Fatma Yıldırım qəbul keçirdi FOTO Yeni Gündəm
Yenigundem saytına istinadən Icma.az xəbər verir.
Milli Məclisin deputatı Fatma Yıldırım növbəti dəfə ərazi üzrə vətəndaş qəbulu keçirib.
“Yeni Gundem” xəbər verir ki, deputat vətəndaşları fərdi qaydada qəbul edərək müraciət və təkliflərini dinləyib, problemləri ilə maraqlanıb.
Bərdə şəhərində seçicilərin növbəti qəbulunu keçirdik. Qəbulda 42 nəfər Bərdə sakini iştirak etmişdir və onların çoxsaylı müraciətləri dinlənilmişdir. Müraciətlər əsasən təhsil, suvarma və içməli su, kabelləşmə, yol infrastrukturunun yaxşılaşdırılması, kommunal məsələlər, işsizlik və özünüməşğulluq, sosial müdafiə məsələləri, məişət şəraitinin yaxşılaşdırılması, torpaq məsələlərini əhatə edirdi. Sakinlərin problemləri diqqətlə dinlənildi və qeydə alındı. Vətəndaşlarla görüşün səmərəliliyinin artırılması məqsədilə yerli icra hakimiyyəti orqanlarının məsul şəxsləri və aidiyyəti üzrə idarə rəhbərləri də qəbulda iştirak etmişdir. Bəzi məsələlər yerində həll olundu.
Növbəti vətəndaş qəbulumuz dekabrın 9-da keçiriləcək və işin effektivliyini artırmaq məqsədilə vətəndaşların qəbula öncədən yazılması xahiş olunur. Qəbulun yeri barədə əlavə məlumat veriləcək. Vətəndaş qəbulunda iştirak etmək istəyən seçicilər Bərdə şəhərində Yeni Azərbaycan Partiyasının inzibati binasında yerləşən ofisimizə müraciət edə və ya 0554208040, 0202050095 nömrələri ilə əlaqə saxlaya bilərlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:159
Bu xəbər 02 Dekabr 2024 02:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















