“Nazirliyə müraciət edəcəyəm” Vatsap qalmaqalı
Icma.az, Olay.az portalına istinadən məlumatı açıqlayır.
Modelyer və dizayner Aynur Xəlilova Əməkdar artist Elnarə Abdullayeva ilə bağlı paylaşım edib.
OLAY yazır ki, sənətçi Abdullayevanın çıxışında təzadlar olduğunu vurğulayıb:
“Elnarə Abdullayeva və Ofeliya Şabanova üçün nazirliyə müraciət edəcəyəm: “ən əxlaqlı, namuslu ailə həyatı, ərinin arvadı” ordeni üçün. Sualım başqadır: Gəlin tənasüb quraq. Əgər ki, hicablı bir xanım öz vatsapında və ya qapalı səhifəsində (belə qoyur, belə qoyur, belə qoyur formatında şəkil qoyursa və əxlaqsız, pozğun çıxırsa, açıq səhifədə videoları yarım milyon baxış yığan, “kəşf et”ə düşən, xəbər səhifələrinin paylaşdıqlar nə sayılır?
Bir dostum var, ona görə soruşuram. Belə çıxır ki, Cem Yılmaz demiş “bu işin federasiyası bizik?”. Əlavə sual: Ola bilər ki, hicablı xanımın yoldaşı da toyda içkili kişilərin önündə mahnı oxumağa qoymur. İnsanlar fərqlidir. “Status qoyan” əxlaqsız qadınlar birliyi yaradılsın, sayımızı bilək! (ironiya -red.)”.
Qeyd edək ki, E.Abdullayeva “Qonaqcanlı” verilişində “Qadın vatsapa foto qoyur. Niyə qoymalısan? Başqasının kişisi niyə sənə baxmalıdır” açıqlaması ilə gündəmə gəlib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:165
Bu xəbər 06 Aprel 2026 16:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















