55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)
Milli.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Sabunçu-Yeni Günəşli qəsəbəsi və əks istiqamətdə hərəkət edən 55 nömrəli marşrut xətti üzrə fəaliyyət göstərən avtobusların texniki vəziyyəti sakinlərin narahatlığına səbəb olub.
Milli.Az xəbər verir ki, "Xəzər Xəbər"in vatsap qaynar xəttinə göndərilən görüntüdə də avtobusların bərbad vəziyyətdə olduğu açıq-aydın görünür.
Sərnişinlər deyirlər ki, bu marşrut xəttindəki avtobusların həm texniki, həm də ümumi vəziyyəti olduqca acınacaqlıdır. Avtobuslar nasaz olduğu üçün dəfələrlə yolda qalıblar.
Avtobusların nasaz vəziyyətini elə sürücülər də təstiqləyirlər.
Məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agentliyindən bildirildi ki, 55 nömrəli marşrut xəttində avtobusların bir qismi yenilənib. Proses davam etdirilir. Daşıyıcıya marşrutun nizamlı fəaliyyətinin təmin edilməsi, avtobusların saz vəziyyətdə saxlanılması ilə bağlı tapşırıqlar verilib.
Daha ətraflı videomaterialı təqdim edirik.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
Baxış sayı:146
Bu xəbər 02 Noyabr 2026 22:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















