Ağdamda avtomobillər üçün şarj cihazı istehsal olunur (VİDEO)
Icma.az xəbər verir, Qaynarinfo saytına əsaslanaraq.
Ağdam Sənaye Parkı işğaldan azad edilmiş Ağdam rayonunda iqtisadi canlanmanın əsas mərkəzlərindən biridir.
Parkda yerli xammala əsaslanan məhsulların istehsalı ilə yanaşı, yeni iş yerlərinin yaradılması üçün də geniş imkanlar formalaşdırılıb.
Burada istehsal olunan məhsullar həm Qarabağ və Şərqi Zəngəzur bölgələrinin yenidən qurulmasında, həm də ölkənin digər regionlarında istifadə olunur. Elektrik avtomobilləri üçün şarj cihazları da məhz bu sənaye parkında fəaliyyət göstərən zavodda istehsal edilən məhsullar sırasındadır.
"Eel Electric” şirkətinin texniki direktoru Ruslan Şıxəliyevin sözlərinə görə, şirkət sənaye və infrastruktur obyektləri üçün elektrik qurğularının layihələndirilməsi, istehsalı və təchizatı ilə məşğuldur:
"Şirkətimiz elektrik panoları, paylayıcı qurğular, həmçinin beton və metal gövdəli transformator məntəqələrinin istehsalını həyata keçirir. Hazırda Azərbaycan ərazisində avtomobillər üçün şarj cihazlarının istehsalı ilə məşğul olan yeganə şirkət "Eel Electric”dir. İşçilərimizin 90 faizi isə yerli sakinlərdir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 15 Yanvar 2026 16:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















