Icma.az
close
up
RU
Seyfəddin Hüseynli Rusiyadakı qardaşlarının qətlindən danışdı

Seyfəddin Hüseynli Rusiyadakı qardaşlarının qətlindən danışdı

Icma.az, Axar.az portalına istinadən məlumat verir.

Rusiyanın Yekaterinburq şəhərində baş verən dəhşətli hadisə barədə dünən günorta saatlarında xəbər tutduq. Təsəvvürə belə sığmayan bu vəhşilik və zorakılıq aktları nəinki hüquq-mühafizə orqanlarına, hətta ən radikal terror təşkilatlarına belə yaraşmaz. Gecə saatlarında qardaşlarımızın yaşadığı mənzilə xüsusi əməliyyat görüntüsü altında hücum olunub, qapılar zorla sındırılaraq evlərə daxil olunub. Ailə üzvlərinin gözü qarşısında kobud zorakılıq göstərilib, telefonlar əllərindən alınıb, saxlanılanların hara aparıldığı barədə heç bir məlumat verilməyib. Rusiya mediasının rəsmi mənbələrinə istinadən yayılan xəbərlərə görə, 50-yə yaxın azərbaycanlı küçələrdən, evlərdən və iş yerlərindən toplanaraq ağır fiziki işgəncələrə məruz qoyulub. Onlara elektrik cərəyanı verildiyi, müxtəlif yollarla dözülməz təzyiqlərə məruz qaldıqları bildirilir. Qısa müddət ərzində bu zorakılıqlardan bir neçə nəfərin həyatını itirdiyi deyilir.

Axar.az xəbər verir ki, bu barədə mediaya açıqlamasında Rusiyada qardaşları qətlə yetirilən jurnalist Seyfəddin Hüseynli bildirib.

Qardaşlarının ötən əsrin 90-cı illərində Azərbaycanda yaranan iqtisadi çətinliklərlə əlaqədar Rusiyaya üz tutuqlarını deyən jurnalist əlavə edib:

“Vəhşicəsinə qətlə yetirilən qardaşım Ziyəddin Səfərovun 55 yaşı var idi. O, 1988-ci ildə Yekaterinburqa təhsil almaq məqsədilə getmişdi. Ardınca digər qohumlarımız da həmin şəhərə üz tutdular və zamanla orada məskunlaşdılar. Beləliklə, Yekaterinburqda xalqımızın vətənpərvər övladlarından ibarət güclü bir diaspor formalaşdı. Onlar yaşadıqları ölkənin qanunlarına ciddi şəkildə əməl edən, nümunəvi davranışları ilə seçilən vətəndaşlar idilər”.

Seyfəddin Hüseynlinin sözlərinə görə, təhsil almaq üçün Yekaterinburqa yollanan Ziyəddin Səfərovun ardınca digər qardaşları da həmin şəhərə köç ediblər. Onlardan biri ixtisasca həkim olsa da, həyat şəraitinə uyğun olaraq öz peşəsindən uzaq düşüb, digəri isə rus dili müəllimi kimi fəaliyyət göstərib. Seyfəddin deyir:

“Taleyin acı ironiyasına bax ki, rus dili tədris edən qardaşım Bakir Səfərov məhz Rusiyada, özü də cinayətkarcasına qətlə yetirildi. Onlar 55 və daha yuxarı yaşda, həyat təcrübəsi olan, yetkin insanlardı. Belə yaşda insanlara qarşı bu cür vəhşilik törətmək nə hüquqa, nə insafa, nə də insanlığa sığır. Bu, təkcə bir ailəyə yox, bütövlükdə Azərbaycan diasporuna, xalqımıza və onun milli ləyaqətinə yönəlmiş təhqirdir, alçaltmaq cəhdidir”.

Hər gün qardaşları ilə əlaqə saxlayıb hal-əhval tutduğunu, güzəranları ilə maraqlandığını bildirən jurnalist qeyd edib:

“Onlar da buradakı qohumlarımızın vəziyyəti, yaşayış şəraiti, dolanışıqları barədə maraqlanırdılar. Axırıncı dəfə iyunun 25-də axşam saatlarında danışdıq. Bir-birimizə xeyirli gecə arzulayıb sağollaşdıq. İyunun 27-də isə bu dəhşətli və sarsıdıcı xəbər gəldi... Mən indiyədək Yekaterinburqda olmamışam, amma bu baş verənlər, sadəcə, bizim ailənin yox, bütövlükdə xalqımızın faciəsidir. Bu, Azərbaycan xalqına qarşı yönəlmiş bir terror aktıdır. İşgəncəyə və təzyiqlərə məruz qalan soydaşlarımızın bir qismi hazırda ağır vəziyyətdə xəstəxanadadır. Açığını deyim ki, onların taleyi məni çox ciddi şəkildə narahat edir. Aldığımız məlumatlar onların sağlamlıq durumu ilə bağlı nikbinliyə heç bir əsas vermir. Bu cinayətin sifarişçiləri, səbəbkarları, günahkarları və icraçıları Rusiya hökuməti tərəfindən müəyyənləşdirilib qanun qarşısında cavab verməlidirlər. Mən Yekaterinburqda və ümumilikdə Rusiyada yaşayan soydaşlarımızın üzərində Azərbaycan dövlətinin qayğısını və himayəsini hiss edirəm. Bu ağır məqamda bir daha əmin oldum ki, dövlətimiz bizi sahibsiz buraxmır. Amma bir daha vurğulayıram: orada 100 minlərlə azərbaycanlı yaşayır və onlar hər zaman Azərbaycan hökumətinin dəstəyini hiss etməlidirlər. Onların taleyi ilə heç kim bu şəkildə oynamamalıdır”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:257
embedMənbə:https://axar.az
archiveBu xəbər 28 İyun 2025 21:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see286

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see266

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see263

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see259

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see249

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see240

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see240

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see231

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see231

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see228

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see215

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see215

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see209

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see208

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see202

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see200

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see198

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see193

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see192

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri