Icma.az
close
up
RU
“Ruhlar şəhəri” adlandırılan Ağdam ruhumuzun şəhəri olacaq

“Ruhlar şəhəri” adlandırılan Ağdam ruhumuzun şəhəri olacaq

Ses qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycanın işğaldan azad olunmuş rayonlarının hər birinin fərqli faciəsi var. Ermənilər rayonlarımızı zəbt edərkən insanlığa sığmayan cinayətlərə yol veriblər. Dünya erməni vəhşiliyini daha çox bu iki acınacaqlı əməllərə görə tanıyır: Xocalı soyqırımı və Ağdamın xarabalığa çevrilməsi... 2001-ci ildə işğal altındakı ərazilərə səfər edən məşhur amerikalı jurnalist və yazıçı Tomas de Vaal da Ağdamı dağıdılmış məscidin minarəsindən seyr edərkən buranı “Qafqazın Xirosiması” adlandırmışdı. Amerikalı jurnalist bu məqaləsi ilə dünya ictimaiyyətinə erməni cinayətləri haqqında daha aydın, təsirli bilgilər verdi. İkinci Dünya müharibəsinin sonlarında ABŞ dünyada ilk dəfə olaraq Yaponiyanın Xirosima şəhərinə atom bombası atmışdı. Şəhər yerlə bir edilmişdi. Ağdam da məhz bu hala salınmışdı. Bu gün Ağdam dedikdə dünya ictimaiyyəti “ermənilərin viran qoyduğu şəhər”i xatırlayır.Bu fikirləri Milli Məclisin deputatı Mehriban Vəliyeva deyib.Deputat bildirib ki, bəşəriyyət insanlığa qarşı törədilən cinayətləri heç zaman unutmur: “1930-cu ildə yaradılan Ağdam rayonu Azərbaycanın füsunkar təbiətli torpağı olan Qarabağın ən gözəl guşəsində yerləşir. Ağdam erməni separatizminin qarşısında böyük bir maneə idi. Ermənilər Qarabağda baş qaldıranda onlara qarşı müqavimət göstərənlər arasında Ağdam sakinləri xüsusi fəallıqları ilə seçilirdilər. Təcavüzkar Ermənistan tərəfindən 1993-cü il iyulun 23-də işğal edilmiş Ağdam şəhəri uğurunda döyüşlər 42 gün davam etdi. Ərazisi 1094 kvadratkilometr olan Ağdamın 882 kvadratkilometri, rayon mərkəzi ilə birgə 90 kəndi işğal edildi və nəticədə 128 min insan məcburi köçkün həyatı yaşamağa məcbur oldu. Rayonun 38 kolxozu, 12 sənaye obyekti, 74 məktəbi, 271 mədəniyyət evi, bütün dünyada yeganə olan Çörək muzeyi, 67 idarə və 99 klubu düşmən əlinə keçdi. Ağdam uğrunda gedən döyüşlər zamanı 6 mindən artıq insan şəhid oldu, minlərlə insan yaralandı, əhali doğma ev-eşiyindən qovularaq məcburi köçkün kimi Azərbaycanın 59 rayonunda məskunlaşdı. 27 il sonra Ağdam bir güllə atılmadan azad olundu. Bu o demək deyil ki, ermənilər Ağdamı bizə könüllü, sülh yolu ilə verdilər. 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun rəşadəti sayəsində Ermənistan kapitulyasiya aktını imzaladı və işğal etdiyi bütün ərazilərdən çıxacağı öhdəliyini götürdü”.Mehriban Vəliyeva qeyd edib ki, azad olunandan sonra Ağdama səfər edənlər burada dəhşətli mənzərə ilə qarşılaşırdılar: “Sərhəd tanımayan erməni barbarlığı Ağdamın nümunəsində çox aydın görünürdü. Ermənilər Ağdamı işğal edərkən qisaslarını sanki evləri yandırmaq, şəhəri yerlə-yeksan etməklə çıxırdılar. İnanıram ki, Ermənistan Ağdamda törətdiyi əməllərə görə həm tarix, həm də beynəlxalq məhkəmə qarşısında cavab verəcək. Qarabağın giriş qapısı sayılan Ağdam azad olunarkən bir dənə də olsun salamat bina yox idi”.Deputat qeyd edib ki, Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamı ilə 20 Noyabr - Ağdam Şəhəri Günü kimi təsis edildi. 2020-ci il noyabrın 26-da “Ağdamın azad olunmasına görə” medalı təsis edildi. Hərbi qulluqçularımız bu medalla təltif olunublar.“Ağdam qədim türk dilində “Kiçik qala” anlamını verir. XVIII əsrin birinci yarısında Pənahəli xan bu şəhərdə özü üçün ağ daşdan imarət tikdirmək barədə əmr veribmiş. Həmin imarət uzun müddət ətraf kəndlərin sakinləri üçün bir növ oriyentirə çevrilib. Bu mənada “Ağdam” – günəş şüaları ilə nurlanmış işıqlı, ağ ev deməkdir.2021-ci il mayın 28-də ictimaiyyətə təqdim olunmuş Baş Plan əsasında Ağdam bərpa olunur. Şəhərin özündə 5 məhəllə nəzərdə tutulur. Hazırda 2-ci məhəllədə 66 binanın tikinti işləri başlayıb. Ağdam şəhərinə gələn ilin payızında ilk köç planlaşdırılır. Bundan sonra paralel olaraq digər məhəllələrdə də tikinti işləri aparılacaq. Hazırda Ağdamda 3 kənddə - Kəngərli, Xıdırlı, Sarıcalıda bərpa-quruculuq işləri davam edir. Birinci Qarabağ savaşında ən çox şəhidi olan bu rayonu məşhur “Əl-Cəzirə” telekanalı “ruhlar şəhəri” adlandırmışdı. Bu gün “ruhlar şəhəri” uğurunda canını fəda edənlərin ruhları şaddır. Bu gün, həmçinin 1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında erməni terrorçuları tərəfindən vurulan helikopterdə həyatlarını itirənlərin ruhları şaddır. Biz Prezidentin rəhbərliyi altında Ağdamı ruhumuzun şəhərinə çevirəcəyik”, - deyə deputat fikrini yekunlaşdırıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:223
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 20 Noyabr 2024 14:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri