Icma.az
close
up
RU
Ər arvadına xəsarət yetirdi TƏFƏRRÜAT

Ər arvadına xəsarət yetirdi TƏFƏRRÜAT

Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.

Abşeron rayonunda 1967-ci il təvəllüdlü Mehdi ailə münaqişəsi zəminində həyat yoldaşı Fatiməni (adlar şərtidir – red.) öldürüb. 
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə 22 yanvar 2025-ci ildə baş verib. Gədəbəy rayon sakini Mehdi həmin gün saat 23 radələrində onunla eyni həyətdə qonşu fərdi yaşayış evində yaşayan Fatimənin onun da istifadə etdiyi “Wi-Fi” internet şəbəkəsini söndürməsindən əsəbiləşib. Mehdi Fatimənin yaşadığı evinə gedib və həmin evdə həmin səbəbdən aralarında şəxsi münasibətlər zəminində yaranmış narazılıq üstündə mübahisəni davam etdirdikdə onun üzərinə hücum edib. Qəsdən əl, yumruq zərbələri ilə arvadının sifət,  baş, təpik və ayaq zərbələri ilə isə ayaq və bədəninin müxtəlif nahiyələrinə vurub. Onun sinəsindən kənara itələyib və yerə yıxmaqla ona xəsarətlər yetirib. Hadisəni törədən Mehdinin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Mehdi ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, 1994-cü ildə Fatimə ilə rəsmi qaydada ailə həyatı qurub və birgə nigahdan iki övladları dünyaya gəlib: “Lakin sonradan xasiyyətlərimiz uyğun gəlmədiyinə görə 2021-ci ildə rəsmi olaraq boşandıq. Biz rəsmi ayrılsaq da, bir həyətdə, lakin ayrı-ayrı evlərdə yaşadıq. Mən Fatimənin yaşadığı evdə quraşdırılmış internet texnologiyası hesab edilən “Wi-Fi” şəbəkəsindən istifadə edirəm. Hadisə günü, yəni 22 yanvar 2025-ci ildə işdən gəldikdə nəvəm mənim yaşadığım evə gəldi, televizora baxmaq istədiyini, lakin, nənəsinin “Wi-Fi” söndürdüyünü bildirdi. Mən nəvəmin kədərləndiyini gördükdə onun həyətindən keçən kanalizasiyanı bağladım. Fatimənin mənim etdiyim hərəkətdən əsəbiləşərək, uca səslə söyməyə başladı. Bundan sonra bizim aramızda mübahisə yarandı. Həmin vaxt Fatiməyə xəsarət yetirmədim, onu vurmadım. Yalnız yaxasından tutaraq kənara itələdim.  Hadisə zamanı oğlum oraya gələrək, mənə yumruq vuraraq, qaş nahiyəmi yaraladı. Həmin vaxt qızım da orda olub, bizi ayırmağa çalışdı. Lakin oğlumdan şikayətçi olmadığım və qızımın adının hallanmasını istəmədiyim üçün hadisənin şahidinin olmadığını bildirmişəm”.
Bu cinayət işinə Abşeron Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Mehdi 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası alıb. 
Təqsirləndirilən şəxsin üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, saat 23:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı evi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək  məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub.
Təqsirləndirilən şəxsin təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilib.
Fariz Məlikli
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:337
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 08 May 2025 17:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see425

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see355

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see330

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see287

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see284

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see270

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see253

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see245

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see236

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see235

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see231

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see224

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see224

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see224

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see216

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see213

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see210

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see200

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see196

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri