Ağcabədidə intellektual oyun üzrə rayon müsabiqəsi keçirilib
Icma.az xəbər verir, Yeniazerbaycan saytına əsaslanaraq.
Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatının, Qarabağ Regional Gənclər və İdman İdarəsinin Ağcabədi rayonu üzrə gənclər və idman sektorunun və “Hədəf” hazırlıq kursunun birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Şanlı Zəfərimiz” başlığı altında komandalar arasında intellektual oyun üzrə rayon müsabiqəsi keçirilmişdir.
Üzeyir Hacıbəyli adına Qarabağ Muğam Mərkəzində keçirilən müsabiqədə öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu öndər Heydər Əliyevin və Vətənimizin azadlığı uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Müsabiqəsinin açılış mərasimində YAP Ağcabədi rayon təşkilatının sədr müavini Nazim Bünyatov, Qarabağ Regional Gənclər və İdman İdarəsinin Ağcabədi rayon üzrə sektorunun əməkdaşı Eldəniz Qənbərov çıxış edərək Vətən müharibəsində əldə etdiyimiz şanlı zəfərimizdən ətraflı bəhs edilib, yarışın keçirilmə qaydaları ilə bağlı müsabiqə iştirakçılarına məlumat verilib.
Müsabiqədə hər komandada 5 əsas, 2 ehtiyat oyunçu olmaqla, 19 komanda atılmış püşk əsasında mübarizə aparıb. Yarış iştirakçıları Ümummilli Lider Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə görülmüş işlər, Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan siyasət, Heydər Əliyev Fondunun fəaliyyəti və Zəfər Günü ilə əlaqədar sualları cavablandırmışlar.
Gərgin və maraqlı şəraitdə keçən müsabiqənin yekun nəticələrinə əsasən Ağcabədi şəhər M.F. Axundov adına 3 nömrəli məktəb-liseyin komandası I yerə, S.Vurğun adına 4 nömrəli tam orta məktəbin komandası II yerə, Ü.Hacıbəyli adına şəhər 7 nömrəli tam orta məktəbin komandası isə III yerə layiq görülüb.
Qalib komandalara təşkilatçılar tərəfindən kubok, diplomlar və hədiyələr təqdim edilib.
Yekunda yarış qaliblərinin iştirakı ilə xatirə şəkili çəkdirilmişdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 03 Noyabr 2025 19:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















