Icma.az
close
up
RU
Ağcabədidə YAPın təsis edilməsinin 32 illiyi ilə əlaqədar tədbir keçirilib

Ağcabədidə YAPın təsis edilməsinin 32 illiyi ilə əlaqədar tədbir keçirilib

Icma.az bildirir, Ses qazeti portalına istinadən.

YAP Ağcabədi rayon təşkilatında Yeni Azərbaycan Partiyasının yaranmasının 32-ci il dönümü münasibəti ilə tədbir keçirilib. Tədbirdə YAP Ağcabədi rayon təşkilatının əməkdaşları, ərazi partiya təşkilatlarının sədr, sədr müavinləri, partiya veteranları və fəalları iştirak edib.

Tədbirin rəsmi hissəsindən öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilərək, önünə gül dəstələri düzülüb, əziz xatirəsi dərin hörmət və ehtiramla yad edilib.

Tədbir YAP Ağcabədi rayon təşkilatının inzibati binasında davam etdirilib.

Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, sonra müasir, müstəqil Azərbaycan dövlətinin banisi ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Yeni Azərbaycan Partiyasının 32 illik fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Tədbiri giriş sözü ilə açan YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov bildirib ki, Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranmışdır. Güclü lider ətrafında yaradılan Yeni Azərbaycan Partiyası qısa müddət ərzində xalqı öz ətrafında sıx birləşdirdi və siyasi səhnədə layiqli yer tutdu. Bunu mümkün edən bir çox strateji faktor var idi. Ən əsası o idi ki, Ümummilli Lider Heydər Əliyev Yeni Azərbaycan Partiyasının fəaliyyət konsepsiyasını və prioritetlərini məhz dövrün çağırışlarına, reallıqlarına uyğun müəyyənləşdirmişdi.

R.Əhmədov vurğulayıb ki, bu gün Prezident İlham Əliyevin apardığı siyasətin məqsəd və vəzifələri, eyni zamanda, onun Sədri olduğu partiyanın məqsəd və vəzifələri deməkdir. Buna görə də dövlətimizin başçısının təsdiq etdiyi, cəmiyyətin müxtəlif sahələrinin inkişafını nəzərdə tutan milli prioritetlər, dövlət proqramları, konsepsiyalar, İnkişaf strategiyaları və fəaliyyət planlarındakı müddəalar partiyanın proqramında öz əksini tapmışdır.

Sonda natiq Azərbaycan xalqının bundan sonra da öz liderinə böyük etimad göstərəcəyinə, bir yumruq kimi dövlətimizin başçısının ətrafında sıx birləşəcəyinə inamını ifadə edib.

Görüşdə Ağcabədi Pedaqoji kollecinin müəllimi, Cəfərbəyli ƏPT sədri Səbuhi Atakişiyev, Ağcabədi şəhər 3 saylı məktəb-liseyin müəllimi Laləzar Cəfərova, Ağcabədi Peşə məktəbinin direktoru Fərrux Rəhimli, Rəncbərlər məktəbinin direktoru, ƏPT sədri Mehman Nağıyev çıxış edərək, öz fikir və təəssüratlarını bölüşmüşlər.

Tədbirdə Partiyanın ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup YAP fəalı və veteranına Fəxri Fərmanlar təqdim olunub.

Tədbirə Yeni Azərbaycan Partiyasının Himninin səslənməsi ilə yekun vurulub.

Sonda xatirə şəkli çəkdirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 21 Noyabr 2024 14:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see237

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see183

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see167

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see159

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see156

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see153

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see144

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri