Icma.az
close
up
RU
Ağdam: Dağıntıdan dirçəlişə, qisasdan qürura doğru RƏY

Ağdam: Dağıntıdan dirçəlişə, qisasdan qürura doğru RƏY

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 12 may, AZƏRTAC

Son günlər faşizm üzərində Qələbə günü və Qarabağda baş verən hadisələr ətrafında baş verən proseslər hər birimizin diqqət mərkəzindədir. Xüsusilə də işğal dövründə - ağır və çətinliklərlə dolu 30 il ərzində hər birimizin qəlbində nisgil, kədər və eyni zamanda, qisas hissi doğuran, beynəlxalq ictimaiyyətin “Qafqazın Xirosiması”, “Ruhlar şəhəri” adlandırdığı Ağdam bu gün dirçəlir, yeni və şərəfli tarix yazır. Şəhərdə Ağdam Muğam Mərkəzinin, Dəmiryol Vağzalının, Avtovağzalın və digər obyektlərin açılışı yalnız Azərbaycanın deyil, dünya mediasının da diqqətini cəlb edib.

Bunu AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Əhməd Abbasbəyli bildirib.

O deyib: “Əlbəttə, bu xəbərlər bizə və dostlarımıza sevinc bəxş etdiyi qədər, düşmənlərimizi də narahat edir, qəzəbləndirir. İnanmıram ki, harada yaşamasından, cinsi, sosial və siyasi mənsubiyyətindən, təhsil səviyyəsindən asılı olmayaraq, qəlbində bu Vətənə, bu millətə bağlılıq hissi daşıyan hər hansı bir insan bu hadisələrə sevinməsin. Məhz bizi bu qədər dolğun və güclü emosiyalar bürüdüyü bir məqamda, bəzi xarici düşmənpərəst mətbuat orqanlarında, sosial şəbəkələrdə düşmənlərimizin və onlara xidmət edən bəzi nadürüstlərin, naxələflərin səsləndirdiyi açıqlamalar, yazdığı şərhlər bu fikirləri kağıza - daha doğrusu, kompüterin ekranına köçürməyə vadar etdi.

Əvvəla, gəlin razılaşaq ki, bu gün ölkəmizdə və bölgəmizdə baş verən mühüm hadisələr fonunda bəzilərinin cəmiyyət daxilində mövcud olan hər hansı xırda nöqsanı böyüdüb, bunu sanki vətəndaşlarımızın “qayğısına qalan” fədakar biri kimi pafosla təqdim etməsi, mümkün problemləri bəhanə edərək şəxsi maraqları naminə - əslində isə dolayısı ilə dövlətin ziyanına istifadə etməsi nə dərəcədə doğrudur? Axı dünyanın hansı ölkəsində sosial, siyasi, iqtisadi və digər sahələrdə problemlər yoxdur? Məgər, bu ölkədə yalnız siz bu nöqsanları görürsünüz? Məgər başqaları qüsurlardan danışmır, tənqid etmir?

Yüzlərlə qələm sahibi, ictimai və siyasi fəal tanıyırıq ki, bu işlərlə vicdanla, obyektiv və ən əsası, dövlətin maraqlarını hər şeydən üstün tutaraq məşğul olur. Onların sizdən fərqi ondadır ki, problemləri nə şişirdir, nə də kiçildir, olduğu kimi, sanki öz evlərinin, öz ailələrinin məsələsi kimi qəbul edirlər. Bəzən hiddətlənir, bəzən təəssüf hissi keçirirlər, amma əsas məqsədləri həmin problemlərin həlli, aradan qaldırılması olur. Onlar qeybət etmir, ailə sirrini qonşuya danışmır, xüsusilə də fürsət düşən kimi bizi daim hədəfə alan düşmənlərə və ya onların havadarlarına ötürmürlər. Heç vaxt dövlətimizin nüfuzuna xələl gətirmək hesabına özlərini “qəhrəman” kimi göstərməyə, yalançı hay-küy salıb “hype” qazanmağa çalışmırlar”.

Siyasi şərhçi qeyd edib ki, bu insanlar təmkinlə, sakit, ardıcıl və təsirli yollarla problemlərin həlli üçün addımlar atır, əksər hallarda da hay-küy salanlardan fərqli olaraq, konkret və faydalı nəticələr əldə edirlər. Çünki onların məqsədi özünü göstərmək yox, xalqına və dövlətinə xeyir verməkdir. Ölkəmizdə əksəriyyət mövcud nöqsanları da görür, deyir və onların aradan qaldırılması üçün səslərini ucaldır. Amma, eyni zamanda, əldə olunan uğurları, Azərbaycanın tam dövlət suverenliyinin bərpa olunmasını, 30 il ərzində qanunsuz şəkildə fəaliyyət göstərən dırnaqarası “Dağlıq Qarabağ Respublikası”nın tarixə gömülməsini, xalqımızın doğma torpaqlarına qayıdışını, bu torpaqların əsl sahibi olduğumuzu və burada əbədi yaşayacağımızı da fəxrlə qeyd edir, dünyaya çatdırırlar. Çünki bu nailiyyətlər hər bir azərbaycanlının qürur mənbəyidir.

“Təəssüf ki, siz və sizin kimilər isə bu Zəfərin, suverenliyin bərpasının əhəmiyyətini azaltmağa, kiçiltməyə, hətta görməməzliyə vurmağa çalışırsınız. Qarabağda aparılan abadlıq-quruculuq işlərinə, yenidən salınan şəhər və kəndlərə, Xankəndidə Qarabağ Universitetinin fəaliyyətə başlamasına sevinmir, qürur hissi keçirmirsiniz. Əksinə, bütün bu işlərdə yalnız - bir daha təkrar edirəm, yalnız nöqsan axtarmaqla məşğulsunuz. Vəziyyət o həddə çatıb ki, öz hikkə və xəbis niyyətlərinizi gerçəkləşdirmək üçün Azərbaycanın maraqlarına zidd, düşmənlərinin mövqeyinə uyğun ritorika sərgiləyir, xalqımız və dövlətimiz üçün müqəddəs olan dəyərləri, dövlət rəmzlərini aşağılamaqdan çəkinmirsiniz. Özünüzə düşmən mövqeyi seçmiş dövlətlərə, onların siyasi fiqurlarına vəkillik etməklə, əslində, onlara “sədaqətinizi”, köləliyinizi, Azərbaycana isə içinizdəki nifrəti nümayiş etdirirsiniz.

Yaxşı, uğurları görmürsünüz, qeyd etmirsiniz etməyin. Amma bəs niyə bu ölkənin uğurlarını qələmə alanları, müxtəlif tribunalarda Azərbaycanın haqq səsini dünyaya çatdıranları, beynəlxalq ictimaiyyəti obyektiv məlumatlandıranları ləkələməyə, onların nüfuzuna xələl gətirməyə çalışırsınız? Niyə bu insanlara “satqın”, “əqidəsiz”, “sifarişlə işləyən”, “göstərişlərlə oturub-duran” kimi böhtan və neqativ epitetlər yapışdırmağa cəhd edirsiniz?

Əvvəla, şəxsən mən və mənim kimi düşünən çoxsaylı dostlarımız nə bu yazını, nə də bu qəbildən olan digər yazıları göstəriş və sifarişlə yazmırıq. Heç bir ödəniş də almamışıq və almırıq. Çünki biz Vətəni, dövlətimizi sevməyi, ona xidmət etməyi heç zaman təmənna ilə ölçməmişik, bunu siz başa düşməzsiniz.

İkincisi, əgər kimsə bu işinə görə maaş və ya mükafat alırsa, bunda nə qəbahət var? Nə vaxtdan vətəndaşı olduğu dövlətdən gördüyü işə, əməyinə görə ödəniş almaq günah sayılıb? Axı bu, dünyanın hər yerində normal bir haldır. Ən qəribəsi odur ki, xarici mənbələrdən verilən qəpik-quruşa görə nəinki öz Vətənini, hətta ən əzizlərini belə satmağa hazır olanların, hansısa vətənpərvəri qınaması o qədər gülünc və iyrənc görünür ki... . Axı, lap götürək, kiminsə öz ölkəsini bir az da artıq tərifləməsi, müsbət cəhətlərini qabartması hansısa xarici donorlardan, naməlum mərkəzlərdən və ya düşmən dövlətlərin kəşfiyyatına bağlı strukturlardan aldığı vəsaitə görə xalqının, dövlətinin əleyhinə çıxmaqdan, böhtan atmaqdan, qarayaxma kampaniyası aparmaqdan qat-qat şərəfli, daha vicdanlı və daha insani bir mövqedir”, - deyə Əhməd Abbasbəyli vurğulayıb.

O əlavə edib: “Əgər məsələyə demokratiya və beynəlxalq hüquqi dəyərlər prizmasından yanaşsaq və siz özünüzü “fikir və söz azadlığının”, “sərbəst toplaşmaq azadlığının” və digər hüquq və azadlıqların müdafiəçisi kimi təqdim edirsinizsə, onda ən azı başqalarının da fikirlərinə hörmətlə yanaşmağı bacarmalısınız. Yoxsa bu hüquq və azadlıqlar yalnız sizə münasibətdə keçərlidir? Bəlkə elə hesab edirsiniz ki, hamı sizin kimi düşünməli, yalnız sizin istədiyiniz tonda danışmalıdır?

Sonda isə, çoxlarının, xüsusilə də ictimai-siyasi fəalların yaxşı bildiyi və tez-tez istinad etdiyimiz inkişaf etmiş Qərb ölkələrində də qəbul edilən siyasi mübarizə mədəniyyətinin və siyasi etikanın əsas prinsiplərindən birini xatırlatmaq yerinə düşərdi: “Siyasi baxışlar fərqli ola bilər, dövlətin iqtisadi, sosial, mədəni inkişaf yollarına yanaşmalar müxtəlif ola bilər, ayrı-ayrı fəaliyyətlər tənqid oluna bilər və bu, normaldır. Lakin bütün bunlar yalnız daxili siyasi mübarizə çərçivəsində, əxlaqi prinsiplərə söykənərək və ən əsası, millətə sədaqət və dövlət maraqlarına xidmət məfkurəsi ətrafında aparılmalıdır”.

Elə məşhur islam filosofu Əl-Fərabi də “İhsau l-Ulum” (Elmlərin təsnifi) əsərində elmləri sadalayarkən əxlaq elmini ayrıca qeyd etməmiş, onu siyasətin ayrılmaz bir qolu, giriş nöqtəsi kimi göstərmişdir. Çünki siyasətin əsas məqsədi əxlaqlı, ədalətli və vicdanlı bir cəmiyyət formalaşdırmaqdır. Bu isə ancaq və ancaq sağlam düşüncəli, saf niyyətli və dövlətinin, xalqının maraqlarını hər şeydən üstün tutan insanlarla mümkündür”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:177
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 May 2025 11:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see530

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see287

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see280

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see276

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see269

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see268

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see262

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see255

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see237

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see234

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see234

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see230

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see221

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see220

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see220

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see213

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see211

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see210

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see208

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri