Icma.az
close
up
RU
Ağdamı coşqulu həyat gözləyir Fatma Yıldırım

Ağdamı coşqulu həyat gözləyir Fatma Yıldırım

Teleqraf.com saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Noyabrın 20-də Ağdam rayonunun işğaldan azad edilməsinin dörd ili tamam olur. Bu tarix, həm də “Ağdam Şəhəri Günü” kimi qeyd ediləcək. Zəfər tariximizin təntənəli şəkildə qeyd olunması ənənə halını alıb”.

Bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Deputat bildirib ki, Ermənistan işğal etdiyi digər ərazilərimiz kimi Ağdam rayonunda da misli görünməmiş vandalizm aktı törədib. İşğalçı Ermənistan Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Ağdam rayonunda coğrafi adların dəyişdirilməsi, oradakı mülkiyyətin talan edilməsi və ərazilərin yandırılması kimi qeyri-qanuni əməllər törədib. Təsadüfi deyil ki, Ağdamı xarici və yerli jurnalistlər Qafqazın Xirosiması adlandırıblar. İşğaldan azad olunmuş Ağdam erməni vandalizmin şahididir. Ermənistan qəsdən mədəni və dini abidələrimizi vandalizmə məruz qoyub, təhqir və qarət edib.

Millət vəkilinin sözlərinə görə, Azərbaycan 44 günlük Vətən müharibəsini həm döyüş meydanında, həm siyasi müstəvidə qazanıb. Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, noyabrın 20-də Ağdam rayonunun işğal olunmuş ərazisi qan tökülmədən Azərbaycana təhvil verilib. Tarixi Qələbə günlərinin əbədiləşdirilməsi məqsədilə Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib. Sözügedən Sərəncama əsasən 20 noyabr Ağdam Şəhəri Günü kimi müəyyən olub. Bundan başqa, 2020-ci il noyabrın 26-da “Ağdamın azad olunmasına görə” medal təsis edilib. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 5790 hərbi qulluqçusu “Ağdamın azad olunmasına görə” medalı ilə təltif olunub.

Fatma Yıldırım qeyd edib ki, Azərbaycan dövləti Ağdam rayonunun da bərpası istiqamətində mühüm işlər görür. Heydər Əliyev Fondu da rayonda məscidlərin və tarixi abidələrin bərpasında fəal iştirak edir. Prezident İlham Əliyev Ağdam işğaldan azad olunandan cəmi üç gün sonra – 23 noyabr 2020-ci ildə bu rayona səfər edib. Səfər zamanı dövlətimizin başçısı Ağdam şəhərində Dövlət Bayrağını ucaldıb, eləcə də ermənilər tərəfindən dağıdılmış Ağdam Cümə məscidini ziyarət edib: “Cənab Prezident dörd il ərzində Ağdama dəfələrlə səfər edib və hər səfər zamanı rayonun bərpası ilə bağlı təməllər atıb. Hazırda Ağdam şəhərinin və bir sıra kəndlərin bərpası istiqamətində intensiv işlər gedir. Eləcə də, Ağdam-Bərdə avtomobil yolu istifadəyə verilib, dəmir yolunun inşasının çox hissəsi başa çatıb. Azərbaycan Prezidenti cənab İlham Əliyev Qarabağın cənnətə çevriləcəyini bəyan edib. Bu, həqiqətən də belədir. Azərbaycan xalqı hələ 28 may 2021-ci ildə Ağdam şəhərinin Baş planının təqdimatı zamanı buna bir daha əmin oldu. Cənab Prezident dedi ki, Ağdam şəhəri dünya üçün nümunə olacaq. Təqdimatdan göründüyü kimi, Ağdamı çox gözəl gələcək, böyük inkişaf, coşqulu həyat gözləyir. Bərpa və yenidənqurmadan sonra Ağdamın regionun sənaye mərkəzlərindən birinə çevriləcəyi gözlənilir. Ağdamda sənaye parkının yaradılması investisiyanın cəlb edilməsi baxımından da əhəmiyyətlidir. Bu, xüsusilə həmin ərazilərimizin potensialından sənaye müəssisələrinin istehsalı üçün istifadə imkanları deməkdir”.

Ağdamda “İşğal” və “Zəfər” muzeylərinin yaradılmasının da əhəmiyyətinə toxunan Fatma Yıldırım qeyd edib ki, bu muzeylər yaşadığımız reallıqların gələcək nəsillərə, eləcə də, beynəlxalq ictimaiyyətə çatdırılması baxımından önəmlidir: “Ermənistan 30 ilə yaxın işğal altında saxladığı Ağdamı da tamamilə dağıdıb, viran edib. İşğal muzeyində məhz erməni vəhşiliyi öz əksini tapacaq. Ölkəmizə gələn xarici qonaqlar da bu kimi muzeylər vasitəsilə erməni vandalizminin şahidi olacaqlar. Zəfər muzeyi isə Vətən müharibəsindəki parlaq qələbəmizi tərənnüm edəcək”.

“Ağdam şəhərinin özündə 5 məhəllə nəzərdə tutulur. Hazırda 2-ci məhəllədə 66 binanın tikinti işləri başlayıb. Ağdam şəhərinə gələn ilin payızında ilk köç planlaşdırılır. Bundan sonra paralel olaraq digər məhəllələrdə də tikinti işləri aparılacaq. Hazırda Ağdamda 3 kənddə - Kəngərli, Xıdırlı, Sarıcalıda bərpa-quruculuq işləri davam edir. Ağdam rayonunda digər kəndlər üzrə layihələndirmə işləri aparılır”,-deyə millət vəkili söyləyib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:228
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 18 Noyabr 2024 21:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see569

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see410

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see293

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see292

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see286

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see264

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see258

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see231

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see226

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see214

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see213

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see210

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see208

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see205

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see202

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see199

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see197

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see192

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see181

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri