Ağdamda 3 hektar sahəyə arpa əkən fermerə niyə subsidya verilmir? NAZİRLİYƏ MÜRACİƏT
Icma.az, Hurriyyet portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ağdam rayonu, Çəmənli kənd sakini Hüseynov Elman Bahadur oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi saytımız vasitəsilə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə müraciət edir:
"Hörmətli Agentıik əməkdaşları!
Mən, Hüseynov Elman Bahadur oğlu, xahiş edirəm ki, problemimin həlli yolunda köməklik edəsiniz.
Diqqətinizə çatdırım ki, Ağdam rayonunun Çəmənli kəndində 3 hektar sahəyə arpa əkmişəm. Məhsulun biçilməsinə az vaxt qalsa da, subsidya sənədini ala bilmirəm. Müraciət etmədiyim qurum qalmayıb. Niyə, hansı səbəbə verilmir, bilmirəm. Hektarla əkilməyən ərazilərə subsidya verilir, amma mən ala bilmirəm.
Sizlərdən - Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin rəhbərliyindən şahiş edirəm ki, subsidya sənədini ala bilməm üçün köməklik göstərin".
Jalə FAMİLQIZI
Redaksiyadan: Yazıda adı şəkilən qurumun mövqeyini dərc etməyə hazırıq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 23 May 2025 13:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















