Icma.az
close
up
RU
Ağdamda “Vətəndaş iştirakçılığının təşkili” mövzusunda seminar təşkil edilib

Ağdamda “Vətəndaş iştirakçılığının təşkili” mövzusunda seminar təşkil edilib

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 19 avqust, AZƏRTAC

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Ağdam rayonunda Böyük Qayıdışa dair I Dövlət Proqramının icrasına cəlb olunmuş dövlət qurumlarının nümayəndələri üçün “Vətəndaş iştirakçılığının təşkili” mövzusunda tədbir keçirib.

Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, qarşılıqlı fikir mübadiləsinin aparıldığı seminarın məqsədi azad edilmiş ərazilərə qayıdış prosesində vətəndaş iştirakçılığının təşkili və gücləndirilməsi ilə bağlı praktiki bilik və təcrübələrin paylaşılması olub.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdışın ölkəmizin tarixində misilsiz hadisə olduğu, doğma yurda geri dönən həmvətənlərimizin təhlükəsiz yaşayışı və iqtisadi fəaliyyətə inteqrasiya üçün zəruri iş aparıldığı bildirilib.

Böyük Qayıdışa dair I Dövlət Proqramının icrasına töhfə vermək məqsədilə keçmiş məcburi köçkünlərin yeni mühitə inteqrasiyasını asanlaşdırmaq, texniki və peşə bacarıqlarını inkişaf etdirmək, gəlir gətirən fəaliyyətlərə cəlb olunmalarını dəstəkləmək və vətəndaş iştirakçılığını artırmaq istiqamətində ardıcıl və planlı tədbirlər həyata keçirildiyi qeyd edilib.

Vurğulanıb ki, bu fəaliyyətlər çərçivəsində məşğulluq imkanlarının genişləndirilməsi, gender bərabərliyinin təmin edilməsi və dayanıqlı inkişaf məqsədlərinin sosial-iqtisadi aspektlərinin gücləndirilməsi Dövlət Komitəsinin əsas prioritetləri sırasındadır.

İnteraktiv formada keçirilən seminarda iştirakçılara vətəndaş iştirakçılığı, onun məqsədi, dövlət qurumları üçün faydaları, iştirakçılığın mərhələləri, planlaşdırılması və həyata keçirilməsi, qiymətləndirmə, monitorinq, vətəndaş iştirakçılığı və dövlət dəstəyi haqqında məlumat verilib, beynəlxalq və yerli təcrübələr müzakirə edilib. Eyni zamanda, Böyük Qayıdış çərçivəsində həyata keçirilən fəaliyyətlərin səmərəliliyinin artırılması məqsədilə dövlət qurumları arasında koordinasiyanın əhəmiyyəti vurğulanıb.

Seminarda iştirak edən dövlət qurumlarının əməkdaşları, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı və uğurlu reinteqrasiyasına hazırlıq prosesində vətəndaş iştirakçılığının təşkil edilməsi üzrə praktik biliklərinin artırılması baxımından tədbirin əhəmiyyətli olduğunu qeyd edərək, gələcəkdə də bu kimi maarifləndirici təşəbbüslərin davam etdirilməsinin vacibliyini ifadə ediblər.

Seminarda Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi, Dövlət Məşğulluq Agentliyi, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi, Ailə, qadın və uşaq problemləri üzrə Dövlət Komitəsi, Elm və Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Mədəniyyət Nazirliyi, Səhiyyə Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Dövlət Turizm Agentliyinin əməkdaşları iştirak ediblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:79
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 Avqust 2025 17:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see212

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see201

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see197

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see194

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see185

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see153

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see151

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see149

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see145

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see144

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see138

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see137

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see137

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see136

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri