FHN Naxçıvan şəhərindəki çoxmərtəbəli yaşayış binasında 2 liftin istismarını dayandırıb
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Naxçıvan, 1 sentyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Sənaye və Dağ-Mədən Təhlükəsizliyi İdarəsi sənayedə və dağ-mədən işlərində təhlükəsizliyin təmin olunması istiqamətində fəaliyyətini davam etdirir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, idarənin əməkdaşları tərəfindən Naxçıvan şəhərinin Əziz Əliyev küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasındakı liftlərə texniki baxış keçirilib.
Baxış zaman lift boşluğuna su dolması, insan həyatı və sağlamlığı üçün təhlükə yaratdığı müəyyən olunub.
Qeyd edilənlər nəzərə alınaraq, 2 liftin istismarı dayandırılıb və aşkarlanan texniki təhlükəsizliklə bağlı pozuntuların aradan qaldırılması üçün məsələ qaldırılıb.
Müvafiq akt tərtib edilərək, yalnız qayda pozuntuları aradan qaldırılacağı təqdirdə, liftlərin istismarının mümkün olacağı bildirilib. Eyni zamanda, liftlərin müvafiq normalara riayət olunmadan istismarı zamanı baş verə biləcək qəza və bədbəxt hadisəyə görə vəzifəli şəxslərin məsuliyyət daşıdıqları vurğulanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 01 Sentyabr 2025 18:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















