Ağdamın elektrik şəbəkəsi yenidən qurulur
Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Ağdamın elektrik təsərrüfatı yenidən qurulur.
Bu barədə "APA-Economics"ə “Azərişıq” ASC-dən bildirilib.
Qeyd edilib ki, Prezident İlham Əliyevin tapşırıqlarına əsasən rayonun bir sıra kənd və qəsəbələrində elektrik şəbəkəsi yenilənir, həmçinin şəhər ərazisində yeni güc mərkəzləri yaradılıb.
Rayonun Xıdırlı, Sarıcalı və Kəngərli kəndlərinə köç edən sakinlər üçün 0.4 kV-luq yeraltı xətlər, 35 kV-luq Özünüdaşıyan İzolyasiyalı Naqillər (ÖİN-3) çəkilib, üç kənddə ümumilikdə 30 müasir tipli Transformator Məntəqəsi (TM) quraşdırılıb. Yaşayış məntəqələri SMS tipli müasir sayğaclarla təchiz olunub.
Baş Qərvənd, Güllücə, Suma, Nəmirli kəndlərinə qədər 35 kV-luq kabel hava xəttinin çəkilişi yekunlaşıb, Paylayıcı Qurğular (PQ) quraşdırılıb. Növbəti günlərdə Eyvazxanbəyli istiqamətində işlərə start veriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:43
Bu xəbər 22 Noyabr 2025 12:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















