Ağdam şəhərindəki 2 ci yaşayış kompleksində tikilən binalarda, ümumilikdə 1268 mənzil olacaq
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Ağdam, 20 fevral, Tahir Ağaməmmədov, AZƏRTAC
Ağdam şəhərindəki 2-ci yaşayış kompleksində, ümumilikdə 60 yaşayış, 6 qeyri-yaşayış binası olmaqla, 1268 mənzil inşa edilir. Ümumi sahəsi 14 hektara yaxın olan yaşayış kompleksi Ağdamın mərkəzi küçəsində, şəhərin təsdiq edilmiş Baş Planına uyğun salınır.
Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin mətbuat katibi Leyla Sarabi AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində bildirib ki, 2-ci yaşayış kompleksində inşa olunan binalardakı mənzillərdən 114-ü birotaqlı, 464-ü ikiotaqlı, 536-sı üçotaqlı, 154-ü isə dördotaqlıdır.
Ərazisinin böyük hissəsi yaşıllıq zonasından ibarət olacaq kompleksdəki binaların inşasında modern memarlıq yanaşmalarından və milli naxış elementlərindən istifadə olunur. Burada idman meydançalarının, istirahət guşələrinin, velosiped dayanacaqlarının və digər zəruri infrastruktur obyektlərinin yaradılması nəzərdə tutulur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 20 Fevral 2025 18:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















