Azərbaycandakı sürətli şarj məntəqələri avtomobillər üçün təhlükəlidir Ekspertdən XƏBƏRDARLIQ VİDEO
Avtosfer saytına istinadən Icma.az xəbər verir.
Son günlər sosial şəbəkələrdə Çində 800 kVt gücündə sürətli şarj stansiyasında elektromobilin bir neçə dəqiqəyə doldurulmasını əks etdirən video geniş müzakirələrə səbəb olub. Videoya yazılan şərhlərdə bir çox istifadəçi bu cür sürətli şarjın niyə Azərbaycanda tətbiq olunmadığını sual edir.
Bəs yüksək güclü şarj həqiqətən təhlükəsizdirmi?
Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı avtomobil mütəxəssisi Şahin Göyləroğlu bildirib ki, elektromobillərin həddindən artıq yüksək gərginliklə doldurulması ciddi risklər yaradır.
Onun sözlərinə görə, Azərbaycanda bir çox sürücü avtomobilinin texniki imkanlarını bilmədən təsadüfi sürətli şarj məntəqələrindən istifadə etməyə çalışır ki, bu da akkumulyator üçün ölümcül təhlükə daşıyır:
Parkinqdən çıxarkən bu səhvə yol verən sürücülər piyadaları vurur - VİDEO
“Yüksək gərginliklə elektromobilin akkumulyatorunu doldurmaq onun tez sıradan çıxmasına, hətta alışmasına səbəb ola bilər. Bu, çox ciddi məsələdir. Yaxın vaxtlarda mətbuatda da yayıldı: təxminən 300 min manat dəyəri olan “Porsche” elektromobili servis daxilində durduğu yerdə yanıb. Səbəb qısaqapanma, akkumulyator nasazlığı və ya düzgün istifadə olunmaması ola bilər. Nəticə dəyişmir – yüksək gərginlik böyük riskdir”.
Şahin Göyləroğlu qeyd edib ki, xüsusilə “Porsche” kimi böyük akkumulyatora və yüksək voltlu sistemə malik elektromobillərlə ehtiyatlı davranmaq lazımdır:
“Bu avtomobillərlə oynamaq olmaz. Hər elektromobilin qəbul edə biləcəyi maksimum şarj gücü var. Sürücü əvvəlcə avtomobilinin hansı gücü qəbul etdiyini bilməlidir, sonra qoşduğu avadanlığın gücünü yoxlamalıdır. Əksəriyyət bunu bilmir”.
Mütəxəssis bildirib ki, Almaniya kimi ölkələrdə bu risklərin qarşısını almaq üçün ciddi sistem qurulub:
“Hər avtomobil markasının özünə uyğun şarj stansiyası var. Məsələn, “Porsche” üçün olan stansiyada başqa markalı avtomobilin yüksək güclü şarj almasına icazə verilmir. Sistem avtomobili tanıyır və uyğun deyilsə, avtomatik bloklayır. Güclü qoruma mexanizmləri var. Çünki bu ölkələr avtomobilin yanmasından çox qorxur”.
Azərbaycandakı vəziyyətə də toxunan Şahin Göyləroğlu bildirib ki, bəzi sürücülər sadəcə başqasının etdiyi hərəkəti təkrarlayır:
“Biri gedib qoşub deyə, digəri də düşünür ki, mən də qoşa bilərəm. Halbuki əvvəlki avtomobilin sistemi 800 volt ola bilər, sənin avtomobilinki isə uyğun deyil. Nəticədə böyük fəsadlar yarana bilər”.
Sonda mütəxəssis sürücülərə çağırış edib:
“Heç nə bilmirsinizsə, mütləq evdə zəif şarjla doldurun. Elektromobil sürməyin demirəm, özüm də sürürəm və sevirəm. Amma təhlükəsizlik hər şeydən önəmlidir. Mən üçüncü ildir elektromobil sürürəm və indiyə qədər bir dəfə də olsun çöldə fast şarjdan istifadə etməmişəm. Evdə doldurmaq həm avtomobil, həm də sürücü üçün daha təhlükəsizdir. Bu, malımızı və canımızı qorumaq üçündür”.
Eltac Zülfüqaroğlu
Baxış sayı:44
Bu xəbər 08 Yanvar 2026 11:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















