Icma.az
close
up
RU
Ağcabədinin aqrar sektorunda yeni mərhələ... Video

Ağcabədinin aqrar sektorunda yeni mərhələ... Video

Icma.az, Axar.az portalına istinadən məlumat yayır.

Kənd təsərrüfatının inkişafı, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi və aqrar sahədə rəqabətqabiliyyətli istehsalın genişləndirilməsi Azərbaycanda dövlət siyasətinin prioritet istiqamətlərindəndir.Prezident İlham Əliyev tərəfindən bu il mayın 25-də təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda məhsuldarlığın artırılması əsas hədəf kimi müəyyənləşdirilib. Ölkənin ən iri aqrar rayonlarından olan Ağcabədidə fermerlər və mütəxəssislər bu hədəfə nail olunmasında yeni texnologiyaların və müasir təsərrüfatçılıq metodlarının mühüm rol oynayacağını bildirirlər.

Axar.az Azərtac-a istinadla xəbər verir ki, Ağcabədi rayonunda strateji sahələr olan taxılçılıq və pambıqçılıqda məhsuldarlığın artırılması istiqamətində son illər görülən işlər öz real nəticələrini verməkdədir. Rayonda hazırda arpa və buğda biçini mütəşəkkil şəkildə davam edir, ilkin məhsuldarlıq göstəriciləri isə ötən illə müqayisədə xeyli yüksəkdir.

Ağcabədi Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Əlizamin Abdullayev bildirib ki, rayonda ötən il 34 min 750 hektar sahədə taxıl bitkiləri əkilib və hər hektara orta hesabla 44,4 sentner məhsul götürülüb. Bu il isə 37 min 442 hektar sahədə taxıl əkini aparılıb.

Əlizamin Abdullayev qeyd edib ki, rayonda digər strateji sahə olan pambıqçılıqda da işlər planlı şəkildə davam edir:

“Ötən ili yüksək göstəricilərlə başa vuran pambıqçılar bu il 8992 hektar sahədə əkin həyata keçiriblər və hazırda sahələrdə ikinci kompleks becərmə işləri uğurla davam etdirilir. Yeni qəbul olunmuş Dövlət Proqramında taxılçılıqda və pambıqçılıqda məhsuldarlığı hər hektarda 50 sentnerə çatdırmaq vəzifəsi qoyulub ki, bu da Ağcabədi fermerləri üçün qarşıdakı illərdə əsas hədəf olacaq. Məqsədimiz ölkəmizin ərzaq təhlükəsizliyinə maksimum töhfə verməkdir".

Dövlət Proqramının uğurlu icrasına zəmin yaradacaq müasir suvarma sistemlərinin tətbiqi Ağcabədidə artıq genişlənməkdədir. Hazırda rayonda əkin sahələrinin 16 faizi, taxıl əkinlərinin isə 26 faizi müasir suvarma sistemləri ilə təchiz olunub. Kiçik fermerlər tərəfindən 2 min hektardan artıq sahədə damcı və çiləmə sistemləri tətbiq edilir. Yeni proqramın hədəflərinə uyğun olaraq, gələn il daha 5000 hektar sahədə müasir pivot (yağışyağdırma) sistemlərinin qurulması nəzərdə tutulur.

Rayonun Təzəkənd kəndində fəaliyyət göstərən “Elit” Toxumçuluq kəndli-fermer təsərrüfatında tirəyə səpin üsulu ilə becərilən arpa sahəsindən yüksək məhsuldarlıq əldə edilib. Təsərrüfatın rəhbəri Sənan Şıxəliyev bildirib ki, təsərrüfatda növbəli əkin sistemi ilə buğda, arpa və pambıq becərilir. Bu il tətbiq olunan tirəyə səpin metodu və xarici sort toxum özünü tam doğruldub. “Bu il 4 hektarda tirəyə səpin üsulu ilə “Finola” arpa sortu əkmişdik. Tirəyə səpin becərmə texnologiyası ilə 100 faizlik bitiş əldə edildi. İntensiv yağışlara baxmayaraq, məhsuldarlığımız bol oldu. Belə ki, hər hektardan 62 sentner olmaqla məhsul əldə edildi”.

Fermer qeyd edib ki, təsərrüfatda buğdanın “Qobustan” sortu da becərilir və yaxın günlərdə biçinə başlanacaq. O, müasir suvarma sistemlərinin tətbiqinin məhsuldarlığın artırılmasında mühüm rol oynadığını bildirərək, gələcəkdə pivot suvarma sistemindən istifadəni planlaşdırdıqlarını deyib.

Sənan Şıxəliyevin təsərrüfatında pambıqçılıqda da yüksək nəticələr əldə edilir. O bildirir ki, yüksək məhsuldarlığa nail olmaq üçün yeni hibrid sortlar əkilməli, aqrotexniki qaydalara vaxtında və düzgün əməl olunmalıdır. Ötən il 30 hektar sahənin hər hektarından 42,5 sentner pambıq yığan fermer bu il də yeni hibrid sortlar və vaxtında aparılan aqrotexniki tədbirlər sayəsində rekordu təzələmək niyyətindədir.

Beləliklə, istər mütəxəssislərin proqnozları, istərsə də fermerlərin sahələrdəki real uğurları Ağcabədidə aqrar sahənin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirir. Əminliklə demək olar ki, Prezident İlham Əliyevin təsdiqlədiyi yeni Dövlət Proqramı çərçivəsində nəzərdə tutulan aqrar dəstək mexanizmləri, müasir suvarma texnologiyalarının geniş tətbiqi və kənd təsərrüfatının inkişafına yönələn stimullaşdırıcı tədbirlər yaxın perspektivdə aqrar sektorun daha da modernləşdirilməsinə və məhsuldarlığın yüksəldilməsinə əlavə imkanlar yaradacaq. Rayonun zəhmətkeşləri də bu strateji sənədin açdığı geniş üfüqlərdən maksimum yararlanmaqla qarşıya qoyulan yüksək hədəflərə nail olacaqlar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://axar.az
archiveBu xəbər 30 İyun 2026 10:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see329

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see312

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see297

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see256

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see251

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see248

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see243

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see234

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see230

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see218

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see213

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see209

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see207

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see206

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see197

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see183

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see183

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see179

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see177

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri