin nümunəvi həyat yolunun və zəngin təcrübəsinin gənclər üçün əsl örnək olduğunu diqqətə çatdırıb. 

Rektor yubilyara Naxçıvan Dövlət Universitetinin Fəxri Fərmanını və universitet kollektivi adından müxtəlif hədiyyələr təqdim edib.

Sənətşünaslıq elmləri doktoru, dosent, Əməkdar müəllim İnara Məhərrəmova Xalq artistinin həyat və yaradıcılığına həsr etdiyi məruzəsində onun “Şöhrət” ordeni ilə yanaşı, “Qızıl Cəng” Beynəlxalq mükafatı və “Humay” mükafatı laureatı olduğunu vurğulayıb.  Qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olan sənətkar 50 ildən artıqdır, musiqi sənətinə xidmət edir.

Prezidentin fərdi təqaüdçüsü, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi, NDU-nun İncəsənət fakültəsinin “Xalq Çalğı Alətləri” kafedrasının müəllimi Əkrəm Məmmədli səmimi çıxışında yubilyarla bağlı xoş xatirələrini bölüşüb. Bildirib ki, Ağaverdi Paşayev dirijor və sənətkar kimi çoxsaylı  uğurlara imza atıb, sənətdə öz sözünü deyib.

Daha sonra Naxçıvan Dövlət Universitetinin nəzdində Musiqi Kollecinin Xalq Çalğı Alətləri orkestri dirijor Niyaz İsmayılovun rəhbərliyi ilə Xəlil Cəfərovun “Rəqs süitası”nın I, II, III və IV hissələrini ifa edib.

Sonda yubilyar diqqət və qayğıya görə rektora və universitet kollektivinə dərin təşəkkürünü bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:59
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 03 Fevral 2026 20:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see661

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see282

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see260

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see247

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see223

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see218

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see204

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see189

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see188

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see174

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see168

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see160

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see159

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see155

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see151

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see147

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see146

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see145

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see144

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri