Icma.az
close
up
RU
Göygöldə həmkəndlilərin borc mübahisəsi qanlı davaya çevrildi TƏFƏRRÜAT

Göygöldə həmkəndlilərin borc mübahisəsi qanlı davaya çevrildi TƏFƏRRÜAT

Demokrat.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Göygöl rayonunda iki nəfərin arasında pul borcu üstündə yaranan mübahisə cinayətlə nəticələnib. 
Demokrat.az
-ın əldə etdiyi xəbərə görə, hadisə ötən ilin iyunun 6-da rayonun Mollacəlilli kəndi ərazisində baş verib. 
Göygöl rayon sakini, 1963-cü il təvəllüdlü Yusif 40 manat borcunu istədiyi zaman həmkəndlisi Qədirlə mübahisə edib. 
Mübahisəyə səbəb isə zərərçəkmiş şəxsin maddi imkanının  olmamasını bildirdiyi üçün aralarında yaranmış mübahisə zamanı əl və təpiklə vuraraq onu döyüb. 
Hadisəni törədən Yusifin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
İş üzrə izahat verən təqsirləndirilən şəxs ona elan  olunmuş ittiham üzrə özünü təqsirli bilib. 
O, ifadəsində göstərib ki, zərərçəkmiş Qədiri tanıyır, həmkəndlisidir, əvvəllər aralarında heç bir ədavət və düşmənçilikləri olmayıb: 
“Mən kənd ərazisində əvvəllər mağaza  işlətmişəm. 2024-cü il ərzində həmkəndlim Qədir məndən müxtəlif vaxtlarda 40 manat dəyərində nisyə ərzaq məhsulu alaraq pulunu ödəmədi. Qədiri hər gördüyümdə borcunu ödəməsini istəsəm də, verəcəyini bildirməsinə baxmayaraq ödəməyib”.
Təqsirləndiirilən şəxsin sözlərinə görə, ötən ilin iyunun 6-da, saat 17 radələrində yaşadığı Mollacəlilli kəndi  ərazisində, küçədə tək oturduğu zaman Qədirin oradan keçməsini görüb: 
“Onu səsləndim. Qədir yaxınlaşanda hansı səbəbə borcunu ödəmədiyini soruşdum. O, sərxoş  vəziyyətdə müxtəlif bəhanələr gətirdi. Həmin zaman nalayiq ifadə işlətdiyi üçün əsəbləşdim və Qədirin üzərinə getdim. Yumruq zərbəsi vurmaqla və itələməklə onu döydüm. Mübahisə zamanı Qədir məni ağacla bədənimin müxtəlif nahiyyələrindən vurdu. 
Münaqişə edərək bir-birimizi itələdikdə yerə yıxıldıq. Həmin zaman heyvan otarmaqdan qayıdan Qədirin oğlu Röyal bizim münaqişə etdiyimizi gördü və yaxınlaşaraq bizi ayırdı, Qədiri həmin yerdən uzaqlaşdırdı. Bundan sonra Qədirin məndən şikayət etməsini öyrəndim. Bunun üçün mən də Qədir barəsində şikayətçi oldum”. 
İş üzrə zərərçəkmiş Qədirin sözlərinə görə, Yusif kənd ərazisində ərzaq mağazası işlətdiyi üçün ondan təxminən 40 manat məbləğində borc məhsul alsa da, 1 ay keçməsinə baxmayaraq həmin borcu qaytara bilməyib: 
“İyunun 6-da, saat 17 radələrində otlaqda olan heyvanlarını qarşılamaq üçün yola çıxdım. Kəndin içərisində olan çayxananın qarşısından keçdiyim zaman həmin yerdə kənarda oturmuş Yusif məni səsləyərək yanına çağırdı. Məndən 40 manat borc pulunu hansı səbəbə vermədiyimi bildirdi, borcunu verməyimi tələb etdi. Yusifə hazırda pulumun olmadığını bildirsəm də, mənimlə mübahisə etməyə başladı. Yusifi sakitləşdirməyə çalışsam da, ünvanıma küçədə ictimai yerdə, insanların sıx olduğu yerdə çayxananın qarşısında, kənd camaatının gözü qarşısında nalayiq ifadələrlə təhqir etdi. Sonradan əlim ilə mənim  yaxamdan tutdu və üzümə, eləcədə bədənimin müxtəlif nahiyələrinə yumruq zərbələri ilə vurdu. Mən yerə yıxıldım. Sonradan həmin yerə oğlum gəldi və məni yerdən qaldıraraq evə apardı”. 
Zərərçəkmiş deyib ki, onların münaqişəsi təxminən 10-15 dəqiqə davam edib: 
“Münaqişəni görən şəxsləri tam xatırlamıram. Münaqişə zamanı Yusif yumruq zərbələri ilə sifətimdən, sinəmdən vurub. Həmin zaman burnumdan qan axdı və güclü ağrı hiss etdim. Həmin zaman mən yerə yıxıldıqda oğlum həmin yerə gəlib və məni yaşadığımız evə apardı. Evdə olan zaman Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə müraciət etdim”. 
Zərərçəkmişin ifadəsində görə, daha sonra Göygöl Rayon Mərkəzi Xəstəxanasına gedərək müayinədən keçib: 
“Növbəti gün isə Gəncə şəhər 3 saylı Xəstəxanaya getdiyim zaman təqsirləndirilən şəxsin yumruqla sifət nahiyyəmdən vurması nəticəsindən burun sümüyünün sınmasını müəyyən etdim. Həmin yerdə də ilkin məlumat olaraq məndən harada xəsarət almağımı soruşdular. Mən isə iki gün əvvəl yaşadığım kənd ərazisində təqsirləndirilən şəxs tərəfindən döyülməm barədə məlumat verdim”. 
Bu cinayət işinə Göygöl Rayon Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkmişlə barışıb, zərərçəkən ona qarşı şikayətini geri götürüb. 
Bu səbəbdən məhkəmə təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verib. 
O, cinayət məsuliyyətindən azad edilib. 
Fariz Məlikli
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:82
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 27 Avqust 2025 14:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see208

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see193

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see189

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see189

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see188

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see184

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see153

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see150

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see149

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see143

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see138

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see137

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see134

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see132

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see131

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri