Icma.az
close
up
RU
Ağdam şəhəri dünya üçün nümunə olacaq

Ağdam şəhəri dünya üçün nümunə olacaq

Newscenter.az saytından alınan məlumata görə, Icma.az bildirir.


Artıq xeyli vaxtdır ki, "Dirçəliş və Böyük Qayıdış uğurla davam edir" başlıqlı silsilə paylaşımlar edir, Şuşa, Xankəndi, Laçın, Xocalı, Cəbrayıl, Zəngilan, Füzuliyə qayıdan soydaşlarımızın sevincini bölüşür, işğaldan azad olunan şəhərlərdə həyatın canlanmasını, Qarabağın və Şərqi Zəngəzurun nəhəng tikinti meydançasına çevrilməsini daim diqqətdə saxlayır, orada aparılan bərpa-yenidənqurma işlərinin gedişini böyük qürur hissilə izləyirəm. Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun işğaldan azad etdiyi ərazilərə vaxtaşırı səfərlərimiz isə orada görülən işləri daha yaxından görmək imkanı yaradır.
Mən Birinci Qarabağ müharibəsinin iştirakçısı və keçmiş məcburi köçkün kimi Qarabağın erməni əsarəti altında olarkən dağıdılan, viran qoyulan şəhər və kəndlərinin hamısında olmuşam. Vaxtilə Ağdamın müdafiəsi uğrunda döyüşlərdə də iştirak etmişəm. 44 günlük Vətən müharibəsi nəticəsində ərazi bütövlüyümüzün bərpa edilməsindən sonra isə Ağdama ilk dəfə 2021-ci ilin martın 17-də qədəm basmışam. Həmin vaxt Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin təşkilatçılığı ilə "Qafqazın Xirosiması"na - Ağdama ilk səfərimiz gerçəkləşmişdi. Əslində, həmin vaxt Ağdamın sadəcə quruca adı qalmışdı. Mənfur erməni barbarları bu tarixi yurd yerimizdə daşı daş üstə qoymamışdılar. Ağdam nəhəng bir xarabalığa çevrilmişdi. Bu şəhərə "Ruhlar şəhəri" kimi vahiməli bir ad da elə o qorxunc dağıntılara görə verilmişdi. Lakin aradan dörd il keçəndən sonra, dövlətimizin qüdrəti sayəsində Ağdamın büsbütün fərqli görüntülərlə bizi qarşılaması həqiqətən də inanılmaz idi.
Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin təşəbbüsü ilə iyulun 10-da Ağdama təşkil olunan ikinci səfər təkcə ölkədəki siyasi qüvvələr arasında dialoqun inkişaf etdirilməsi və milli həmrəyliyin gücləndirilməsinə deyil, həm də postmüharibə dövrünün Ağdamını sanki yenidən kəşf etməyimizə vəsilə oldu. Siyasi partiyaların rəhbərləri, millət vəkilləri, politoloqlar və jurnalistlərin Ağdama budəfəki səfəri Bakı-Ağdam sürət qatarı ilə gerçəkləşdirildi. Bunun özünün də heç şübhəsiz ki, dərin simvolik mənası var. Bu, Böyük Qayıdışın simvolu idi, həmrəyliyimizin qatarı idi. Bizi Qarabağa aparan qatar siyasi birliyimizin, milli həmrəyliyimizin mücəssəməsinə çevrildi. 32 illik fasilədən sonra Ağdama sürət qatarı ilə getməyimiz bir vaxtlar bizə xəyal kimi görünən bir hadisə idi. Lakin qalib dövlətimiz bu gün xəyallarımızı gerçəyə çevirir. Qanlı-qadalı işğal illəri indi möhtəşəm quruculuq epoxası ilə əvəzlənib.
Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev də səfər iştirakçılarının qarşısında çıxışı zamanı məhz Ağdamın timsalında hazırda bütün Qarabağ və Şərqi Zəngəzurda aparılan böyük quruculuq və abadlıq işləri barədə geniş məlumat verdi. Dövlət rəsmisi bildirdi ki, bir zamanlar “Qafqazın Xirosiması” adlandırılan Ağdam bu gün öz taleyini yenidən yazır və Ağdam yaxın illərdə ölkənin dördüncü ən böyük şəhəri olacaq. Belə ki, Bakı, Gəncə və Sumqayıtdan sonra Ağdam Azərbaycanımızın ən böyük şəhəri statusunu alacaq. Baş Plana əsasən, ilkin mərhələdə 100 min sakinə qucaq açacaq Ağdam Böyük Zəfərin, Böyük Qayıdışın paytaxtına çevriləcək.
Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov da bütün səfər müddətində bizi müşayiət edərək hazırda Ağdamda aparılan bərpa-quruculuq işləri barədə müfəssəl bilgi verdi. Görülən işlərin miqyası və keyfiyyəti istər Ağdamın, istərsə də azad edilmiş digər yurd yerlərimizin işıqlı gələcəyi barədə tam aydın təsəvvür yaradır. Cəmi bir neçə ildən sonra Qarabağ və Şərqi Zəngəzur tanınmaz dərəcədə dəyişəcək. Prezident İlham Əliyevin əminliklə söylədiyi kimi, Ağdam şəhəri dünya üçün nümunə olacaq.
Allah dövlətimizə qüvvət versin!
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 14 İyul 2025 15:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see320

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see310

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see302

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see294

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see289

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see280

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see271

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see260

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see256

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see253

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see244

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see224

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see221

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see213

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see212

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see202

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see184

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see182

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see173

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri