Icma.az
close
up
RU
Ağcabədidə tar və fortepiano ixtisasları üzrə ustad dərsləri keçirilib

Ağcabədidə tar və fortepiano ixtisasları üzrə ustad dərsləri keçirilib

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) “Mədəniyyət rüzgarı” layihəsi çərçivəsində 28-29 oktyabr tarixlərində Üzeyir Hacıbəyli adına Ağcabədi şəhər Qarabağ Muğam Mərkəzində tar və fortepiano ixtisasları üzrə ustad dərsləri keçirilib.

XQ xəbər verir ki, ustad dərsləri dahi bəstəkar, musiqişünas, pedaqoq Üzeyir Hacıbəylinin bu il dövlət səviyyəsində qeyd edilən 140 illik yubileyi münasibətilə təşkil olunur.

Tar ixtisası üzrə ustad dərsi MEMİM-in sektor müdiri Əməkdar artist, tarzən Neymət Mürsəlov tərəfindən aparılıb. 

Əvvəlcə Qarabağ Muğam Mərkəzinin direktoru Tural Niftəliyev ustad dərslərinin böyük musiqi xadimi Üzeyir Hacıbəylinin yubileyi münasibətilə təşkil olunmasının əhəmiyyətini vurğulayıb, təşkilatçılara təşəkkürünü bildirib. 

Tarzən Neymət Mürsəlov deyib ki, ustad dərslərinin məqsədi şagirdlərin müvafiq ixtisasa dair bilik və bacarıqlarının inkişaf etdirilməsi, müəllimlərin peşəkarlığının artırılması və onlara metodiki baxımdan kömək göstərilməsidir. 

Sonra Ağcabədi şəhər Qarabağ Muğam Mərkəzi və Üzeyir Hacıbəyli adına uşaq incəsənət məktəbinin şagirdləri ifalarını təqdim ediblər. 

Neymət Mürsəlov tarda ifaçılığın xüsusiyyətləri, alətlə düzgün davranış, ifa üçün əsərlərin seçilməsi kimi məsələlər barədə fikirlərini bölüşüb, müəllim və şagirdlərə öz tövsiyələrini verib. 

Fortepiano üzrə ustad dərsi isə sənətşünaslıq üzrə fəlsəfə doktoru, pianoçu Nərgiz Kəngərlinin iştirakı ilə gerçəkləşib. Üzeyir Hacıbəyli adına Ağcabədi şəhər uşaq incəsənət məktəbinin şagirdləri Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərini ifa ediblər. 

Nərgiz Kəngərli fortepianoda ifa zamanı xüsusi diqqət yetirilməli olan məqamları qeyd edib, çalğı ilə bağlı bəzi texniki məsələlər əyani şəkildə icra olunub.

İnteraktiv formatda keçən hər iki ustad dərsi müəllim və şagirdlər tərəfindən maraqla qarşılanıb. Təcrübəli pedaqoqlar iştirakçıların suallarını ətraflı cavablandırıblar.

Xatırladaq ki, Qarabağ bölgəsində “Mədəniyyət rüzgarı” layihəsi Qarabağ Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə həyata keçirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 30 Oktyabr 2025 11:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see275

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see260

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see254

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see252

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see248

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see228

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see225

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see221

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see219

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see214

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see203

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see201

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see196

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see192

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see189

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see185

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri