Icma.az
close
up
RU
Ağdamda borc mübahisəsi davaya çevrildi: Mağaza sahibi müştəriyə xəsarət yetirdi

Ağdamda borc mübahisəsi davaya çevrildi: Mağaza sahibi müştəriyə xəsarət yetirdi

Demokrat.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ağdam rayonunda 30 yaşlı kişi həmkəndlisinə xəsarət yetirib. 
Demokrat.az
-ın əldə etdiyi xəbərə görə, hadisə ötən ilin oktyabrın 3-də Ağcabədi-Ağdam avtomobil yolunun 37-ci kilometrliyində, Ağdam rayonu Evoğlu kəndi ərazisindən keçən hissəsində baş verib. 
1985-ci il təvəllüdlü Nicat həmin gün təxminən saat 8 radələrində Bəypaşa ilə mübahisə edib. Buna səbəb zərərçəkmişin onun Evoğlu kəndi ərazisində yerləşən “Nicat Market” adlı ərzaq mağazasına olan 570 manat borcunu ödəməməsini irad bildirməsi ilə bağlı olub. 
Bundan sonra onların aralarında yaranmış mübahisə dava-dalaşa çevrilib. Nicat zərərçəkmişi yumruqla bir dəfə sifət nahiyəsindən vurub. Ona müxtəlif dərəcəli xəsarətlər yetirib. 
Hadisəni törədən Nicatın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə izahat verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 
O bildirib ki, ailə üzvləri ilə birlikdə yaşayır: 
“Atam 1992-ci ildə sentyabrında Ağdamda gedən döyüşlərdə şəhid olub. Zərərçəkmiş Bəypaşanı tanıyıram. Biz eyni kənddə yaşayırıq. Onunla əvvəllər aramızda hər hansı bir düşmənçilik və ya ədavət olmayıb. Mən Ağdam rayonu, Evoğlu kəndi ərazisində 2023-cü ilin dekabr ayından "Nicat Market" adlı ərzaq mağazasını açaraq işlətdim. Bəypaşa təxminən məlum hadisədən 6 ay əvvəl həyat yoldaşı ilə birlikdə işlətdiyim mağazaya gələrək təxminən 573 manat dəyərində ərzaq aldı və pulunu bir neçə gün sonra ödəyəcəyini bildirdi. Lakin 6 ay ərzində o borcunu ödəmədi”.
Təqsirləndirilən şəxs qeyd edib ki, oktyabrın 3-də, saat 08 Evoğlu kəndi ərazisində yerləşən yanacaqdoldurma  məntəqəsində xırda qəpik pullar götürmək üçün avtomobilini saxlayıb: 
“Həmin ərəfədə Bəypaşada “QAZ 31” markalı avtomobili ilə ora benzin tökməyə gəldi.  Bəypaşaya yaxınlaşaraq borcunu niyə ödəmədiyini söylədim və “ona adam kişi olar”, - deyə bildirdim. 
Bu zaman Bəypaşa məni nalayiq ifadələrlə təhqir etdi və barmağını sağ gözümə vurdu. Bundan sonra orda Rasim adlı şəxs gələrək məni öz avtomobilimə tərəf apardı. Avtomobilim ilə bir qədər irəli, yəni mağazaya tərəf gedərək saxladım. 
Mənim arxamca Bəypaşa idarə etdiyi avtomobili ilə gəldi. Mən avtomobildən düşdüm və ona tərəf yaxınlaşanda Bəypaşa da avtomobildən düşdü. Mənim əlimdə bıçaq olub. Bu zaman yumruqla Bəypaşanın sağ gözünə bir dəfə vurdum. Onu yumruqla vurandan sonra yerə yıxıldı. Bu vaxt əlimdən bıçaq yerə düşdü. Məni də həmin vaxt Rasim adlı şəxsə qucaqlayaraq oradan aralaşdırdı. Bundan sonra davamız başa çatdı. Mən də oradan uzaqlaşaraq mağazaya getdim”.
Bu cinayət işinə Ağdam Rayon Məhkəməsində baxılıb. 
Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkmişlə barışıb, zərərçəkən ona qarşı olan şikayətini geri götürüb. 
Bu səbəbdən məhkəmə təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verib. 
O, cinayət məsuliyyətindən azad edilib. 
Fariz Məlikli
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 17 Sentyabr 2025 13:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see356

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see315

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see250

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see210

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see196

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see193

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see180

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see159

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see158

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see157

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see157

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see156

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see155

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see149

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see148

Azərbaycan güləşçiləri Göygöldə növbəti təlim məşq toplanışına başlayıblar

30 Yanvar 2026 17:51see140

Ziya Məmmədov yeraltı biznesi geri qaytarır

31 Yanvar 2026 04:51see139

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see139

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see137

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri