Ağdam Sənaye Parkının rezidentləri indiyədək 22 milyon manatlıq məhsul satıb
Icma.az, Ses qazeti saytına istinadən bildirir.
İndiyə qədər Ağdam Sənaye Parkının rezidentləri 22,3 milyon manat dəyərində məhsul satışı həyata keçirib. SİA xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Seymur Adıgözəlov bildirib."190 hektar ərazidə yaradılan Ağdam Sənaye Parkının 70 %-ə yaxın hissəsi sahibkarların istifadəsinə verilib. Hazırda Parkda 9 müəssisə fəaliyyət göstərir. Burada istehsal edilən məhsulların daxili bazarda satışı ilə yanaşı, ixracı istiqamətində də uğurlar əldə edilib. Park qısa müddət ərzində yaradılmasına baxmayaraq hazırda rezidentlərin sayına görə Sumqayıt Kimya Sənaye Parkından sonra ölkədə ikinci böyük Park hesab edilir. Burada 29 sahibkarlıq subyektinə rezidentlik, 4 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Bu rezidentlər 276 milyon manatdan çox investisiya yatırmağı və 2 400-dən artıq iş yeri yaratmağı nəzərdə tutur. Artıq 107 milyon manatdan çox investisiya yatırılıb, 457 daimi iş yeri yaradılıb. İşəgötürmə prosesində Ağdam və ətraf rayonlardan olan əhaliyə üstünlük verilir", - deyə o qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:157
Bu xəbər 06 Fevral 2025 15:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















