Ağdamda atası tərəfindən şiddətə məruz qalan Musa sağalıb
Icma.az, Modern.az portalına istinadən məlumat yayır.
Bir neçə gün öncə həyatda sağ qalması belə möcüzə sayılan azyaşlı yaşamaq üçün mübarizəsini qalib başa vurub.
Modern.az xəbər verir ki, bu barədə Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məlumat yayıb.
27 avqust 2025-ci il tarixində ağır vəziyyətdə Ağdam Rayon Mərkəzi Xəstəxanasına gətirilən Musanın vəziyyəti dərhal Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən də nəzarətə götürülərək,aidiyyəti qurumlarla birgə fəaliyyətə başlanılıb.
Azyaşlının vəziyyətinin ağır olması səbəbindən onun təcili Bakıya – Respublika Neyrocərrahiyyə Xəstəxanasına təxliyə olunmasına qərar verilib. Həkimlərin səyi nəticəsində, həyat savaşı verən azyaşlı yenidən həyata qaytarılıb
Hazırda Musanın vəziyyəti stabildir. Hələ də xəstəxanadadır, amma təhlükəli mərhələni geridə qoyub.
Azyaşlının müalicəsi TƏBİB-in tabeliyindəki Respublika Neyrocərrahiyyə Xəstəxanasında davam etdirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:179
Bu xəbər 09 Oktyabr 2025 16:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















