Ağdamda 30 hektar açıq ərazidə yanğın başladı Video Yenilənib
Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ağdam rayonunda genişmiqyaslı yanğın hadisəsi baş verib.
“Qafqazinfo”nun xəbərinə görə, yanğın rayonun Abdal kəndi ərazisində başlayıb.
İlkin məlumata əsasən, alovun yayılaraq təxminən 30 hektar açıq sahəni əhatə etdiyi bildirilir.
Yanğının söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyinin (FHN) Ağdam Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən avtomobili, həmçinin Xocalı rayonundan 1 yanğınsöndürən avtomobili və şəxsi heyət hadisə yerinə cəlb olunub.
Məlumata görə, yanğının baş verdiyi ərazilər hələ minadan təmizlənməyib. Bu isə yanğınsöndürənlərin əraziyə daxil olaraq alovun qarşısının alınması və söndürülməsi istiqamətində işlərini əhəmiyyətli dərəcədə çətinləşdirir.
Hazırda ərazidə yanğının söndürülməsi və genişlənməsinin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
***
Yanğın baş verən ərazidə müvafiq tədbirlərin görülməsi məqsədilə polis əməkdaşları hadisə yerinə cəlb olunub.
Ziya Əmirxanlı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 24 Avqust 2026 22:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















