Icma.az
close
up
RU
Şəmkirdə YAPın təsis edilməsinin 32 illiyinə həsr olunmuş tədbir keçirilib

Şəmkirdə YAPın təsis edilməsinin 32 illiyinə həsr olunmuş tədbir keçirilib

Icma.az xəbər verir, Ses qazeti saytına əsaslanaraq.

Noyabrın 18-də YAP Şəmkir rayon təşkilatının qərərgahında Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 32 illiyinə həsr olunmuş tədbir keçirilib. Əvvəlcə tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyub, onun əziz xatirəsinə dərin hörmət və ehtiram ifadə ediblər.

Tədbirdə Şəmkir rayon İcra Hakimiyyətinin Başçısı Rəşad Tağıiyev, YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, rayon İcra Hakimiyyəti başçısının birinci müavini Süleyman Zeynallı, İcra Hakimiyyəti ərazi idarəetmə şöbəsinin müdiri Rasim Mustafayev, rayon təşkilatının əməkdaşları, Ərazi Partiya təşkilat sədrləri və partiya fəalları iştirak etdilər.

Tədbirdə Dövlət Himni səsləndirildi, ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra tədbiri giriş sözü ilə açan YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev partiyanın yaranma tarixindən, keçdiyi şərəfli yoldan, gələcək hədəflərindən danışdı. F.Vəliyev vurğulayıb ki, YAP tarixdə çox nadir siyasi təşkilatlardan biri hesab oluna bilər ki, yarandıqdan 6 ay sonra iqtidar partiyasına çevrilib. Bu hadisənin özü xalqın ümummilli lider Heydər Əliyevə inam və etimadını ifadə edən mühüm faktdır. 32 illik zəngin və şərəfli inkişaf yolu keçən YAP ötən müddət ərzində ümumxalq partiyasına çevrilərək möhtəşəm nailiyyətlər əldə edib.

Şəmkir rayon İcra Hakimiyyətinin Başçısı Rəşad Tağıyev çıxışında 32 il öncə Azərbaycanda mövcud ağır durumun yeni bir siyasi təşkilatın yaranması zərurətini ortaya qoyduğunu qeyd etdi. Bildirdi ki, bu məqsədlə Azərbaycanın bir qrup qabaqcıl ziyalısının xalqın iradəsini ifadə edən müraciətinə cavab olaraq Heydər Əliyev YAP-ın yaradılmasına razılıq verdi. YAP müstəqillliyə qovuşan ölkəmizin həyatında ən təlatümlü, həyacanlı zamanda yaradıldı. Təsis edilməsinin 30-cu ildönümünü isə partiyamız ölkə tarixinin ən şanlı günlərində qeyd edir.

Şəmkir rayonu Mərkəzi Xəstəxanası ərazi partiya təşkilatının sədri Roza Orucova, Düyərli kənd ərazi partiya təşkilatının sədri Aybəniz Nəsibova, Yeni-Həyat kənd ərazi partiya təşkilatının sədri Qətibə Məmmədova, partiya fəalı Xəqani Babayev və digər fəallar çıxış edərək bildirib ki, ümummilli lider Heydər Əliyevin rəhbərliyi və ideyaları əsasında qurulan Yeni Azərbaycan Partiyasının 32 illik inkişaf tarixi göstərdi ki, partiyanı yaradanlar, bu partiyanın təməl daşını qoyanlar yeni müstəqil dövlətimizin siyasi-iqtisadi, sosial-mədəni inkişafının istiqamətini müəyyən etməklə öz seçimlərində yanılmayıblar. Bu gün də Yeni Azərbaycan Partiyası Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə böyük uğurlar qazanır. Partiya ölkənin bugünkü sürətli inkişafında, respublikanın beynəlxalq nüfuzunun artmasında bütün sahələrdə əldə olunan tərəqqidə xüsusi rola malik olduğunu qeyd etdilər.

Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup partiya fəalına fəxri fərmanlar təqdim edilib.

Sonda tədbir partiyanın himni səsləndirilməklə başa çatdı.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:77
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 20 Noyabr 2024 17:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see236

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see182

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see155

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see152

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see149

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see143

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see134

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see133

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri