Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Qazancımızın neçə faizi ərzağa gedir?

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

2025 ci il kifayət qədər uğurlu oldu

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

ChatGPT də problem yarandı

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

“Ağdamda yeni Dəmiryol Vağzalının açılışı həm də böyük mədəni hadisədir” Seyfəddin Hüseynli

“Ağdamda yeni Dəmiryol Vağzalının açılışı həm də böyük mədəni hadisədir” Seyfəddin Hüseynli

525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

44 günlük Vətən müharibəsindən keçən 5 il ərzində az qala hər günümüz Qarabağa Böyük Qayıdışın yeni əlamətdar hadisəsi ilə başlanır və tamamlanır. Dövlətimizin Qarabağda, işğaldan azad olunmuş torpaqlarda quruculuq işləri tam sürətlə davam edir. Uzunmüddətli işğal nəticəsində daşı daş üstə qalmayan şəhər və kəndlərimizin azadlığa qovuşmasından keçən bu qısa zamanda oralar yenidən müasir inkişafa, dirçələn mədəniyyətə qucaq açır.

Belə fərəhli günlərdən birini də avqustun 30-da yaşadıq. “Azərbaycan Dəmir Yolları” (ADY) QSC avqustun 30-dan etibarən Bakı-Ağdam-Bakı marşrutu üzrə sərnişin daşımalarına start verdi. Bu münasibətlə yeni Ağdam Dəmiryol və Avtovağzal Kompleksində buraya Bakıdan ilk sərnişin qatarının gəlişi münasibətilə xüsusi mərasim və infotur keçirildi. Bakıdan Ağdama yola düşən ilk qatarın fəxri sərnişinləri arasında “525-ci qəzet”in redaktoru, tanınmış ədəbiyyatşünas, tərcüməçi Seyfəddin Hüseynli də vardı.

Özü də əslən Ağdamdan - Mərzili kəndindən olan S.Hüseynli bu əlamətdar hadisədən duyduğu böyük sevinc və qürur hissini dilə gətirib. O, səfərin uğurla həyata keçirildiyini vurğulayaraq, təşkilatçılara, onu da bu səfərə dəvət edənlərə dərin təşəkkürünü bildirib. Ağdam Dəmiryol və Avtovağzal Kompleksinin açılışını həm də böyük bir mədəni-sosial hadisə kimi dəyərləndirən S.Hüseynli mərasimdəki çıxışında bu ilk səfərin, tanışlıq tədbirinin önəmini vurğulayaraq deyib: “Bu gün ölkənin sosial-iqtisadi, eləcə də mədəni həyatında çox vacib bir hadisənin iştirakçısı olduğum üçün qürur duyuram. Bu həm mühüm vətənpərvərlik aksiyası, həm də Qarabağdakı böyük dirçəlişin göstəricisidir. İnanıram ki, Ağdama gəlib-gedən qatarlarla təkcə sərnişinlər, qonaqlar, turistlər daşınmayacaq. Bu qatarlarla Ağdamın, Qarabağın mədəni həyatı bütün ölkəyə və dünyaya inteqrasiya olunacaq. Maraqlıdır ki, qatarlar sanki hər sərnişinin evinin şəhər-şəhər, ölkə-ölkə səfər etməsidir. Mən əvvəllər heç vaxt bu qatarın sərnişini olmasam da, ta uşaqlığımdan xatırlayıram ki, atam, qardaşlarım və digər böyüklərim Ağdam-Bakı-Ağdam qatarının sərnişinləri olublar. Onların danışdıqlarından belə qərara gəlirdim ki, əslində, Ağdamda evimiz vardısa, bu qatar vasitəsilə o evimiz yol boyunca bütün ölkədə hərəkət edib, Bakıya gəlirdi və ya əksinə. Uzun müddət bu qatarların Ağdama səfərlərinə məcburən ara verildi. İndi isə mən ilk sərnişinlərindən olduğum bu yeni qatarın daim hərəkətdə olmasını arzulayıram”.

S.Hüseynli deyib ki, qatarlar, vağzallar insanları birləşdirdiyi kimi, həm də ayırır: “Amma mən arzu edirəm ki, bu qatarın, bu vağzalın insanları ayırdığı müddətlər çox az, əksinə, onları görüşdürdüyü, vüsala yetirdiyi tədbirlər, təntənələr isə daha bol olsun. Bu vağzal, bu qatar vasitəsilə Ağdam dünyanın ən böyük mədəniyyət festivallarını, turizm yarmarkalarını qəbul etsin. Belə də olacağına mən ürəkdən inanıram. Arzu edirəm ki, o yeknəsəq qatar səsləri Ağdama həmişə rifahın, sülhün, mədəni inkişafın ahəngini gətirsin. Qoy o qatarla ancaq xoş əhval-ruhiyyə ilə hərəkət olsun. Bilirsiniz ki, qatarın bir missiyası da zəruri halda hərbiləşdirilmiş bölgə ilə əlaqə saxlamağın rahat vasitəsidir. Amma indi bir arzum da budur ki, Ağdam, eləcə də heç bir rayonumuz bir də heç zaman hərbiləşdirilmiş bölgə olmasın. Bura yalnız və yalnız sülhün, dincliyin, təntənənin, rifahın mərkəz şəhərlərindən birinə çevrilsin. Bu qatarlar da bizi burada hər zaman böyük sevinc içində, yüksək ovqatda qovuşdursun. Azərbaycanımız var olsun! Bizim bu növbəti təntənəyə qovuşmağımızın ideya rəhbəri və ən böyük təşkilatçısı olan Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə Allah cansağlığı versin! Bu işdə əməyi olan hər kəsə dərin minnətdarlığımı bildirir, hamımızı təbrik edirəm!”

S.Hüseynli çıxışında bir məqamı da qeyd edib ki, Azərbaycan mətbuatı Azərbaycan dəmiryollarından cəmi 5 yaş böyükdür. 1875-ci ildə mətbuatımız yaranıb, 1880-ci ildə isə ilk peşəkar dəmiryolumuz işə düşüb. Amma milli mətbuat da, dəmiryolu da Azərbaycanın inkişafına birlikdə xidmət edib: “Mətbuatla Azərbaycana daha ardıcıl mədəni maariflənmə gəldisə, dəmiryolu ilə böyük, davamlı tərəqqi gəldi. Uğurlu və davamlı olsun!”

Şahanə Müşfiq

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:51
embedMənbə:https://525.az
archiveBu xəbər 01 Sentyabr 2025 11:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see204

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see182

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see177

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see169

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see163

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see162

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see161

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see159

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see147

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see143

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see140

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see139

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see134

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see133

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see132

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see131

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see128

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see128

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see128

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri