Icma.az
close
up
RU
Şuşanın su şəbəkəsi yenidən qurulur

Şuşanın su şəbəkəsi yenidən qurulur

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin məlumatına əsasən, Daşaltı kəndi yaxınlığında Zarıslıçayın məcrasında 25 min kubmetr tutuma malik sutoplayıcı anbar, nasos stansiyası və 2,9 kilometr uzunluğunda  su kəməri inşa edilib. Bundan əlavə, Kiçik Kirs–Şuşa magistral su kəmərinin istismara yararsız 5,2 kilometrlik  hissəsi yeni borularla əvəz olunub. 

Görülən işlər nəticəsində yeni mənbədən şəhərə verilən su vasitəsilə dövlət qurumlarının inzibati binaları, hotellər, ictimai-iaşə müəssisələri və digər obyektlər fasiləsiz içməli su ilə təmin edilib. Bildirilib ki, Şuşaya su iki əsas mənbədən – Zarıslıçay və Kiçik Kirsdən daxil olur. Zarıslıçay mənbəyində aparılan yenidənqurma işləri çərçivəsində bənd tikilib və nasos stansiyası quraşdırılıb. 

Məlumatda, həmçinin bildirilib ki, mövcud sutəmizləyici qurğunun məhsuldarlığı artırılıb və bu məqsədlə 12 ədəd qum süzgəci, daxili kommunikasiya xətləri, reagent təsərrüfatı və digər avadanlıqlar tamamilə bərpa olunub.  Qurğunun gündəlik emal gücü 2 min kubmetrdən 5 min kubmetrə çatdırılıb. Həmçinin, ümumi həcmi 6 min kubmetr olan 3 su anbarından birinin tikintisi yekunlaşdırılıb.  Bununla yanaşı, Vətən müharibəsindən sonra erməni işğalı zamanı ziyan çəkən “Xan qızı” bulağı bərpa edilərək sakinlərin və qonaqların istifadəsinə verilib.

Hazırlanan perspektiv plana əsasən, Şuşa şəhərinin su təchizatı və kanalizasiya sistemləri genişləndiriləcək. Layihə çərçivəsində 24 kilometrlik  magistral su kəməri, 44 kilometrlik içməli su, 42 kilometrlik tullantı və 41 kilometrlik yağış su şəbəkələri inşa ediləcək. Bundan əlavə, sutkada 8 min kubmetr tullantı suyu tam təmizlənərək ekoloji mühitə zərər vermədən Qarqar çayına axıdan qurğu tikiləcək. Şuşa şəhərində su təchizatı SCADA sistemi vasitəsilə onlayn rejimdə idarə olunacaq. Bu sistem suyun mənbədən götürülməsi, nəqli, anbarların səviyyəsinin monitorinqi və digər hidravlik prosesləri əhatə edəcək. Görülən işlər Şuşa şəhərinin uzunmüddətli inkişafını təmin etməklə yanaşı, sakinlərin sosial şəraitini  əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:237
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 25 Dekabr 2024 12:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see284

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see268

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see254

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see245

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see231

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see228

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see224

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see213

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see210

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see204

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see203

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see203

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see202

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see190

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see188

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see186

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see180

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see176

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see173

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri