Icma.az
close
up
RU
Ağcabədidə 38 yaşlı kişi kredit borcuna görə arvadına xəsarət yetirdi TƏFƏRRÜAT

Ağcabədidə 38 yaşlı kişi kredit borcuna görə arvadına xəsarət yetirdi TƏFƏRRÜAT

Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.

Ağcabədi rayonunda 1987-ci il təvəllüdlü Hilal ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Aybənizə (adlar şərtidir – red.) xəsarət yetirib. 
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə 22 iyun 2025-ci ildə rayonun Hüsülü kəndi ərazisində baş verib. 
Hilal birgə yaşadıqları fərdi yaşayış evinin həyətində aralarında yaranmış mübahisə zamanı qəsdən həyat yoldaşı Aybənizin baş nahiyəsini və boynunu həyətdə olan çardağın dəmir borusuna, həmçinin digər nahiyyələrinə dəmir materialdan hazırlanmış stul ilə vurub. 
Hadisəni törədən Hilalın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
İş üzrə ifadə verən Hilal ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 
O, ifadəsində göstərib ki, ailə üzvləri ilə birlikdə yaşayır: 
“Fərdi əməklə məşğul oluram. Zərərçəkmiş Aybəniz mənim həyat yoldaşımdır. Biz 17 ildir ki ailəliyik. İki azyaşlı uşağımız var. Mən öz adıma kreditlə soyuducu götürərək Aybənizin anasına verdim. Razılaşmamıza görə həmin soyuducunun pulunu Aybənizin anası Maisə ödəməli idi. Maisə pulun bir hissəsini ödəsə də, qalan hissəsini ödəmədi və məni məhkəməyə verdilər”.
Təqsirləndirilən şəxs qeyd edib ki, iyunun 22-də, saat 21 radələrində evdə olan zaman kredit ödənişinin edilməməsi ilə bağlı Aybənizə deyib və ona anasının pulu ödəməsini bildirib: 
“Buna görə də aramızda mübahisə düşdü. Mən əsəbləşərək evdə olan stulu götürərək Aybənizin başına vurdum. Onun başından qan axmağa başladı. Aybənizə zərbə endirdikdən sonra oradan çıxaraq getdim. Daha sonra məlum oldu ki, Aybənizi xəstəxanaya aparıblar və orada onun başına tikiş qoyulub. Bundan sonra Aybəniz xəstəxanadan çıxaraq yaşadığımız evə gəldi. Sonra Aybəniz uşaqları da götürərək anasıgilə getdi”. 
Ağcabədi Rayon Məhkəməsinin hökmü ilə Hilal 300 saat müddətə ictimai işlər cəzası təyin edilib. 
Təqsirləndirilən şəxs ona təyin olunan ictimai işlər növündə cəzasını yaşadığı ərazinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi ictimai yerlərdə çəkməsi qərara alınıb. 
Onun üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulub. 
Cəzaçəkmə müddətinin əvvəli ictimai işlərin yerinə yetirilməsinə cəlb olunduğu vaxtdan hesablanacaq. 
Hökmün icrası yaşayış yeri üzrə Ağcabədi rayon İcra və Probasiya şöbəsinə həvalə edilib.
Fariz Məlikli
Demokrat.az

 
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 17 Dekabr 2025 12:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see286

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see280

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see277

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see249

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see241

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see231

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see219

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see196

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see195

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see185

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see185

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see173

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see159

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see152

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see151

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see148

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see146

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see145

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see142

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri