Ağdamda yaşayış məhəlləsinin infrastruktur işlərinə 9,3 milyon manat xərclənəcək
Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ağdam, Füzuli və Xocavənd Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxsi (PHŞ) Ağdamda F-2 yaşayış məhəlləsinin infrastruktur və abadlaşdırma işlərinin satın alınması ilə bağlı müqavilə bağlayıb.
Oxu.Az xəbər verir ki, xidmətlərin icrası "Körpü-Bina-Tikinti" MMC-yə tapşırılıb.
Satınalmanın ümumi dəyəri 9 milyon 321 min 499 manatdır.
Layihəyə əsasən, Ağdam rayonu, Ağdam şəhəri, F-2 yaşayış məhəlləsi üzrə enerji təsərrüfatı obyektlərinin, sahədaxili mühəndis-kommunikasiya sistemlərinin (su təchizatı, kanalizasiya, elektrik təchizatı, xarici işıqlandırma), yol və səkilərin, yaşıllıq salınması və abadlaşdırma işlərinin icrası nəzərdə tutulub.
Məlik Məlikov
Bu mövzuda digər xəbərlər:Ağdamda yeni yaşayış binaları tikiləcək 137 milyon manat xərclənəcək
06 Dekabr 2024 21:30
Ağdamda yaşayış evlərinin abadlaşdırılmasına 410 min manat xərclənəcək
16 Aprel 2025 19:17
Ağdamda 4 nömrəli yaşayış massivinin tikintisinə 161 milyon xərclənəcək
17 Yanvar 2025 11:02
Ağdamda kommunikasiya işlərinin görülməsinə 32 milyon manat xərclənəcək
16 Dekabr 2025 20:46
Baxış sayı:59
Bu xəbər 15 Yanvar 2026 11:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















