Icma.az
close
up
RU
Mingəçevirdə tar və fortepiano ixtisasları üzrə ustad dərsləri təşkil olunub FOTO

Mingəçevirdə tar və fortepiano ixtisasları üzrə ustad dərsləri təşkil olunub FOTO

Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) təşkilatçılığı Mingəçevir şəhərində ustad dərsləri keçirilib.

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə reallaşan, fortepiano və tar ixtisasları üzrə təşkil olunan ustad dərslərində idarənin tabeliyində fəaliyyət göstərən Mingəçevir şəhər, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax və Zərdab rayon musiqi və incəsənət məktəblərinin müəllim və şagirdləri iştirak ediblər. 
Mingəçevir şəhər Üzeyir Hacıbəyli adına 1 nömrəli onbirillik musiqi məktəbində keçirilən tar ixtisası üzrə ustad dərsi Qarabağ Universitetinin İncəsənət fakültəsi İnstrumental ifaçılıq kafedrasının müdiri Arslan Növrəsli, fortepiano ixtisası üzrə ustad dərsi isə Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin Fortepiano şöbəsinin fənn birləşmə komissiyasının sədri sənətşünaslıq üzrə fəlsəfə doktoru Ülviyyə Kazımova tərəfindən aparılıb. 

Tədbirdə çıxış edən MEMİM-in şöbə müdiri, Əməkdar mədəniyyət işçisi Lalə Kərimova bildirib ki, dahi bəstəkar və musiqişünas Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş ustad dərsləri layihəsinin məqsədi Mədəniyyət Nazirliyi sistemindəki musiqi və incəsənət məktəblərində təhsilin keyfiyyətinin yüksəldilməsi, şagird və müəllimlərin müvafiq ixtisaslar üzrə nəzəri və praktiki biliklərinin artırılmasıdır. Qeyd olunub ki, ustad dərsləri eyni zamanda müəllimlərin müasir tədris metodlarına yiyələnməsinə, onların peşəkar fəaliyyətlərində daha da səmərəli nəticələr əldə etmələrinə şərait yaradır.

Ustad dərslərində mütəxəssislər şagirdlərin ifasını dinləyib, öz tövsiyələrini verib və auditoriyanı maraqlandıran sualları cavablandırıblar.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:130
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 16 Dekabr 2025 17:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see263

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see259

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see253

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see240

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see233

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see231

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see219

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see215

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see211

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see208

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see191

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see186

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see180

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see180

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see179

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see160

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see159

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see154

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see143

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri