Icma.az
close
up
RU
Kişilər niyə şiddətə məruz qalır? ARAŞDIRMA

Kişilər niyə şiddətə məruz qalır? ARAŞDIRMA

Icma.az, Metbuat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

2024-cü ildə Azərbaycanda 58 kişi gender əsaslı zorakılığa məruz qalıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən Metbuat.az-ın sorğusuna cavab olaraq bildirilib ki, 2023-cü ildə bu rəqəm 65 olub.

Ötən il şiddətə məruz qalan kişilərin sayı azalsa da, ümumilikdə "860 Gender əsaslı zorakılıqla bağlı Dəstək Xətti"nə daxil olan müraciətlərin sayı 302-dən 330-a qalxıb.

Təəssüf ki, qadınların zorakılığa məruz qalması təkcə ölkəmizdə deyil, bütün dünyada nə qədər qınanılsa da, baş verir. Kişilərə şiddət göstərilməsi isə nisbətən öyrəşilməmiş haldır.

Maraqlıdır, kişilər niyə şiddətə məruz qalırlar?

Mail Yaqub Metbuat.az-a açıqlamasında bildirib ki, zorakılıq halları dominantlığın olduğu yerlərdə baş verir:

“Bəzi ailələrdə, xüsusilə Azərbaycan reallığında dominant, yəni ailədə hakim gücə sahib olan tərəf adətən kişilər olur. Lakin bəzi istisna hallarda qadınlar da dominant mövqedə ola bilirlər. Harada ki, bir insan güclüdür və qarşı tərəfi zəif görür, orada zorakılıq halları baş verə bilər. Bu, təkcə bizdə deyil, bütün dünyada müşahidə olunan bir fenomendir. Ailə zorakılığı ilə bağlı statistikalar da bunu sübut edir. Məsələn, Avropada ailə zorakılığı hallarında qadınların kişilərə şiddət göstərmə faizi təxminən 5-6 faiz civarındadır”.

Sosioloq Elçin Bayramlı da bununla bağlı danışarkən bu halların bütün qeyri-sağlam cəmiyyətlərdə rast gəlinən problem olduğunu söyləyib:

“Ümumiyyətlə, zorakılıq cinsindən və kim tərəfindən törədilməsindən asılı olmayaraq, qeyri-insani və yolverilməz bir hərəkətdir. Belə hallarda sağlam psixologiyadan danışmaq mümkün deyil. Bu, səhiyyənin, daha dəqiq desək, psixiatriyanın problemidir. Çünki zorakılığa əl atan şəxslər əksər hallarda ağır dərəcəli psixi problemlərdən əziyyət çəkirlər. Təəssüf ki, bizim cəmiyyətdə psixi xəstələr heç bir nəzarət və müalicə olmadan sərbəst şəkildə dolaşırlar. Normal cəmiyyətdə isə belə şəxslər qapalı dispanserlərdə ciddi müalicə almalı, sağaldıqdan sonra cəmiyyətə qaytarılmalıdırlar. Bizdə isə psixi pozuntuları olan şəxslər nə müayinədən keçir, nə də müalicə alırlar. Nəticədə, bu insanlar ağır cinayətlərə – qətl, zorlama və digər zorakılıq hallarına səbəb olurlar”.

Sosioloq bildirib ki, hər bir cəmiyyətdə hamının psixi cəhətdən tam sağlam olması mümkün deyil:

“Əksər hallarda stressin çox olduğu, mənəvi deqradasiyanın baş verdiyi və qeyri-sağlam münasibətlərin hökm sürdüyü yerlərdə belə hallar daha tez-tez baş verir. Lakin bunun qarşısını almaq üçün müxtəlif institutlar və sistemlər mövcuddur. Məsələn, əhali arasında kütləvi tibbi müayinələrin, o cümlədən psixi sağlamlıq yoxlamalarının təşkili vacibdir. Necə ki, narkoloji müayinələr aparılır, eyni qaydada psixi sağlamlıq da yoxlanmalıdır. Çünki psixi problemləri olan insanlar potensial cinayətkarlardır və onların nəzarətsiz şəkildə cəmiyyət içində dolaşması təhlükəlidir. Bu, dövlətin üzərinə düşən bir problemdir. Digər tərəfdən, insanların bir-birinə münasibəti də önəmli rol oynayır. Əgər bir ailədə zorakılıq baş verirsə, burada yalnız bir tərəf deyil, hər iki tərəfin psixi vəziyyəti nəzərə alınmalıdır. Bir tərəf psixi problem yaşayırsa, digər tərəf bunu vaxtında dərk edib tədbir görməlidir – ya ayrılmalı, ya da qarşı tərəfin müalicə almasını təmin etməlidir. İnsanlar ailə qurmazdan və ya dostluq, münasibət yaratmazdan əvvəl qarşılarındakı insanın psixi sağlamlığını nəzərə almalıdırlar. Çünki psixi problemləri olan insanlarla münaqişələr gec-tez cinayətə səbəb ola bilər”.

E.Bayramlı qeyd edib ki, son dövrlərdə qadınların zorakılığa daha çox əl atması cəmiyyətin mənəvi deqradasiyasının göstəricisidir:

“Qadınların hegemoniyası artdıqca bəzən haqlı, bəzən isə haqsız şəkildə zorakılıq halları baş verir. Halbuki problemlərin həllinin yolları mövcuddur. Əgər münasibət dözülməz hala gəlibsə, zorakılığa əl atmaq əvəzinə, sadəcə sivil qaydada ayrılmaq olar. İstər kişinin qadına, istərsə də qadının kişiyə qarşı zorakılığı qeyri-normal və qeyri-insani bir haldır. Araşdırsaq, hər 100 nəfərdən bir neçəsində psixi xəstəlik aşkarlanacaq. Fakt budur ki, psixi sağlam olmayan insanlar nəinki kənar insanlara, hətta doğmalarına qarşı da fiziki zorakılıq tətbiq edə bilirlər. Halbuki sivil yolla hər bir problemin həlli mümkündür. Buna görə də, problemin əsas həll yollarından biri kütləvi psixi müayinələrin təşkil olunmasıdır. Çünki təkcə məişət zorakılığı deyil, digər ağır cinayətlər də məhz psixi problemləri olan şəxslər tərəfindən törədilir. Belə insanların cəmiyyətdə sərbəst hərəkət etməsi cəmiyyətin təhlükəsizliyi üçün ciddi təhlükə yaradır. Bunun qarşısını almağın ən effektiv yolu isə onların kütləvi şəkildə psixi müayinədən keçirilməsidir”.

Sevinc İbrahimzadə / Metbuat.az

Məqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması” mövzusu üzrə hazırlanmışdır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:192
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 19 Fevral 2025 15:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see462

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see330

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see307

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see278

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see249

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see248

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see244

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see244

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see234

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see220

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see208

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see207

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see205

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see203

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see200

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see199

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see197

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see196

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see190

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri